Regionların qazlaşdırılması ilə bağlı layihələrin icrası uğurla davam etdirilir
19.11.2016 [09:53]
Müvafiq Dövlət Proqramının uğurlu icrası bölgələrin fasiləsiz təbii qazla təminatına şərait yaradır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iqtisadi inkişafı konseptual əsaslara söykənir. Çoxşaxəli sosial-iqtisadi islahatlar davamlı inkişafı təmin etməklə yanaşı, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini də şərtləndirir. Ümumiyyətlə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. 2004-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərarların qəbul olunması, həmçinin son 12 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlərin həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Bunlarla yanaşı, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini də xüsusilə vurğulamaq lazımdır. Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir.
Məsələn, noyabrın 17-də Sabirabad rayonunun Türkədi kəndinə ilk dəfə təbii qaz verilib. 560 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 45 min 282 metr olan polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Qeyd edək ki, Sabirabad rayonunun daha 4 kəndində (Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndləri) tikinti-quraşdırma işləri davam etdirilir və yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də tədbirlər davam etdirilir. Rayonun Cumakənd kəndinə ilk dəfə təbii qaz verilib. 500 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 7 min metr müxtəlif diametrli polietilen və 26 min 890 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda rayonun 40-a yaxın yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Daha 5 kəndin qazlaşdırılması istiqamətində işlər aparılır. Bu işlər başa çatdıqdan sonra Şəki rayonu üzrə qazlaşma 85 faiz təşkil edəcək.
Göyçay rayonunun isə daha bir ucqar yaşayış məntəqəsinə - Bəydövül kəndinə təbii qaz verilib. Qeyd edək ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1617 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 25 min 406 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 298 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Yeri gəlmişkən, hazırda Göyçay rayonunun Çaxırlı, Ləkçılpak, Şəkər və Çərəkə kəndlərinin qazlaşdırılması üçün tədbirlər görülür.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq, Saatlının Genişkənd kəndinə də ilk dəfə təbii qaz verilib. 123 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 661 metr müxtəlif diametrli polietilen və 8 min 771 metr metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Son ilyarımda rayonun 20 kəndi qazlaşdırılıb. Artıq rayonun 43 kəndindən 26-na “mavi yanacaq” verilib. Yeddi yaşayış məntəqəsində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Yaxın günlərdə bu kəndlərə də təbii qaz veriləcək. Bununla da rayonda qazla təmin olunan yaşayış məntəqələrinin sayı 33-ə çatacaq.
Beyləqan rayonunun İkinci Şahsevən və Aşağı Çəmənli kəndlərinə də ilk dəfə təbii qaz verilib. 584 abonenti olan İkinci Şahsevən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 62 min 793 metr olan müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 243 abonenti olan Aşağı Çəmənli kəndinin qazlaşdırılması üçün 30 min 120 metrlik müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin olunub.
İmişli rayonunun da qəsəbə və kəndlərinin qazlaşdırılması uğurla davam etdirilir. Qaz verilmiş yaşayış məntəqələrinin sırasına Nurulu kəndi də əlavə olunub. 126 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem üzrə 3 min 402 metr polietilen və 17 min 796 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac quraşdırılıb. Qeyd edək ki, ilin əvvəlindən indiyədək rayonun 8 yaşayış məntəqəsi qazlaşdırılıb. Nurulu kəndi də daxil olmaqla, hazırda rayonun 26 kənd və qəsəbəsində “mavi yanacaq”dan istifadə edilir. On kənddə isə bu istiqamətdə işlər aparılır. Yaxın günlərdə həmin kəndlərə də təbii qazın verilməsi təmin ediləcək. Ümumiyyətlə isə, rayonun 49 yaşayış məntəqəsindən 26-sı qazlaşdırılıb və hazırda bu istiqamətdə işlər uğurla aparılır. Qaz verilmiş kənd və qəsəbələrin sırasına rayonun Bəcirəvan və Ağcüyür kəndləri də əlavə olunub. Ümumilikdə 526 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem üzrə 3 min 950 metr müxtəlif diametrli polietilen və 45 min 55 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bəcirəvan kəndində mənzillərə ümumilikdə 483, Ağcüyür kəndində isə 43 sayğac qoyulub və bir o qədər də fərdi tənzimləyici quraşdırılıb.
