Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə “Azərbaycan şəhərciyi” təşkil olunacaq
18.09.2014 [10:01]
Heydər Əliyev Fondu tərəfindən Parisin San Sülpis meydanında “Azərbaycan şəhərciyi” təşkil olunacaq.
Heydər Əliyev Fondundan AzərTAc-a bildiriblər ki, sentyabrın 19-dan 28-dək “Azərbaycan şəhərciyi”ndə ölkəmizin tarixi və mədəniyyətinin, turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgilər keçiriləcək.
“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”, “Nizami Gəncəvi” və “Fransa Azərbaycan rəssamlarının gözü ilə” sərgilərində Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, şəbəkələr, Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Azərbaycan xalçaları təqdim olunacaq.
Burada Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı materiallar, həmin dövrə aid arxeoloji tapıntılar - pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər sərgilənəcək.
“Azərbaycan şəhərciyi”ndə, eyni zamanda, milli mətbəximizi tərənnüm edən köşklər qurulacaq. Müxtəlif şirkətlərə (“Azersun Holding” MMC, “Gilan Holding” MMC, “AzGranata” MMC, “AzNar” QSC, “Caspian Coast Winery & Vineyards”, “Fireland Vineyards”, “Aspi Winery”, “Şərur-3” MMC, “Sirab” ASC, “Gəmiqaya Holdinq”, “Gədəbəy”, AzPromo, “Azər-İlmə” MMC) aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri və s. sərgilənəcək.
“Azərbaycan şəhərciyi”ndə, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlığın təqdimatı keçiriləcək, “Azərbaycana səyahət” turizm sərgisi vasitəsilə ölkəmizlə daha da yaxından tanışlıq imkanı yaradılacaq.
Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim olunacaq.
On gün davam edəcək sərgi-yarmarkada Azərbaycanın incəsənət ustaları şəhər sakinlərini və turistləri müxtəlif konsert proqramları ilə salamlayacaqlar. Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Dövlət Xalq Çalğı Alətləri Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın klassik, caz və muğam sənəti təqdim ediləcək, kəndirbazların və pəhləvanların çıxışları olacaq.
Qeyd edək ki, tədbirlər ərəfəsində Parisin küçələri Azərbaycana aid afişalarla bəzədilib.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53

