/ / Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ABŞ-ın Kaliforniya ştatında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ABŞ-ın Kaliforniya ştatında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
13.05.2017 [10:54]
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlər keçirilib. Bu məqsədlə 2017-ci ilin may ayının 5-dən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun rəhbərliyi ilə nümayəndə heyəti Kaliforniyada səfərdədir.
Səfər çərçivəsində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər, ilk növbədə Los Anceles və San Dieqo şəhərlərində muğam triosunun, opera ifaçılarının, eləcə də nağara, balaban, piano və qarmon ifaçılarından ibarət heyətin iştirakı ilə konsertlər keçirilib, “Əli və Nino” filmi nümayiş etdirilib, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı fotosərgi və Los Anceles və San Dieqo şəhərlərinin rəsmi dairələrində görüşlər keçirilib.
Ulu öndərin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Los Anceles şəhərində keçirilmiş geniş konsert böyük mədəniyyət hadisəsi kimi tədbir iştirakçılarında xoş hisslər yaradıb.
Los Ancelesin ən qədim və nüfuzlu incəsənət məkanlarından olan Orfeum Teatrında təşkil olunmuş konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən təqdim olunan milli musiqi və rəqslərimizdən ibarət əvəzsiz nümunələr 2 minə yaxın tamaşaçı tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirin əvvəlində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış ediblər.
Konsertin sonunda bəstəkar Rauf Hacıyevin ölməz əsərlərindən olan məhşur “Azərbaycan” mahnısının sədaları altında rəqqasə Röya Əliyevanın Azərbaycan bayrağı ilə təntənəli rəqsi xüsusilə yadda qalıb. Konsert tamaşaçıların sürəkli və gurultulu alqışları ilə qarşılanıb.
Konsertdən sonra Los Ancelesin siyasi-ictimai xadimlərinin, tanınmış mətbuat nümayəndələrinin, eləcə də xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsul və fəxri konsullarının, həmçinin Azərbaycan diasporu və digər dost icmaların aparıcı təmsilçilərinin iştirakı ilə geniş qəbul keçirilib.
Qeyd edək ki, Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə silsilə tədbirlərdən biri də ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində baş tutub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın San Dieqo şəhərinin mərkəzində yerləşən Regal Cinema Mərkəzində nümayiş olunub. Filmin nümayişində San Dieqo şəhəri ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, professorlar, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov “Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışaraq bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir.
Əsərin yüksək ustalıqla ekranlaşdırıldığını və belə bir möhtəşəm film layihəsinin ərsəyə gəlməsinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti və filmin icraçı prodüseri Leyla Əliyevanın hərtərəfli dəstəyinin nəticəsində mümkün olduğunu bildirib.
Sonra film nümayiş etdirilib. Elə ilk anlardan tamaşaçıların böyük marağına səbəb olan film yüksək rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.
San Dieqoda növbəti tədbir olaraq Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr olunmuş fotosərgi tanınmış sənət mərkəzlərindən olan Meyer İncəsənət Qalereyasında açılıb. “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı sərgidə mart ayında Bakıya səfər etmiş Nikolas Agelidis tərəfindən çəkilmiş fotoşəkillər nümayiş etdirilib. Nümayiş olunan fotoşəkillər Bakının tarixi və müasir memarlıq, onun multikulturalizm, etnik və dini müxtəlifliyini, eləcə də son bir neçə il ərzində Bakının sürətli inkişafını əks edib. Fotosərgidə Bakının memarlıq inciləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Qız qalası, “Alov qüllələri” kompleksi, həmçinin tarixi-mədəni abidələri də əks olunur.
Sərgidə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Bakı şəhərinin əsrarəngiz gözəlliyini, rəngarəngliyini və müxtəlifliyini əks etdirən bu gözəl fotosərgi üçün fotoqraf Nikolas Agelidisə təşəkkür edib və sərginin keçirilməsi üçün şərait yaradan qalereya sahibləri Kathi Meyer və Perry Meyerə öz minnətdarlığını bildirib. Qeyd olunub ki, fotosərgi may ayının sonunadək San Dieqo sakinlərinin və şəhərin qonaqlarının ixtiyarında olacaq.
Sərgidə San Dieqo şəhəri ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, professorlar, mədəniyyət xadimləri, iş adamları və sənətsevərlər iştirak ediblər.
May ayının 10-da Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilmiş konsertə 1300 nəfərdən çox şəhər sakini tamaşa edib. Bu nəhəng tədbirdə incəsənət ustalarımız tərəfindən milli musiqi və rəqslərimizdən əvəzsiz nümunələrin səsləndirilməsi və nümayişi geniş tamaşaçı kütləsi tərəfindən böyük rəğbət və ayaqüstü alqışlarla qarşılanıb. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış ediblər.
Tədbirdə çıxış edən San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts belə bir gözəl mədəniyyət gecəsinin təşkilinə görə təşəkkürünü bildirib. O, Azərbaycanın inkişafını və güclənməsini son illərdə yaxından izlədiyini qeyd edərək, Bakı ilə San Dieqo arasındakı münasibətlərin getdikcə daha da yaxınlaşmasından məmnun olduğunu diqqətə çatdırıb. R.Roberts çıxışının sonunda 10 mayın San Dieqo Vilayətində “Azərbaycan Musiqisi Günü” elan edilməsinə dair bəyannaməni təqdim edib.
Sonra Heydər Əliyevin ömür yolunu əks etdirən videomaterial təqdim olunub.
Daha sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi ilə nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub.
Həmçinin Qara Qarayevin “Yeddi Gözəl” baletindən valsın Kaliforniyanın San Dieqo balet truppası tərəfindən ifası böyük maraq doğurub.
Konsert tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb, konsertdən sonra San Dieqonun siyasi-ictimai xadimlərinin, eləcə də San Dieqoda yaşayan Azərbaycan diasporu və digər dost icmaların aparıcı təmsilçilərinin iştirakı ilə geniş qəbul-ziyafət keçirilib.
Qeyd edək ki, Kaliforniyada işçi səfərdə olan Nəsimi rayon nümayəndə heyəti tərəfindən Los Anceles və San Dieqo şəhərində San Dieqo Vilayətinin Nəzarətçilər Şurasında, San Dieqo şəhər Şurasında və digər önəmli rəsmi dairələrdə bir sıra görüşlər keçirilib.
Keçirilən görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2011-ci ildən rayonun San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə qardaşlaşmasını qeyd edərək, Bakı ilə San Dieqo arasında 6 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin gücləndirilməsi baxımından yüksək önəm daşıdığını söyləyib. Azərbaycanın sosial-iqtisadi inkişafı çərçivəsində Bakı şəhərinin son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirərək Asif Əsgərov Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələri barədə danışıb Azərbaycanın bu modelinin bir sıra ölkələr üçün gözəl bir nümunə təşkil etdiyini diqqətə çatdırıb.
San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşdiriməsinin zəruriliyini vurğulayan Asif Əsgərov bu istiqamətdə qarşıdakı illərdə müvafiq səylərin göstəriləcəyini, iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artacağını, bu məqsədlə konkret layihələr üzərində işlərin nəzərdə tutulduğunu bildirib.
Nəsimi rayon nümayəndə heyəti tərəfindən keçirilən bütün rəsmi görüşlərin sonunda Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

