Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub

31.12.2019 [11:30]

Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konserti izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Gecədə Azərbaycanın Xalq artisti, tanınmış pianoçu Murad Hüseynov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.
Tanınmış bəstəkarlar Klod Debüssinin “Ay işığı”, Robert Şuman və Ferens Listin “İthaf”, Moris Ravelin “Sonatina”, Fredirik Şopenin “Noktürn”, “Polonez”, “Vals”, Vasif Adıgözəlovun “Prelüdiya”, Adil Bəbirovun “Prelüdiya-Skterso” əsərlərinin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Xalq artisti Murad Hüseynov Bela Bartokun fortepiano və skripka üçün “Rumın rəqsləri” əsərini skripka ifaçısı-dirijor Cavad Tağızadə ilə birlikdə təqdim edib.
Konsert ən məşhur əsərlərdən parçaların Murad Hüseynovun, Əməkdar artist Sahib Paşazadənin (tarzən), Cavad Tağızadənin (skripka) və Seymur Həsənsoyun (akkordeon) ifası ilə başa çatıb.

Paylaş:
Baxılıb: 983 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31