Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkini prosesinə həsr olunmuş müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkini prosesinə həsr olunmuş müşavirə keçirilib

22.01.2019 [10:04]

Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkini prosesinə həsr olunmuş müşavirə keçirilib.
Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi, nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə 2019-cu ildə taxıl əkini prosesinin mövcud vəziyyəti və görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, əkin prosesi, taxıl əkinində texnoloji xəritəyə riayət olunması, fermerlərin təlimlərə cəlb edilməsi ilə bağlı hesabatlar dinlənilib.
Tədbirdə ölkədə taxılçılığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31