Strateji Yol Xəritəsi Azərbaycanda aqrar sektorun qarşısında yeni inkişaf perspektivləri açıb
04.10.2017 [09:48]
Ölkədə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz artıb
Postneft dövründə Azərbaycanın müəyyənləşdirdiyi prioritet inkişaf istiqamətlərindən biri aqrar sektorla bağlıdır. Ölkəmizdə dövlətin qeyri-neft sektorunun mühüm bir qolu kimi kənd təsərrüfatının üstün inkişafının təmin olunmasına güclü siyasi iradə nümayiş etdirməsi isə heç də təsadüfi deyil. Belə bir strateji kursun seçilməsi ilk növbədə respublikamızın reallıqları ilə bağlıdır. Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib. Əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır.
Müvafiq Strateji Yol Xəritəsində aqrar sektorun perspektiv inkişaf istiqamətləri müəyyənləşdirilib
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı müvafiq Fərmanla “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin təsdiqlənməsi respublikamızda postneft dövründə aqrar sektorun inkişafına ən yüksək səviyyədə siyasi iradə nümayiş etdirildiyini təsdiqləyir. Bəhs olunan Strateji Yol Xəritəsində aqrar sektorda yaxın, orta və uzunmüddətli dövrdə istehsal və ixrac imkanlarının artırılmasına nail olmaq üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Strateji Yol Xəritəsinə əsasən respublikada rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılması məqsədilə əlverişli mühitin yaradılması üçün 9 strateji hədəf müəyyənləşdirilib. Sənəddə qeyd edildiyi kimi, bu strateji hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda həyata keçiriləcək prioritetlərin 2020-ci ildə real ÜDM-i birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə 1235 milyon manat artıracağı proqnozlaşdırılır.
Nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması ayrı-ayrı pozisiyalar üzrə yaxşı nəticələrin əldə olunmasını şərtləndirib
Xəbər verildiyi kimi, bu günlərdə mətbuatda milli iqtisadiyyat və ayrı-ayrı sektorlar üzrə qəbul edilən strateji yol xəritələrinin icra vəziyyətinə dair yarımillik monitorinq və qiymətləndirmə hesabatı dərc olunub. Sənədə əsasən deyə bilərik ki, müvafiq Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması aqrar sektorda ayrı-ayrı pozisiyalar üzrə yaxşı nəticələrin əldə olunmasını şərtləndirib. Hesabatda qeyd olunur ki, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 11 faizi icra edilib, 40 faizinin icrasına başlanılıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz artıb. Əkinlərin ümumi sahəsi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz genişlənib.
Strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı sığortası haqqında yeni qanun layihəsi hazırlanaraq rəy bildirilməsi üçün müvafiq dövlət orqanlarına təqdim edilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində 2 aqroparka 11,5 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Kənd təsərrüfatı məhsullarının daxili bazardakı ticarəti üzrə uçot göstəriciləri ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi üçün dünya təcrübəsi araşdırılıb və işçi qrupun iclasında bununla bağlı təkliflər irəli sürülüb. Yerli istehsalın dəstəklənməsi və daxili bazarın qorunması məqsədilə respublikamızla sərbəst ticarət sazişi olmayan ölkələrdən bir sıra malların (pomidor, xiyar) idxalına tətbiq olunan gömrük rüsumlarının 2 il müddətində artırılmasını nəzərdə tutan qərar layihəsi hazırlanıb və məktubla Nazirlər Kabinetinə təqdim olunub. Kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən ardıcıl olaraq 3 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə həmin torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi əsasının yaradılması üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əlavə edilməsi barədə qanunun layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
Hesabatda bildirildiyi kimi, cari ilin ilk 6 ayında “Aqrolizinq” ASC tərəfindən 3525 kənd təsərrüfatı texnikası, o cümlədən 9 taxılyığan kombayn, 9 pambıqyığan kombayn, 681 traktor və 2826 digər texnika 525 hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Sumqayıt şəhərində yerləşən Karbamid zavodunun tikintisi davam etdirilir. Ölkənin aparıcı şirkətlərindən biri ilə Azərbaycan Dövlət Aqrar Universiteti və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, digər şirkətlər ilə əməkdaşlıq sahəsində də Memorandumun imzalanması gözlənilir.
Yarımillik monitorinq və qiymətləndirmə hesabatından da göründüyü kimi, 2017-ci ilin ilk altı ayında “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrası uğurla təmin edilir. Strateji Yol Xəritəsi çərçivəsində ayrı-ayrı pozisiyalar üzrə reallaşdırılan tədbirlər isə xüsusilə diqqətəlayiqdir.
Ərzaq təhlükəsizliyi Azərbaycanın əsas prioritetidir
Hazırda dünyada meydana çıxan çağırışlar kontekstində müvafiq Strateji Yol Xəritəsinə əsasən ölkəmizdə ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi ilə bağlı ayrıca hədəfin müəyyənləşdirilməsi strateji önəm daşıyır. Qeyd edək ki, son illərdə ölkəmizdə qida təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir və eyni zamanda, normativ-hüquqi baza möhkəmləndirilir. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb.
Şübhə yoxdur ki, bəhs olunan Strateji Yol Xəritəsinə əsasən reallaşdırılan tədbirlər sayəsində ölkənin ərzaq təminatı daha da möhkəmlənəcək. Cari ilin ilk altı ayında Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması ilə əlaqədar təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. “Qida təhlükəsizliyi haqqında” qanunun layihəsi və “Azərbaycan Respublikasında qida təhlükəsizlinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb. “Azərbaycan Respublikasında maldarlığın intensiv inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasında örüş-otlaq sahələrinin və biçənəklərin səmərəli istifadə olunmasına dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Toxumçuluq haqqında Azərbaycan Respublikasının yeni qanun layihəsi beynəlxalq ekspertlərlə birgə işlənilib və müzakirəyə təqdim edilib.
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə 5 ölkəyə ixrac missiyaları göndərilib
Kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının ixrac bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün geniş əhatəli tədbirlərin görülməsi də bəhs olunan Strateji Yol Xəritəsi çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdən biridir. Yarımillik monitorinq və qiymətləndirmə hesabatında bildirildiyi kimi, cari ilin ilk altı ayında “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 5 ölkəyə - Almaniyaya, Əfqanıstana, Pakistana, Qazaxıstana, Qətərə ixrac missiyaları həyata keçirilib.
Bundan başqa, hesabat dövrü ərzində Azərbaycan məhsullarının təbliği məqsədilə “Azərbaycan meyvələri” və “Azərbaycan meyvə şirələri” adlı reklam roliklərinin çəkilişlərinə başlanılıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində və Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində keçirilmiş “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı təmin edilib, Bolqarıstanın “Avropa 2001” jurnalında “Made in Azerbaijan” reklamı yerləşdirilıb. İxrac sənədlərinin əldə edilməsinə dəstək məqsədilə AZPROMO tərəfindən kənd təsərrüfatı, qida, yüngül və digər sahələrdə fəaliyyət göstərən 100-dən artıq yerli şirkətə dəstək göstərilib və zəruri informasiya verilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23

