Şokolad yeyənlərin nəzərinə!
22.02.2024 [11:05]
Ləzzətli, faydalı və ziyanlı...
Yeganə BAYRAMOVA
Şokoladı sevməyən çox az insan tapmaq olar. Xüsusilə uşaqların xoşladığı qida məhsullarından biri şokoladdır. Məlumdur ki, şokolad dünyanın ən populyar desertlərindən biri hesab edilir. Statistik məlumata əsasən, hər il istehlakçılar bu qida məhsullarına 7 milyard dollara qədər vəsait xərcləyirlər.
Müxtəlif növləri olan şokoladların tərkibi isə təbii və qarışıq olur. Təbii şokolad yalnız kakao çəyirdəyi (yağı) və şəkərdən alınır, qarışıq şokoladın istehsalında bu iki əsas inqrediyentlə yanaşı süd, qəhvə, qoz və digər qida məhsullarından da istifadə edilir.
İlk dəfə Meksikada...
Şokoladın tarixi 4000 il əvvələ gedib çıxır. İlk şokolad bu gün yediyimiz şokoladlardan tamamilə fərqli idi. Tarixi mənbələrə görə şokoladdan içki kimi ilk dəfə Meksikada istifadə olunub. Həmin dövrdə şokolad “istehsal” etmək üçün mayalanan və pastaya çevrilən kakao su, vanil, bal, acı bibər və s. ədviyyatlar əlavə edilərək şirinləşdirilib. Mayyalar və asteklər kakao paxlasını üyüdərək içkiyə çevirən ilk xalqlardan sayılır. Şokoladı istehlak etmək isə olduqca çətin idi - bu şirin, dadlı və yeməli şirniyyat bahalı və hər kəsin “əlinin çatmadığı” bir içki sayılırdı. Onu yalnız krallar, əsgərlər, ruhanilər və zadəganlar ala bilərdi.
Amerikadan Avropaya, oradan isə demək olar ki, bütün dünyaya yayılan şokoladın macərası 16-cı əsrdə bir ispan kəşfiyyatçının sayəsində başladı. İspaniya isə yüz il şokoladı başqa ölkələrdən gizlətdi. 18-ci əsrdə İngiltərədə şokolad istehsalında əhəmiyyətli inkişaflar yaşandı - bu dövrdə müasir şokoladın təməli preslənmiş kakao yağı, kakao tozu və şəkər qarışığı ilə qoyulmuş oldu. Hollandiyalı kimyaçı Coenraad Cohannes van Houten tərəfindən kakao maşınının ixtirası ilə şokolad istehsalında inqilab edildi. 1828-ci ildə icad edilən maşın kakao yağını qovrulmuş kakao toxumlarından ayıra və qalan şokoladı quru toz halına gətirə bilirdi.
19-cu əsrdə İsveçrə və Belçika kimi ölkələrdə şokolad fabrikləri quruldu və bu dövrdə isveçrəli Daniel Peter kakaoya süd qataraq südlü şokolad istehsalına nail oldu. Maye şokoladla müxtəlif şokoladlı desertlər hazırlanmağa başlanıldı - artıq şokolad müxtəlif formalarda təklif edilirdi...
Faydaları...
Şokolad orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Şokoladın tərkibində flavonoidlər var. Bu maddələr güclü antioksidantlardır. Antioksidantlar orqanizmi cavanlaşdırır, qocalma prosesləri ləngidir.
Elmi araşdırmalar göstərib ki, şokolad ürək-damar sistemi və beyin üçün çox faydalıdır. Herontoloqlar, yəni yaşlı insanların müalicəsi ilə məşğul olan mütəxəssislər yaşlılara beyinin sağlamlığını qorumaq üçün hər gün acı şokolad yeməyi tövsiyə edirlər. Acı şokolad Alzeymer xəstəliyinin inkişafının qarşısını alır.
Şokolad alarkən nələrə diqqət etməliyik?
Tərkibində ən azı 70 faiz kakao olan tünd şokoladı seçin. Bəzi ekspertlər 80 faiz və daha yüksək faizin yaxşı olduğunu düşünür, çünki daha çox kakao ümumiyyətlə daha az şəkər deməkdir. Bu isə diabetdən əziyyət çəkən xəstələrə başqa bir diskamfort yarada bilər. Bu gün dünyada geniş yayılmış II tip diabetdən əziyyət çəkən insanlara ümumiyyətlə şokolad yemək məsləhət görülmür. Nadir hallarda qara (qatqısız və şəkərsiz) şokoladın dadına baxmaq olar...
Miqreni olanlar yeməsin...
Çox şokolad yemək həm də artıq çəki almağa səbəb olur. Tünd və sadə şokoladdan başqa fındıqlı və digər qatqılı şokoladlar yemək daha çox kalori qəbul etməyə şərait yaradır. Şokolad yedikdən sonra dişlər fırçalanmazsa, çürüyə bilər. Həkimlər miqren xəstəliyi olanlara şokolad yeməyi qadağan edirlər. Bunun səbəbi miqren xəstələrinin şokolad qəbul etdikdən sonra ağrılarının şiddətlənməsidir.
Beləliklə aydın olur ki, şokolad çox da təhlükəli bir qida deyil, amma dişləri çürüdə və çox qəbul edildiyi halda artıq çəki almanıza səbəb ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

