ABŞ Orta Dəhlizin inkişafına dəstək verəcək
21.10.2026 [09:11]
“C5+1” görüşü çərçivəsində vacib müzakirələr aparılıb
ABŞ Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndirmək niyyətindədir. Oktyabrın 19-da Özbəkistanın Səmərqənd şəhərində Mərkəzi Asiya ölkələri və ABŞ-ın xarici siysət idarələrinin rəhbərlərinin görüşü (C5+1) də bunu təsdiqləyir. Görüşdə ABŞ və Mərkəzi Asiya ölkələri arasında strateji əməkdaşlığın genişləndirilməsi, regionda sülhün və iqtisadi rifahın təşviqi məsələləri diqqət mərkəzində olub. ABŞ-ın ?övlət katibi Marko Rubio C5+1 diplomatik platforması çərçivəsində strateji əməkdaşlığın ABŞ və Mərkəzi Asiya ölkələri üçün daha dinc və firavan gələcəyin təmin edilməsinə verdiyi töhfəni vurğulayıb.
ABŞ Mərkəzi Asiyada möhkəmlənməyə çalışır
Rubio bəyan edib ki, ABŞ Özbəkistan və Mərkəzi Asiyanın digər ölkələri ilə milyardlarla dollar dəyərində müqavilələr imzalamağı planlaşdırır. Onun sözlərinə görə, Amerikanın təxminən 300 şirkətinin nümayəndələri Səmərqənd şəhərinə gəlib. Rubio Vaşinqtonun region ölkələri ilə iqtisadi-ticari əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
Dövlət katibi diqqətə çatdırıb ki, ABŞ Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) infrastrukturunu inkişaf etdirmək və tərəfdaşlara ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün daha böyük imkanlar yaratmaq niyyətindədir. Rubionun sözlərinə görə, Mərkəzi Asiya tarixən Şərq və Qərb arasındakı ticarət yollarının qovşağı olub və bu gün beynəlxalq ticarətdə yenidən mühüm rol oynamağa hazırdır. Region həmçinin bütün ölkələrin gələcəyi üçün həlledici əhəmiyyət daşıyan materialların tədarük edildiyi investisiya və ixrac mərkəzinə çevrilir.
O qeyd edib ki, Vaşinqton Amerika iqtisadiyyatının müstəqilliyini qoruyub saxlamaq və etibarsız tərəfdaşlardan və ya rəqiblərdən asılı olmamaq üçün özünün əsas sənaye sahələrinin və təchizat zəncirlərinin təhlükəsizliyini təmin etməyə çalışır. Rubio əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp və Mərkəzi Asiya ölkələrinin liderləri ticarət və investisiyaların genişləndirilməsi üçün əlverişli normativ-hüquqi şərait və əmək bazarında şərait yaratmaq barədə razılığa gəliblər. Hazırkı görüşdə tərəflər bu razılaşmaların həyata keçirilməsini davam etdirmək niyyətindədirlər. Vaşinqtonun digər prioritetləri sırasında Rubio kritik əhəmiyyətli minerallar üzrə dialoq çərçivəsində enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və yüksək əlavə dəyərə malik inteqrasiya olunmuş təchizat zəncirlərinin inkişaf etdirilməsini qeyd edib.
ABŞ, həmçinin Mərkəzi Asiyanın inkişaf etməkdə olan texnologiya sektorlarında qabaqcıl Amerika texnologiyaları ilə işləmək üçün minlərlə gənc mütəxəssis hazırlamaq niyyətindədir. Bundan əlavə, “C5+1” çərçivəsində ikitərəfli ticarət və investisiyaların əhəmiyyətli dərəcədə artırılması üçün dövlət və özəl sektorlar arasında dialoqun dəstəklənməsi planlaşdırılır. “Bu qrupun səyləri birləşdirmək və ölkələrimizin son vaxtlar misli görünməmiş inkişafına nail olmaq imkanı var”, - deyə, dövlət katibi vurğulayıb.
Marko Rubio deyib ki, ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq dövlətlərin suverenliyinin möhkəmləndirilməsinə və ümumi rifahın yüksəldilməsinə imkan verəcək.
Nadir minerallar sahəsində prioritet əməkdaşlıq...
