Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycanın Mədəniyyət naziri kambocalı həmkarı ilə görüşüb

Azərbaycanın Mədəniyyət naziri kambocalı həmkarı ilə görüşüb

04.07.2019 [09:48]

Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında mədəni və təbii irslə bağlı müzakirələrlə yanaşı, mötəbər tədbirdə iştirak edən yüksək səviyyəli rəsmilərlə işgüzar görüşlər də keçirilir.
AZƏRTAC xəbər verir ki, sessiyanın sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 3-də Kamboca Krallığının Mədəniyyət və İncəsənət naziri Phoeurng Sackona ilə görüşüb.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulanıb. Gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Kamboca Krallığının Mədəniyyət və İncəsənət naziri Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Qonaq, həmçinin ölkəmizin zəngin mədəni irsə malik olduğunu bildirib, səfər müddətində bir sıra tarixi-mədəni məkanları ziyarət etdiyini söyləyib.

Paylaş:
Baxılıb: 1006 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31