Dövlət Reklam Agentliyinə elektron müraciət sisteminin yaradılması işləri yekunlaşmaq üzrədir
24.05.2018 [09:24]
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin strukturuna daxil olan 11 Ərazi Reklam İdarəsi yaradılıb. Hazırda bu sahədə mövcud qanunvericiliklə bağlı sahibkarlarla mütəmadi görüşlər, maarifləndirici tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, mövcud prosedurların sadələşdirilməsi məqsədilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir.
Agentlik fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığa dəstək siyasətinə və bununla bağlı verdiyi tapşırıqlara uyğun olaraq, sahibkarların inzibati yükünü, xərclərini azaltmaq, şəffaf tənzimləməni həyata keçirmək, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək istiqamətində qurub. On bir Ərazi Reklam İdarəsi bu fəaliyyətin ölkə ərazisini əhatə etməsi üçün yaradılıb.
Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərə əsasən, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək.
Dövlət Reklam Agentliyi, həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atır. Artıq müfəttişlərin ərazilərdə monitorinqlər aparması üçün ekoloji cəhətdən təmiz avtomobillər alınıb. Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün həmin avtomobillər videomüşahidə kameraları ilə təchiz olunub.
Agentliyin əsas vəzifələrindən biri də açıq məkanda estetik baxımdan yararsız reklamların yayımının qarşısını almaq, Azərbaycan dilinin dövlət dili olaraq qorunmasını və bu sahədə ekosistemin inkişafını təmin etməkdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 2017-ci il 20 iyun tarixli Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni həyata keçirməkdir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14