Özbəkistan isə Mərkəzi Asiya-ABŞ tərəfdaşlığında nadir minerallar sahəsində əməkdaşlığı əsas prioritetə çevirməyi təklif edib. Bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov “C5+1” görüşündə bildirib. Nazir qeyd edib: “Əsas prioritetlərimizdən biri olaraq, mineral xammalın geoloji kəşfiyyatı və emalından tutmuş, yerli sənaye klasterlərinin yaradılmasına qədər nadir minerallar sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsini təklif edirik”. O əlavə edib ki, Mərkəzi Asiya zəngin təbii sərvətlərə, böyüyən bazarlara və insan kapitalına, ABŞ isə qabaqcıl texnologiyalara, investisiya kapitalına, sahibkarlıq təcrübəsinə malikdir. Xarici işlər naziri vurğulayıb ki, 2015-ci ildə Səmərqənddə keçirilən ilk “C5+1” görüşündən bəri Mərkəzi Asiya daha da güclənib, birləşib və öz gələcəyini müstəqil şəkildə müəyyən etmək qabiliyyətinə çatıb. Saidov bildirib ki, Özbəkistan “C5+1” Katibliyinin həmsədri vəzifəsini öz üzərinə götürərək əldə edilən razılaşmaların praktiki həyata keçirilməsinə diqqət yetirmək niyyətindədir.
Qeyd edək ki, Rubionun Səmərqəndə səfəri çərçivəsində Özbəkistan və ABŞ arasında ticarət, investisiya və texnoloji əməkdaşlıq sahəsində ümumi dəyəri 12 milyard dollar olan 54 saziş imzalanıb.
“C5+1” formatında keçirilən görüşün yekunlarına dair Birgə Bəyanatda isə vurğulanıb ki, ABŞ və Mərkəzi Asiya ölkələri enerji tərəfdaşlığını gücləndirmək, kritik faydalı qazıntıların hasilatını və emalını inkişaf etdirmək, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı üçün tədbirlər görmək niyyətindədir.
“ABŞ və Mərkəzi Asiya ölkələri arasında enerji tərəfdaşlığının gücləndirilməsi davamlı iqtisadi artımı və enerji təhlükəsizliyini təmin edəcək yüksək əlavə dəyərli inteqrasiya olunmuş tədarük zəncirlərinin yaradılmasına yeni təkan verəcək”, - deyə sənəddə qeyd olunub.
Görüş iştirakçıları vurğulayıblar ki, region ölkələri əhəmiyyətli təbii ehtiyatlara malikdir və energetika, geoloji kəşfiyyat və xammal emalı sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Xüsusilə, tərəflər geoloji məlumatların idarə edilməsi üzrə təcrübə və
üsullarla mübadilə aparmağı planlaşdırırlar. Bundan başqa, tərəflər həmçinin emal istehsalatlarını inkişaf etdirmək, yüksək əlavə dəyərli məhsulların payını artırmaq və onların beynəlxalq bazarlara tədarükünü genişləndirmək niyyətindədirlər.
Orta Dəhliz ən uyğun ticarət marşrutudur
Daha bir prioritet kimi Orta Dəhlizin inkişafı göstərilib və bu da Mərkəzi Asiya ilə ABŞ arasında ticarət və investisiyaların genişlənməsinə, həmçinin regional istehsalçıların yeni bazarlara çıxmasına kömək edəcək: “TBNM-in gələcək inkişafı üzrə birgə səylərimiz Mərkəzi Asiya və Birləşmiş Ştatlar arasında ikitərəfli ticarət və investisiyalara güclü təkan verəcək, eləcə də sürətlə böyüyən bazarlarda yeni imkanlar açacaq”. Bundan əlavə, tərəflər regional iqtisadi inteqrasiyanın dərinləşməsinə və ABŞ iqtisadiyyatı ilə bağlı rəqabətədavamlı bazarın formalaşmasına yardım göstərmək barədə razılığa gəliblər. Bunun üçün regiondaxili ticarətin genişləndirilməsi, nəqliyyat əlaqəliliyini yaxşılaşdırılması, gömrük prosedurlarını uyğunlaşdırılması və sənaye kooperasiyasını gücləndirilməsi planlaşdırılır.
Xatırladaq ki, “C5+1” formatı ABŞ və Mərkəzi Asiyanın 5 ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında regional məsələlərin müzakirəsi üçün 2015-ci ilin sentyabrında yaradılıb. Mərkəzi Asiya və Cənubi Qafqazda geosiyasi maraqların toqquşması ticarət yollarının şaxələndirilməsini də zəruri edir. Xüsusilə, Rusiyadan yan keçməklə Çin və Avropanı birləşdirən yeni marşrutlar axtarışı isə toqquşmanın şiddətini daha da artırır. Bu məsələdə istər Çin, istərsə də Qərb dünyası üçün Mərkəzi Asiyanın önəmi böyükdür. Ələ?x?sus da, ona görə ki, Çin-Avropa bağlantısı üçün ən qısa yol məhz Orta Asiya və Cənubi Qafqazdan keçir. Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsi dünya ölkələrini daha təhlükəsiz nəqliyyat və ticarət marşrutlarının müəyyənləşməsinə sövq edir. Bu baxımdan, Orta Dəhliz müstəsna önəm kəsb edir. ABŞ-ın son illər Mərkəzi Asiyaya marağının artması da bunun göstəricisidir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47

