Saqqızın ziyanları…
02.02.2024 [14:38]
Çeynəyək yoxsa yox?
Yeganə BAYRAMOVA
“Eh, qarı nənə, sən bunun qədrini haradan biləsən? Əla fransız saqqızıdır. Dişləri təmizləyir, dibini bərkidir. İndi bütün dünya saqqız çeynəyir”. Yəqin ki, Afətin bu sözləri, “Qayınana” filmindən hər kəsə tanışdır. Saqqız reklamlarında da bu məhsulun faydaları sadalanır. Elə bu faydaları əsas gətirib bütün gün saqqız çeynəyənlər də olur. Ancaq saqqızı pis vərdiş hesab edənlər də az deyil.
Bəs, saqqız iddia edildiyi qədər faydalıdır, yoxsa yox?
Kalori yandırmağa kömək edir
Sualımızı cavablandıran dietoloq-həkim Ləman Ələsgərovanın sözlərinə görə, aparılan araşdırmalara əsasən saqqız çeynəməyin bir sıra faydası var: “Onlardan ən əsası gərginliyin və stressin azaldılması kimi psixoloji təsirlərdir. Gün ərzində yeməkdən sonra saqqız çeynəmək diş və ağız təmizliyi üçün faydalıdır. Eyni zamanda yaddaşı və motivasiyanı artırır, kalori yandırmağa və beləliklə arıqlamağa kömək olur. Lakin uzun müddət saqqız çeynəməyin ziyanı da var.
Qastrit yarada bilər…
Həkim qeyd edib ki, uzun müddət saqqız çeynəmək mədənin eroziyasına və iltihabına səbəb olur, hətta qastrit yarada bilər: “Uşaqdan böyüyə hər kəs müəyyən vaxtlarda saqqızdan istifadə edir. Lakin onu çeynəyərkən bir sıra qaydalara əməl etmək də məsləhətdir. Tez-tez saqqız çeynəmək tüpürcək vəzinin fəaliyyətini öncə artırsa da, bir müddət sonra vəzin funksiyasını pozaraq ağızda quruluğa və nəticədə bakterial infeksiyaya yol açır. Çox çeynədikdə diş emalını zədələyərək kariyesin yaranmasına səbəb olur. İnsan ac qarnına saqqız çeynəyirsə, bu, mədə şirəsinin ifrazının artması deməkdir. Yəni boş mədədə turşu mühiti olduğu üçün mədənin divarlarında qıcıqlanma nəticəsində iltihab əmələ gətirə bilər. Ona görə də, ac qarnına saqqız çeynəmək olmaz”.
Hər reklama inanmayın…
L.Ələsgərovanın sözlərinə görə, sırf bütün dünya istifadə edir, reklam olunur deyə həmin məhsul ziyansızdır demək düzgün deyil: “Hər bir məhsulun özünün marketinqi, satış maraqları var. Buna görə də, bu məhsullar həmişə reklam olunurlar. Reklam biznes xarakteri daşıyır. Ona görə hər reklam olunan məhsul ideal deyil. Hər bir məhsulun müsbət tərəfləri olduğu kimi mənfi tərəflərini də araşdırıb tapmaq lazımdır. Müsbət və mənfi tərəflərini nəzərə alıb ondan lazımi qaydada istifadə etməliyik”.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

