“Məhv olmuş gündəliklər”ə yeni nəfəs
05.10.2023 [12:17]
Akademik Milli Dram Teatrında anşlaq
Günel ABBAS
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, biraz qar kimi, ruzgar kimidir.
Mikayıl Müşfiqin bu misraları sevgidən danışmaq, yazmaq istəyəndə bəlkə də ən yerinə düşən ifadə ola bilər. Çünki sevgi həqiqətən də bəzi anlarda iki ayrı fəsil kimi bir-birindən fərqli duyğular yarada bilir. Daha aydın dillə desək, birinin həyatını məhv etmək iqtidarında olan sevgi, digərinə yeni həyat bəxş etmək gücündədir...
... Bir payız axşamı mənimlə birgə bəlkə çox adam evdə öz gündəliyinə bir xatirəni də əlavə etmək üçün “Məhv olmuş gündəliklər” tamaşasını izləməyə gedirdi. Həmin gün Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası keçirilirdi.
Hansı ki, Xalq yazıçısı İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulub və zaman-zaman ən baxımlı səhnə əsərlərindən biri kimi müəllifinə şöhrət gətirib.
Bir “gündəliyin” tamaşası
Məlumdur ki, hazırda XXI əsr gəncliyi üçün sosial şəbəkələrdə foto paylaşmaq, status yazmaq nə qədər aktualdırsa, yeniyetməlik və gənclik dövrü 90-cı illərə təsadüf edənlər üçün xatirə dəftərində ona ünvanlanan sualları cavablandırmaq, bütün düşüncə və sirlərini gündəliyə çevrilən dəftərlərə yazmaq o qədər dəbdə olub. Yalnız 90-cı illərin səmimiyyəti, saflığı və məhrumiyyətləri ilə xatirə dəftərini şəkillərlə bəzəmək, başqalarının “sevgi” suallarına yazdığı cavabı acgözlüklə tapıb oxumaq və yazdığın gündəliyi hamıdan gizlətmək olardı.
Dövrün və yaşın verdiyi məsumluqla bütün sevdiyin və sevmədiyin, bir-birindən xəbərsiz insanları, sevincləri, kədərləri bir yerə toplamaq olardı. Gündəliyi yaza-yaza özünlə və özün olmaq olardı. Ancaq bir gün gündəliyinin “qəhrəmanları” ilə dəftər vərəqlərində deyil, real həyatda üzləşəndə, mürəkkəbin tündlüyündən, ləkəsindən sənə də pay düşəndə artıq gündəliyini qocalıb belin bükülənə qədər gizlətmək yox, məhv etmək istəyirsən.
Gündəliyində yaratdığı, ən yaxın dostlarını itirmək bahasına qurduğu həyat dağılanda, səkkiz pəncərəyə həvəslə asdığı pərdələr onun qandalına çevriləndə Fəridənin məhv etdiyi gündəliklər kimi. Yeni ailə və yeni həyat quran, yeni qadağalarla tanış olan Fəridə “köhnə” həyatından və köhnə dostlarından vaz keçir. Susur. Qənimət deyirdi axı ki, dünyanın işi belədir. Savalan da təsəlli verirdi, “qəm çəkmə” deyirdi.
Fəridə bu tənhalıqdan, lazımsız əşya olmaqdan qurtulmaq - işləmək istəyir. “Yox” cavabı alanda o, özünü və azadlığını bu dəbdəbəyə qurban vermək istəmir. Susmur. Axı sevmək bütün həyatdan ayrı düşmək, kölə olmaq demək deyil. Məsləhət dalınca gəldiyi rəfiqəsi Anjelin verdiyi “məsləhət” Fəridə üçün çox ağır olur. Fəridə onun mənzilində həyatın gündəliyində yazdığı, düzdüyü hərflər qədər səliqəli, bəsit və qarasız olmadığını görür...
Bir sözlə, Azərbaycan Milli Dram Teatrının səhnəsində “Məhv olmuş gündəliklər” pyesinə bu dəfə Xalq yazıçısı İlyas Əfəndiyevin bir çox pyeslərinə səhnə həyatı verən görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov yeni nəfəs verdi. “Məhv olmuş gündəliklər, İlyas Əfəndiyevin sayca 11-ci pyesidir ki, onu səhnələşdirir və yazıçının əsərdəki ruhuna böyük hörmət və ehtiramla yanaşır. Bu baxımdan da tamaşadakı obrazların hər sözünə, sözaltı mənalara diqqətlə yanaşaraq onu müasir tamaşaçıya olduğu kimi aşılamağa çalışılıb. Tamaşada səslənən musiqilərin aktyorlar tərəfindən canlı ifa olunması, yerində yaranan və işlənən improvizələr “gündəlik”, “telefonsuz insan” məhfumlarının aktuallığını itirdiyi bir dövrdə tamaşadan zövq almaq imkanı yaratdı.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

