Milli ideologiyamız!
14.07.2023 [11:08]
Azərbaycançılığın təbliği hər zaman prioritetdir...
Yeganə BAYRAMOVA
Azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, dövlətin möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək inkişaf etməsində bu ideologiya əsaslı rol oynayır. Daha dəqiq desək, azərbaycançılıq ideologiyası həm də birləşdirici missiyanı həyata keçirir. Həmin ideologiya ətrafında etnik mənsubiyyətindən asılı olmayaraq ölkədəki bütün insanlar birləşib. Bu da ondan irəli gəlir ki, Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılıq ideyasını birləşdirici, vəhdət yaradıcı bir ideya kimi qəbul etməklə yanaşı, həm də bunu dərindən dərk edir. Bu baxımdan azərbaycançılıq ideyası, demək olar ki, əhalinin bütün spektrini əhatə edir.
Ümumiyyətlə, Azərbaycanda xalqların tarixi, adət-ənənələri, dil və mədəniyyətləri də qorunub inkişaf etdirilir. Eyni zamanda, bu ideologiya siyasi, dövlətçilik ideologiyasıdır. Həmçinin sözügedən ideologiya Azərbaycan xalqının və dövlətinin güclü olmasına yönəlib. Bununla belə, bu ideologiyanın hər bir azərbaycanlıya hakim olmasından ötrü daha geniş tədbirlər həyata keçirilməlidir. Habelə, güclü maarifləndirmə işi aparılmalıdır. Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, hərb sənətilə bağlı sadə və konkret biliklər verilməlidir. Azərbaycanın regionda və dünyada tutduğu mövqe izah edilməlidir. Çünki milli ideologiyasız millət şax, dik dayana bilməz. İdeologiya ideala çevriləndə nəticə verir. Ona görə də Azərbaycançılıq ideologiyası çox taleyüklü bir məsələdir.
50 milyondan çox azərbaycanlını birləşdirən ideologiya
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin üzvü Nəsib Məhəməliyev bildirib ki, azərbaycançılıq ideologiyasının banisi ümummilli lider Heydər Əliyevdir. Deputat vurğulayıb ki, Ulu Öndər daim azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün milli dəyər olduğunu bildirirdi: “Bu ideologiya dünyada yaşayan 50 milyondan çox azərbaycanlını birləşdirdi. Ulu öndər xarici səfərlər zamanı o ölkələrdə yaşayan azərbaycanlılarla görüşür və hamının müstəqil dövlətin milli maraqları ətrafında birləşməsi üçün çağırış edirdi. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlıların I Qurultayına dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərmiz dəvət olunmuş və qurultayda ümummilli lider Heydər Əliyev dünya azərbaycanlıları qarşısında vəzifələr qoyub. Bu vəzifələr dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı məsələləri özündə ehtiva edib. Dünyada yaşayan azərbaycanlılarla koordinasiya olunmuş fəaliyyəti təmin etmək və bu sahədə dövlət siyasətini həyata keçirmək üçün ümummilli lider Heydər Əliyev qurultaydan sonra 2002-ci ildə “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə” fərman imzaladı. Əsasını Ulu Öndərin qoyduğu azərbaycançılıq ideologiyası dünyada yaşayan soydaşlarımız arasında milli həmrəylik və birlik yaratmış, haqq səsimizin dünyaya çatdırılmasında fəaliyyət göstərib”.
Parlament üzvünün sözlərinə görə, milli birlik və həmrəylik 44 günlük Vətən müharibəsində qələbəyə nail olmağımızda əsas rol oynadı: “Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyi və milli iftixar yeri olan bir Vətəni var. 2023-cü ilin “Heydər Əliyev İli” elan olması ürəyi vətənlə döyünən hər bir azərbaycanlının sevincinə səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada yaşayan bütün soydaşlarımız Heydər
Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşəcək və gələcəkdə də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsində böyük işlər görüləcək”.
Ali və orta məktəblərdə təbliğ olunmalıdır...
Deputat ali məktəblərdə azərbaycançılıqla bağlı məşğələlərin keçirilməsini önəmli amil hesab edir: “Ali məktəblərdə milli ideologiyamız hesab olunan azərbaycançılığın təbliğ olunmasına xüsusi önəm verilməlidir. Bu bütün ali məktəblərin əsas vəzifələrindən biri olmalıdır. Çünki inkişaf etmiş ölkələrdə yüksək təhsilli tələbələr ölkənin inkişaf səviyyəsinin əsas göstəricilərindən hesab olunur. Bütün bunların əhəmiyyətini lazımınca nəzərə almaq, məncə, faydalı olar. Digər tərəfdən, bunun bir başqa özəllikləri də var ki, həmin məqamlara xüsusi diqqət yetirilməlidir. Məsələ ondadır ki, milli ideologiya sistemli şəkildə gənc nəslə aşılanırsa, o zaman dövlətin bütövlüyü, dövlətçilik təhlükə altında qalmır. Bəzi müsəlman ölkələrində milli ideologiyanın təkmil olmaması bir sıra ciddi problemlərin yaranmasına rəvac verib. Nəticədə bu natamamlıq zaman-zaman müəyyən fəsadların yaranmasına və cəmiyyətdə təbəddülatlara gətirib çıxarır. Bütün bunlardan çıxış edərək, azərbaycançılıq ideologiyasının əhatəli şəkildə universitetlərdə təbliğ edilməsinə ehtiyac var. Hansı variant daha optimal hesab edilirsə, biz ona üstünlük verməliyik. Düşünürəm ki, nəinki ali məktəblərdə, hətta orta ümumtəhsil məktəblərində belə azərbaycançılıqla bağlı təbliğat mexanizminin proqramlı şəkildə qurulmasına ehtiyac var”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

