Tədris proqramlarının hazırlanmasında...
22.07.2023 [11:00]
Qarabağ Zəfəri, 44 günlük Vətən müharibəsi xüsusi yer tutmalıdır
Yeganə BAYRAMOVA
Dövlətin və cəmiyyətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri təhsildir. Bu mənada təhsil sektorunun inkişafı, bu sahədə yeni innovasiyalara müraciət, beynəlxalq təcrübənin mübadiləsi hər zaman aktuallığını qoruyub. Təhsildə inkişafın təmin edilməsi üçün əsas şərtlərdən biri isə həm də təhsil proqramlarının yeni çağırışlar və müasir reallıqlar əsasında hazırlanmasıdır. Müstəqil Azərbaycanda hərtərəfli inkişafa nail olunması üçün mühüm işlər görülür, addımlar atılır. Onlardan ən vacibi isə təbii olaraq təhsil sistemində edilən yeniliklər, bu sahədə aparılan islahatlardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir və adıçəkilən sahənin inkişafını təmin edəcək çoxsaylı proqramların qəbulu sözügedən sektorun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.
Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam etdirdiyi işğal siyasəti bütün sahələrə olduğu kimi, təhsilə də təsirsiz ötüşməyib. Tədris proqramlarının tərtib edilməsi, təhsil müəssislərində keçirilən elmi-kütləvi tədbirlərin hazırlanması prosesində təbii olaraq qəmgin notlar daha çox diqqəti cəlb edirdi. 44 günlük müharibədə qazanılan uğur təbii olaraq bunu da aradan qaldırdı. Bu gün tədris proqramlarında Vətən müharibəsi, qazandığımız Böyük Zəfər, Azərbaycan xalqının qələbəsi daha geniş məlumatlarla əks olunur, təbliğ edilir, cəmiyyətə təqdim olunur. Bu da təbiidir - cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ davam edir. Bunun üçün cəmiyyətimiz reallıqlarla tanış olmalı, öz qəhrəmanlarını tanımalı, orta məktəb şagirdlərimiz Azərbaycan həqiqətləri ilə bağlı geniş şəkildə məlumatlandırılmalıdırlar. Bu mənada. elmi-kütləvi, mədəni-maarif, tədris proqramlarının inkişaf etdirilməsi, hətta yenilənməsi aktuallıq daşıyır.
Mənzərə ürəkaçandır...
Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında hazırda bu istiqamətdə bir sıra mühüm işlərin görüldüyünü bildirib: “Bu gün ölkəmizdə bu istiqamətdə mühüm addımlar atılır. Sirr deyil ki, Vətən müharibəsi, qazandığımız zəfər barədə daim tədbirlər keçirilir. İstər bədii yaradıcılıq, istər vizual xarakterli, istərsə də elmi-kütləvi tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Xüsusən, orta məktəblərdə şagirdlərə vətənpərvərlik ruhunun aşılanması, daha da gücləndirilməsi olduqca vacibdir. Hər kəs bacardığı qədər bu işdə fəallıq nümayiş etdirməli, öz töhfəsini verməlidir. Ümumi mənzərə, əlbəttə, ürəkaçandır. Hər kəs bu işdə əlindən gələnləri əsirgəmir - bütün gücünü bu kimi mühüm təbliğat işinə səfərbər edir və etməlidir də. Sevindirici haldır ki, təhsil müəssisələri, dövlət struktrrları ilə yanaşı sadə insanlar, hətta valideynlər belə bu məsələdə öz köməklərini təklif edirlər. Proses yüksək səviyyədə inkişaf edir. Təbii ki, bu işdə əsas məsələ ümumi sistemləşdirilmə, proqramlaşdırmadır ki, bu məsələnin həlli ilə bağlı da bir sıra vacib addımlar nəzərə çarpır”.
Bu proqramların təsir imkanları...
E.Əfəndi xatırladıb ki, internet resurslarının hələ tam şəkildə mənimsənilmədiyi zamanlarda şagirdlər arasında milli vətənpərvərliyin daha da gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilirdi. Bu sırada kitabxanalarda, klublarda, mədəniyyət və yaradıcılıq evlərində, hətta məktəblərdə belə olduqca maraqlı kütləvi tədbirlər, tamaşalar, filmlərin nümayişi keçirilirdi. Bu tədbirlərin təkzibedilməz təsir imkanları vardı. “İndiki halda texniki anlamda daha böyük imkankara sahibik. Eyni zamanda, internet resurslarından geniş istifadə etmək mümkündür. KİV-də elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına geniş yer ayrılması vacib şərtdir. Bunun müsbət nəticələri təkzib edilə bilməz. 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın azad olunması, Prezident İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasətin nəticələri, Azərbaycan Ordusunun rəşadəti, mübarizə ruhu və bir çox məsələlər proqramlaşdırılaraq orta məktəblərdə, eləcə də ali təhsil ocaqlarında tədris olunmalıdır. Buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Bu baxımdan proqramların hazırlanmasında mütəxəsis yanaşması, eləcə də rəyi mütləq nəzərə alınmalıdır. Bu kimi vacib amillər qələbədən sonrakı postmüharibə dövründə həmrəyliyimizin və birliyimizin daha da güclənməsinə öz ciddi töhfəsini vermiş olar”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

