Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda fındıqçılığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanda fındıqçılığın inkişaf perspektivləri müzakirə olunub

10.08.2017 [15:19]

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov “Ferrero” şirkətinin aqrobiznes koordinatoru Daniel Dellaça ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Azərbaycanda fındıqçılığın inkişaf perspektivləri, əməkdaşlığın qurulması ilə bağlı müzakirələrin aparılması olub.
Görüşdə çıxış edən Heydər Əsədov dövlətimizin başçısının fındıqçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən respublikamızda həyata keçirilən tədbirlər və əldə olunmuş uğurlar barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə fındıqçılığın inkişafı üçün böyük potensial var, fermer və sahibkarlar ən çox valyuta gətirən strateji məhsullar arasında olan fındığın becərilməsinə, fındıq bağlarının salınmasına böyük maraq göstərirlər.
Nazir, həmçinin ölkəmizin coğrafi-iqlim şəraitinin bu sahənin inkişafı üçün əlverişli olduğunu bildirərək deyib: “Fındıq istehsalı kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. Bununla yanaşı, məhsulun artırılması məqsədi ilə dövlət tərəfindən fındıq istehsalçılarına güzəştli kreditlər verilir, fındıq pöhrələri alınaraq fermerlərə pulsuz paylanılır. Bu isə yeni bağların salınmasına, fındıq istehsalının daha da artırılmasına geniş imkanlar açır”.
“Ferrero” şirkətinin aqrobiznes koordinatoru Daniel Dellaça təmsil etdiyi şirkətin Azərbaycanda fındıqçılığın inkişafına önəm verdiyini və bu sahədə əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Paylaş:
Baxılıb: 877 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31