Müharibə bitsə də...
25.05.2022 [10:22]
İnformasiya cəbhəsində savaş davam edir
Mübariz FEYİZLİ
44 günlük Vətən müharibəsi Azərbaycanın son 200 illik tarixinin ən şanlı səhifəsidir. Müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüşən Silahlı Qüvvələrimiz 30 illik işğal faktına son qoydu. 300-dən çox yaşayış məntəqəsi bilavasitə döyüş meydanında geri qaytarıldı. Ağdam, Kəlbəcər, Laçın rayonları isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən qan tökülmədən respublikamıza qaytarıldı. Beləliklə, respublikamız hərbi-siyasi yolla özünün ərazi bütövlüyünü təmin etməyə nail oldu.
Lakin müharibə başa çatsa da, informasiya cəbhəsində savaş davam edir. Postmüharibə dövründə qalib Azərbaycanın qarşısında böyük vəzifələr durur. Bu vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etməkdirsə, digəri, erməni vandallarının işğal illərində və müharibə dövründə törətdikləri cinayətləri bütün dünya ictimaiyyətinə çatdırmaqdır.
Ermənistanın çoxsaylı müharibə cinayətləri
İşğaldan azad edilmiş ərazilərdən təqdim olunan foto və video materiallardan göründüyü kimi, erməni vandalları üç onillik ərzində şəhər və kəndlərimizdə hər şeyi dağıdaraq yerlə-yeksan ediblər. Prezident İlham Əliyevin dəfələrlə ifadə etdiyi kimi, sanki bu yerlərdən vəhşi qəbilələr gəlib keçiblər və öz yolları üzərində hər şeyi talayıblar. İşğal illərində ermənilər ulu əcdadlarımızdan bizə miras qalan tarixi dini-mədəni abidələrimizi ya tamam dağıdıb, ya da təhqirlərə məruz qoyublar.
İşğal dövründə erməni qəsbkarları Azərbaycanın təbiətinə böyük ziyan vurublar. Onlar xaricdəki havadarlarının dəstəyindən bəhrələnməklə təbii sərvətlərimizi qeyri-qanuni şəkildə istismar ediblər. Meşələrimiz qırılarq qiymətli ağaclar mebel sənayesində istifadə olunması məqsədilə baha qiymətə satılıb. Çayların, anbarların suyundan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Ermənilərin Oxçuçayı ölü su mənbəyinə çevirmələri ekologiyamıza vurulan ağır zərbədir.
Erməni vandallarının ikinci Qarabağ müharibəsi günlərində törətdikləri cinayətlərin siyahısı da çox uzundur. Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı çoxsaylı terror əməllərini törədib. Müharibənin davam etdiyi 44 gün ərzində Ermənistanın hərbi birləşmələri tərəfindən azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən ermənilər bunun əvəzini Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket zərbləri endirməklə çıxmağa çalışırdılar. O cümlədən erməni silahlı birləşmələri şəhər və kəndlərimizi, mülki infrastrukturu və dinc əhalini hədəfə alarkən “Toçka-U”, “Smerç”, “Skad” və digər belə dağıdıcı silahlardan istifadə ediblər.
Kütləvi məzarlıqlar
Postmüharibə dövründə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işlərinə başlayıb. Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək torpağa basdırılmış və kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə əsasən aparılan axtarış-araşdırma tədbirləri nəticəsində Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində də kütləvi məzarlıqlar aşkar edilib. Son olaraq isə cari il martın 28-də Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Ümumilikdə araşdırmalara görə, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında belə məzarlıqlar mövcuddur. Ərazilər minalardan təmizləndikcə bu məzarlıqlar da aşkara çıxarılacaq.
Erməni mifi dağılır
Bütövlükdə, Ermənistanın müharibə cinayətlərinin siyahısı çox uzundur. Ancaq sadalanan faktlar da erməni vandalizmi barədə konkret təsəvvür yaratmaq üçün yetərlidir. Bir vaxtlar ermənilər yalan təbliğat nəticəsində özləri barədə “mədəni xalq” mifini formalaşdırmışdılar. Artıq yalan üzərində bərqərar olan bu mif dağılmaqdadır. Postmüharibə dövründə xarici media təmsilçilərinin, diplomatik korpusun təmsilçilərinin, din xadimlərinin Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə, o cümlədən də Şuşaya çoxsaylı səfərləri təşkil olunub. Onlar bu yerlərdə şahidi olduqları mənzərələrdən dəhşətə gəldiklərini bildiriblər. İsveçrəli jurnalist, “Wochenzeitung” və “Neues Deutschland” nəşrlərinin əməkdaşı Andre Vedmer işğal altındakı ərazilərdə tarixi abidə və qəbiristanlıqların acınacaqlı vəziyyətinin şahidi olaraq Azərbaycanın Şuşa və Ağdamdakı bir çox mədəniyyət abidələrinin məhv edildiyini və ya ciddi zədələndiyini təsdiqləyib. Digər bir əcnəbi jurnalist - Qafqaz üzrə tanınmış mütəxəssis, britaniyalı Tomas de Vaal Ağdamda ermənilər tərəfindən törədilmiş dağıntıları II Dünya müharibəsində dağıdılan yapon şəhərləri Xirosima və Naqasaki ilə müqayisə edərək, Ağdamı “kiçik Xirosima” adlandırıb.
Almaniyanın nüfuzlu “Spiegel” dərgisində jurnalist Andre Vidmerin müəllifi olduğu “Dağıdılmış ərazilərə geri qayıdış” adlı məqalə dərc olunub. Məqalədə jurnalistin Ağdamın iki sakini ilə onların doğulub boya-başa çatdığı şəhərə səfər təəssüratları əks olunub. Müəllif qeyd edir ki, Ermənistan üzərində qələbə çaldıqdan sonra Azərbaycan bir zamanlar yüz minlərlə azərbaycanlının tərk etdiyi əraziləri geri qaytarıb. Həmin ərazilərə geri qayıdanlar isə minalanmış xarabalıqlarla üzləşirlər.
Xarici mediada ermənilərin dağıtdıqları şəhər və kəndlərimizin sürətlə bərpa olunduğu barədə də materiallar dərc olunur. Bir qədər bundan əvvəl baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında erməni işğalından azad olunduqdan sonrakı müddət ərzində Şuşada həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edən “Müharibədən dağılmış Qarabağ bölgəsindəki Şuşa son bir ildə necə dəyişib?” sərlövhəli məqalə dərc olunub.
Siyasi şərhçi Reyçel Avraham müəllifi olduğu məqalədə bir qədər bundan əvvəl Azərbaycanın mədəniyyət paytaxtında keçirilən Beynəlxalq Qida Festivalında iştirak etmək üçün Şuşaya etdiyi səfər zamanı şahidi olduqlarını keçən il İsrailin sabiq rabitə, kibertəhlükəsizlik və peyk naziri Ayub Kara ilə Azərbaycana səfəri çərçivəsində Şuşada gördükləri ilə müqayisə edib və son bir il ərzində burada əldə olunmuş tərəqqini görməkdən keçirdiyi heyrət hissini gizlətməyib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

