Tədqiqat: Pəhriz beyin sağlamlığını yaxşılaşdıra bilər
11.10.2025 [19:33]
ABŞ-ın Missuri Universiteti alimlərinin yeni araşdırması göstərib ki, yüksək yağlı və az karbohidratlı, yəni ketogenik pəhriz beyin sağlamlığını qorumağa və Alsheymer xəstəliyi riskini azaltmağa kömək edə bilər.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə görə, bu pəhriz APOE4 geninə malik şəxslər üçün xüsusilə faydalı ola bilər. APOE4 geni Alsheymer xəstəliyi üçün ən güclü genetik risk faktorlarından biridir. Siçanlar üzərində aparılan sınaqlarda APOE4 geninə malik dişilərin ketogenik pəhrizlə qidalanarkən daha sağlam bağırsaq mikroflorasına və daha çox beyin enerjisinə sahib olduqları müəyyən edilib. Kişilərdə bu təsir zəif olsa da, nəticələr pəhrizin kimlər üçün daha faydalı ola biləcəyinə işıq salır. Alimlər bildirirlər ki, ketogenik pəhriz beynin enerji mənbəyini dəyişdirərək fayda göstərə bilər. Karbohidratlar azaldıqda orqanizm qlükoza əvəzinə ketonlardan istifadə etməyə başlayır və bu, beyin hüceyrələrinin sağlam qalmasına kömək edə bilər.
Missuri Universitetinin professoru Ai-Linq Lin qeyd edib ki, hər kəs üçün eyni pəhriz uyğun olmaya bilər və genetik quruluş, cins, yaş kimi fərdi amillər nəzərə alınmalıdır.
Tədqiqatın nəticələri “Journal of Neurochemistry” jurnalında “Ketogenik pəhriz siçanlarda bağırsaq mikrobiota-beyin metabolit oxunu cins və genotipə xas şəkildə modulyasiya edir” başlığı ilə dərc olunub.
Alimlər ümid edirlər ki, araşdırma gələcəkdə Alsheymer xəstəliyinin qarşısını almağa yönəlmiş erkən müdaxilələr üçün yeni imkanlar yaradacaq.
Xəbər lenti
Hamısına baxGündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35

