Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31.07.2021 [09:05]
Güclü dövlət olan Azərbaycan postmüharibə mərhələsində müasir infrastruktur yaratmaqla işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə etmək niyyətindədir
Azərbaycanın qələbəyə və inkişafa hədəflənmiş məqsədyönlü siyasətinin uğurlu nəticələrini ölkəmizin iqtisadi gücünün artmasının timsalında aydın görmək mümkündür. Resurslardan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi üçün çoxşaxəli islahatların aparılması nəticəsində respublikamızın iqtisadi müstəqilliyi tam təmin edilib. Bu kontekstdə ölkəmizin müsbət reallıqlarının formalaşmasında, iqtisadi potensialının artmasında regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrasının uğurla təmin edilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Bəhs olunan Dövlət proqramları çərçivəsində reallaşdırılan çoxsaylı layihələr sayəsində bölgələrdə iqtisadi fəallıq əhəmiyyətli dərəcədə artıb. Perspektivdə isə ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər hesabına regional inkişaf proqramlarının əhatə dairəsinin daha da genişlənəcəyi gözlənilir.
Əlbəttə, bəhs olunan 10 min kvadratkilometrədək ərazinin iqtisadi potensialı kifayət qədər böyükdür. Xüsusilə, burada aqrar sektorun, emal sənayesinin, turizmin böyük inkişaf perspektivləri mövcuddur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Qarabağda iqtisadiyyat altı əsas istiqamət və dörd əsas ağırlıq mərkəzi üzrə dövlət-özəl partnyorluğu ilə inkişaf etdiriləcək: “Qarabağda iqtisadiyyatın altı əsas istiqamətdə inkişafı gözlənilir: aqrar biznes, ərzaq sənayesi, dağ-mədən sənayesi, yaşıl enerji, nəqliyyat-logistika və turizm. 200 min hektar kənd təsərrüfatı sahəsi və bundan da çox örüş sahəsi, həmçinin keçmiş cəbhə xətti boyunca istifadəsiz qalan on minlərlə hektar torpaq sahəsi aqrar biznesin resurs əsasını təşkil edir. Hesablamalar göstərir ki, ortamüddətli perspektivdə Qarabağ bölgəsi ölkənin kənd təsərrüfatına 10,4 faiz töhfə verəcəkdir”, - deyə Vüsal Qasımlı vurğulayıb.
Güclü dövlət olan Azərbaycan postmüharibə mərhələsində müasir infrastruktur yaratmaqla işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə etmək niyyətindədir. Müəyyənləşdirilən əsas hədəflərdən biri də həmin ərazilərlə respublikanın digər bölgələri arasında ənənəvi əlaqələrin bərpasına nail olmaqdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 7 iyul 2021-ci il tarixində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizdə iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdırılıb və respublikamızın iqtisadi rayonlarının sırasına Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının adları da daxil edilib. Qarabağ iqtisadi rayonu Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edir. İşğaldan azad olunan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonunda birləşir. Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlarda birləşdirilməsi ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara əsaslanır. Tarixən mövcud olan ənənəvi əlaqələrin bərpası işğaldan azad edilmiş ərazilərin respublikamızın digər iqtisadi rayonlarına nisbətən qısa vaxtda reinteqrasiyasını təmin edəcək.
44 günlük müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad olunan ərazilərdə bərpa işlərinə və həmin ərazilərin iqtisadi potensialının qiymətləndirilməsinə başlanıb. O cümlədən işğaldan azad olunmuş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması istiqamətində ilk pilot layihənin icrası yüksək səviyyədə təmin olunur. Layihə çərçivəsində qoyunçuluq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanılıb. Layihədə bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupunun məlumatına əsasən, artıq Kəlbəcər rayonundan olan fermerlərə məxsus 5 təsərrüfatın və Kənd Təsərrüfatı Nazirliyi yanında “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatlarının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması başa çatıb.
İşğaldan azad edilmiş ərazilərdə arıçılığın inkişafı üçün də geniş imkanlar mövcuddur. İşğaldan azad edilmiş ərazilərdəki yaylaqlara indiyə qədər bəhs olunan pilot layihə çərçivəsində, ümumilikdə, 4068 arı ailəsi köçürülüb. Arı ailələrinin hələlik Kəlbəcər və Laçın rayonlarına köçürülməsi təmin edilib. Qeyd edək ki, pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, qoyunçuluq təsərrüfatlarının, arı ailələrinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Öz təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köçürülməsinə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Ümumiyyətlə, qoyunçuluq və arıçılıq təsərrüfatları işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köçürülərkən təhlükəsizlik tədbirlərinə ciddi əməl olunur. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyinin yerli bölmələrinin iştirakı ilə həyata keçirilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

