Bakıdakı Rus evində Alfred Şnitkeyə həsr edilmiş tədbir olub
28.11.2024 [15:33]
Bakıdakı Rus evində görkəmli sovet və rus bəstəkarı, musiqişünas və pedaqoq Alfred Şnitkenin 90 illik yubileyinə həsr olunmuş “Alfred Şnitkenin səs labirintləri” adlı sərgi və konsert keçirilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbir Bakıdakı Rus evi, Rusiya Milli Musiqi Muzeyi, A.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin açılışında Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov ictimaiyyət qarşısında çıxış edib.
Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov nadir kolleksiyaları dünyanın ən yaxşı məkanlarında nümayiş etdirilən muzeyin çoxşaxəli fəaliyyətindən, həmçinin A.Şnitkenin yaradıcılığına həsr olunmuş silsilə tədbirlərdən bəhs edib.
Tədbirə gələn qonaqlar görkəmli musiqiçinin 90 illik yubileyi üçün Rusiya Milli Musiqi Muzeyi tərəfindən xüsusi olaraq Rus evinin dəstəyi ilə hazırlanmış sərginin eksponatları ilə tanış olublar. Eksponatlar arasında Şnitkenin musiqi əlyazmaları, unikal şəxsi əşyalar, arxiv fotoşəkilləri, həmçinin məşhur filmlərdən kadrlar var.
Tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina iştirakçılara A.Şnitkenin yaradıcılığının tarixi əhəmiyyətindən, görkəmli musiqiçinin həyatındakı mühüm faktlardan və dönüş nöqtələrindən danışıb.
Konsert proqramı tədbirə gələnlərə A.Şnitkenin əsərlərinin iki Bakı premyerasını təqdim edib. Azərbaycanın Xalq artisti, BMA-nın professoru Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərovanın ifasında A.Şnitkenin parlaq və rəngarəng üslublu əsərləri, eləcə də görkəmli Azərbaycan və rus bəstəkarı Fərəc Qarayevin musiqisi səsləndirilib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Səbinə Quliyeva, BMA-nın dosenti Nərgiz Salmanlı, BMA-nın müəllimi Nərgiz Kəngərli, eləcə də Kristina Əfəndiyevanın rəhbərliyi ilə Bakıdakı Müqəddəs Mikayıl Arxangel kilsəsinin xoru da konsertdə çıxış ediblər.
Tədbirdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, diplomatik korpusun, işgüzar dairələrin, elmi və yaradıcı ziyalıların nümayəndələri, eləcə də həmvətənlərimiz iştirak ediblər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41

