44 gün Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı
28.11.2025 [10:34]
Qələbəmiz dünya miqyasında da böyük əhəmiyyətə malikdir
Bu ay - noyabrın 8-də zəfərimizin 5-ci ildönümünü qeyd etdik. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində ordumuz, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. 2023-cü ilin sentyabrında isə bir günlük antiterror tədbirlər nəticəsində Qarabağın digər əraziləri də tam azad edilib. Nəticədə Azərbaycan öz suverenliyini bərpa edib.
Azərbaycan Ordusunun qazandığı bu möhtəşəm qələbə dünya, regional və ölkə miqyasında böyük əhəmiyyətə malikdir. Ötən müddət ərzində qələbənin dünya miqyasında da nə dərəcədə böyük təsir və gücə malik olduğu sübut edilib.
Dünyaya ədalətin hələ ölmədiyi mesajını verdik
Mövzuya dair fikirlərini “Yeni Azərbaycan”la bölüşən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda Ermənistan qeyri-qanuni məskunlaşma, mədəni irsimizə qarşı vandallıq və ekoloji terror həyata keçirmişdi: “Uzun illər beynəlxalq təşkilatların qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan status-kvonu dəyişməmək siyasəti yürüdürdü. 2020-ci ilin payızında Ermənistanın təxribatları, hərbi-siyasi avantüraları Azərbaycanı məcbur etdi ki, öz suveren hüquqlarını güc yolu ilə bərpa etsin.
Azərbaycan bu qələbə ilə təkcə regional deyil, beynəlxalq səviyyədə də sülhü dəstəkləyən ölkə olduğunu, haqqın, ədalətin bərpasının mümkünlüyünü ortaya qoydu: “Bununla ölkəmiz dünyaya ədalətin hələ ölmədiyi mesajını verdi. 44 günlük müharibə nəticəsində ölkəmiz Cənubi Qafqazda yeni geosiyasi reallıq, düzən yaratdı. Nəticədə Cənubi Qafqazda əmin-amanlıq bərqərar oldu. İndi Ermənistanla Azərbaycan arasında əlaqələr inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan bu sahəyə hər zaman töhfə verib və verəcək. Hansı ki, onun da əsasında sülh, inkişaf, birlik dayanır”.
Azərbaycan xəbərdarlıqlar etmişdi...
Deputat qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən əvvəl bir neçə dəfə Ermənistana mesajlar göndərib, xəbərdarlıqlar edib: “Bunlardan ən önəmlisi 2016-cı ilin aprelində olub. Azərbaycan güclü orduya malik olduğunu və işğala son qoyma gücündə olduğunu Ermənistana bildirib. Lakin Ermənistan bu çağırışlara məhəl qoymayaraq, 2018-ci ildə Naxçıvan istiqamətindəki təxribatı davam etdirmişdi.
2020-ci ilin iyul ayında Tovuzda baş verən qanlı hadisələr və 2020-ci ilin avqust ayında baş verən diversiya əməliyyatları ilə Ermənistanın təxribatları davam edib. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu əks hücuma keçib və 44 günlük müharibə başlayıb.
8 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad edildikdən sonra, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla müzakirələrə başlayaraq, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib. Ermənistan bu tələbə əməl edərək, Ağdam, Kəlbəcər və Laçın bölgələrini Azərbaycana təhvil verib. Bu əməliyyatlar bir itkiyə yol vermədən həyata keçirilib”.
Regionda sabitlik və əməkdaşlıq üçün yeni üfüqlər
Deputatın sözlərinə görə, bu gün Azərbaycanın tarixi, mədəni və dini abidələri, təbiəti və ekologiyası üzərində törədilən cinayətlərə qarşı mübarizə davam edir: “Ermənistanın 2-ci Qarabağ müharibəsindən sonra törətdiyi minalama əməliyyatları və digər cinayətlərdən sonra, Azərbaycan bu torpaqları minalardan təmizləyir və infrastrukturunu bərpa edir. Bu gün Azərbaycan xalqı və dövləti, erməni işğalına son qoyaraq, öz ərazilərində tam suverenliyini bərpa edib və regionda yeni reallıqlar formalaşdırır. Prezident İlham Əliyevin qətiyyətli əmri ilə başlayan əks-hücum əməliyyatları müasir hərb tarixində misilsiz nümunə kimi göstərilir.
Azərbaycan Cənubi Qafqaz regionunu sülhə, əməkdaşlığa yönəldərək, infrastrukturun bərpası, beynəlxalq əlaqələrin inkişafı üçün bütün səyləri göstərir. Bu müharibə Azərbaycan xalqının qələbəsi, həmçinin regionda sabitlik və əməkdaşlıq üçün yeni üfüqlər açır”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