Ağsuda rayon mərkəzindən 45 kilometr məsafədə, dağlıq ərazidə yerləşən Hacman kəndinə də təbii qaz verilib. 90 abonentin, 278 nəfər əhalinin yaşadığı kəndin qazlaşdırılması üçün 5297 metr müxtəlif diametrli polad borulardan istifadə olunub. Bütün evlər sayğaclaşdırılıb. Artıq rayonun 65 yaşayış məntəqəsi qazlaşdırılıb. Təkcə bu il 10 kəndə təbii qaz verilib. Hazırda rayonun ucqar yaşayış məntəqələrindən olan Padarqışlaq kəndi qazlaşdırılır.
Qazlaşdırma işi Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Muxtar respublikada istehlakçıların təbii qazla fasiləsiz və təhlükəsiz təmin olunması üçün lazımi tədbirlər görülüb. Qış mövsümünə hazırlıqla bağlı “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən istehlakçılara göstərilən xidmətin keyfiyyəti, həmçinin xidmətə nəzarət daha da gücləndirilib. Qaz istismarı idarələrinin xidməti ərazilərində - rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində qaz xətləri və xətlər üzərində quraşdırılmış tənzimləyici şkaflar, siyirtmələr təftiş edilib, korroziyaya uğramış borular dəyişdirilib. Muxtar respublikanın qaz təsərrüfatı şəbəkəsi ərazilər üzrə qaz analizatorları vasitəsilə yoxlanılır, aşkarlanan sızmalar texniki-təhlükəsizlik qaydalarına uyğun aradan qaldırılır. Bundan əlavə, payız-qış mövsümünə uyğun olaraq, qəza təmiri üçün ehtiyat bazasına aid polad və polietilen borular, çilingər alətləri, köməkçi avadanlıqlar, işçi heyətinin peşə yönümü üzrə geyim formaları da normaya uyğun bərpa olunub, həmçinin birlik üzrə maşın və mexanizmlərin, qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılıb. Birliyin mütəxəssisləri tərəfindən sosial obyektlərin, idarə və təşkilatların, yaşayış binalarının qazanxanalarına texniki baxış keçirilən zaman mövcud problemlər araşdırılıb, nöqsanlar aradan qaldırılıb.
“Naxçıvanqaz” İstehsalat Birliyi və onun yerli idarələri qaz itkisinə səbəb olacaq nöqsanları aradan qaldırmaq məqsədilə bu sahəni tam nəzarətə götürüb. Birliyin 104 nömrəli “qaynar xətt”i fəaliyyət göstərir. Gün ərzində həmin “qaynar xətt”ə müxtəlif xarakterli çağırışlar daxil olur. Çağırışlar daxil olan anda birliyin qəza-dispetçer xidmətinin əməkdaşları hadisə yerinə gedir, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və keyfiyyətli təbii qazın nəqli bərpa olunur. “Naxçıvanqaz” İstehsalat Birliyinin fəaliyyəti dövründə, yəni 2005-ci ilin payızından 2016-cı il 1 noyabr tarixinədək aparılan məqsədyönlü işlər nəticəsində muxtar respublika üzrə təbii qazdan 84 min 873 əhali abonentinin, 2 min 23 qeyri-əhali abonentinin istifadə etməsi təmin olunub. Həyata keçirilən tədbirlər payız-qış mövsümündə əhalinin dayanıqlı və təhlükəsiz “mavi yanacaq”la təmin olunmasına imkan verir.
Göründüyü kimi, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrin qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan müstəsna əhəmiyyət kəsb edir və davamlı xarakter daşıyır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 17:31
Sosial
20 Yanvar 16:54
Dünya
20 Yanvar 16:23
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13

