Ölkəmizdə İKT sektorunun inkişafı nələr vəd edir?
10.05.2022 [10:54]
Nardar BAYRAMLI
Azərbaycan hazırda sürətli iqtisadi inkişaf tempinə, dayanıqlı infrastruktura və kommunikasiya imkanlarına, əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir. Beynəlxalq miqyasda mürəkkəb proseslərin davam etməsinə baxmayaraq, Azərbaycan öz dinamik inkişafını qoruyub saxlayıb, əhalinin həyat səviyyəsi ilbəil yüksəlib. Son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət alıb. Şübhəsiz ki, Azərbaycanın gələcək uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaq. Məhz İKT-nin ölkədə ümumi sosial-iqtisadi inkişafa xidmət edən sahə kimi təşəkkül tapması və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, Prezident İlham Əliyev 2013-cü ili ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etmişdi. Azərbaycanın ilk telekommunikasiya peyki də 2013-cü il fevralın 8-də Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan geostasionar orbitə buraxılmışdı. Bu nailiyyət Prezident İlham Əliyevin İKT sahəsində məqsədyönlü siyasətinin həyata keçirilməsi, eləcə də, ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə hədəflərin reallaşdırılması sayəsində əldə olunub.
Ölkəmizdə İKT sektorunun inkişafı perspektiv üçün nələr vəd edir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, qarşıda duran vəzifələrdən biri “elektron hökumət”in tam formalaşdırılmasıdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu məsələyə xüsusi əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması Azərbaycanda dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində “elektron hökumət” ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına, informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradıb: “Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər görülməkdədir. Ümumiyyətlə, son illərdə ölkəmizin iqtisadi siyasətində regional inkişafa xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, Fərman və sərəncamların yüksək dinamizmlə həyata keçirilməsi artıq özünün məntiqi nəticələrini verib, respublikamız iqtisadi sahədə böyük uğurlar əldə edib. Ölkəmizin ötən illər ərzində əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. İqtisadiyyatın daha da inkişaf etdirilməsi regionların inkişafının sürətləndirilməsini, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Müasir infrastrukturun əsasını isə informasiya-kommunikasiya texnologiyaları təşkil edir. Müasir İKT-nin inkişafının əsas infrastruktur göstəricisi sayılan internetin inkişafı üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu baxımdan, Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır. Artıq istifadəçilərin sayı əhalinin təxminən 80 - 85 faiz səviyyəsindədir. İnternet istifadəçilərinin böyük hissəsi isə genişzolaqlı internetə qoşulub. Eyni zamanda, sosial şəbəkə istifadəçilərinin sayı da kifayət qədər çoxdur. Respublikamızın yaşayış məntəqələrində yüksək sürətli fiber-optik şəbəkə qurulur. Bu yöndə müvafiq layihələr reallaşdırılıb”.
Millət vəkili qeyd edib ki, İKT-nin inkişafından danışarkən “Elektron hökumət” layihəsi xüsusi vurğulanmaldır: “”Elektron hökumət” hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsidir. Yəni hər bir vətəndaş hər hansı dövlət orqanlarına, təşkilatlara müraciət etmənin qaydalarını internet vasitəsilə öyrənə, onlarla virtual əlaqə saxlaya bilər. “E-hökumət” portalı bütün dövlət qurumlarının xidmətlərinə bir nöqtədən giriş imkanını təmin edir. “Elektron hökumət” portalı hazırda vətəndaşların tələblərinə yüksək səviyyədə cavab verir. Əhalinin müəyyən hissəsi elektron xidmətlərdən zəif istifadə etsə də, düşünürəm ki, bunu cəmiyyətdə ancaq maarifləndirmə işi aparmaqla aradan qaldırmaq olar. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılması da “Elektron hökumət”in formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Müasir inkişaf bütün sahələrdə daha çox informasiya-kommunikasiya texnologiyalarından yüksək səviyyədə faydalanmaqla mümkün olur. Bu, artıq özünü doğruldan təcrübədir. İnformasiya texnologiyaları şəbəkəsinin bütün dünyada olduğu kimi, Azərbaycanda da kifayət qədər strateji sahə kimi hesab edilməsinin əyani sübutudur. Bir məqamı da deyim ki, Avropa ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən elektron xidmət növlərinin də mütləq əksəriyyəti Azərbaycanda da tətbiq edilməkdədir. Əhalinin əksər hissəsinin internetə çıxış imkanları var. İnsanların sərbəst şəkildə informasiya əldə etməsi, azad informasiya cəmiyyətinin bərqərar olması dövlət siyasətidir. Ölkəmizdə sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, elektron vergi və gömrük bəyannamələri təqdim edilir. Daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu da elektron formada həyata keçirilir.
Ümumiyyətlə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının müşahidə olunan yüksək inkişaf tempi respublikamızın bu sahədə də öndə getdiyini təsdiqləyir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

