Azərbaycanın iqtisadi inkişafı davamlı prosesə çevrilib
16.05.2018 [09:34]
Milli Məclisin deputatı Azər Badamov www.yap.org.az saytına müsahibə verib:
- Azər müəllim, 2018-ci ilin əvvəlində iqtisadi inkişafımızın bu il də uğurla davam edəcəyi ilə bağlı proqnozlar səsləndirilirdi. Ötən dövr ərzində müşahidə olunan iqtisadi artımımız bu proqnozların həqiqətə çevrildiyini sübuta yetirirmi?
- Azərbaycanın iqtisadi inkişafı davamlı prosesə çevrilib və bu, hər il daha da artmaqdadır. Təsadüfi deyil ki, hələ bir neçə il öncə dünyada qlobal maliyyə böhranının yarandığı, eləcə də neftin qiymətinin kəskin ucuzlaşdığı dövrlərdə belə ölkəmizin iqtisadi inkişafı öz davamlılığını və stabilliyini qoruya bilmişdi. Ölkəmiz bu ağır sınaqlardan minimal ziyanlarla çıxa bilmişdi. Bu faktın arxasında təkcə bir amil dayanır. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin yeni dövrə uyğunlaşdırılmış şəkildə davam etdirdiyi və strateji əhəmiyyətə malik iqtisadi siyasət kursunun uğurla həyata keçirməsi Azərbaycanın çoxşaxəli və davamlı inkişafının təməlidir. Bu mənada, iqtisadi artımın 2018-ci ildə də davamlı şəkil alması gözlənilən idi və bu gün həmin proses davam edir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət kursu Azərbaycanın müasir inkişafında xüsusi yer tutur. Bircə faktı nəzərə almaq gərəkdir ki, 2004-2018-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Bu rəqəm olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, digər postsovet ölkələri ilə müqayisədə Azərbaycanın iqtisadi potensialının artması faktı açıq şəkildə ortaya çıxır. Nəzərə alınmalıdır ki, Azərbaycan bu cür yüksək nailiyyətlərə həm də müharibə şəraitində ola-ola imza atır. Qeyd edilməlidir ki, bir zamanlar Azərbaycan neft gəlirlərindən asılı idisə, artıq bu asılılıq aradan qaldırılır. Əgər 2004-2018-ci illər ərzində əldə olunan iqtisadi artım qeyri-neft sektorunda 2,8 dəfə təşkil edirsə, demək, artıq ölkəmizdə qeyri-neft sektoru özünün yüksək inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır. Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır. Turizm, kənd təsərrüfatı, strateji xarakterli məhsulların yetişdirilməsi və becərilməsi, eləcə də sənayenin daha yüksək şəkildə inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm işlər görülür.
Konkret olaraq, bu fikirləri 2018-ci il üçün də demək mümkündür. Müqayisə üçün deyim ki, ötən il qeyri-neft sektorunun inkişafı 2,5 faiz təşkil etmişdi. Bu ilin birinci rübünün yekunlarına nəzər saldıqda isə həmin rəqəm 3 faiz təşkil edir. Eləcə də birinci rübdə iqtisadiyyatımız 2,3 faiz artıb. Birinci rübdə kənd təsərrüfatının inkişafı 4,3 faiz təşkil edib. Bütün bunlar görülən tədbirlərin, aparılan uğurlu siyasətin və islahatların nəticəsidir. Artıq bir neçə ildir ki, ölkə Prezidenti aqrar sahənin inkişafı istiqamətində mühüm tədbirlər görür, qanunvericiliyimizdə dəyişikliklər olunur və yerli fermerlərə, sahibkarlara yaxından köməklik göstərilir. Yaradılan aqroparklar, rayonlarda fəaliyyət göstərən aqrar təsərrüfatlar bu sahənin inkişafında əsaslı rol oynayır. Bu gün kəndlinin öz məhsulunu dünya bazarına çıxarması üçün şərait yaradılır. Azərbaycan dövləti öz brendini dünyaya təqdim edir. Vurğulamaq lazımdır ki, digər ölkələr Azərbaycandan kənd təsərrüfatı məhsulları almaqda maraqlıdırlar. Bunun ən əsas səbəblərindən biri Azərbaycan məhsullarının keyfiyyətidir və onların tam orqanik tərkibə malik olmasıdır. Bu gün bir sıra xarici ölkələrin şirkətləri məhz kənd təsərrüfatı sahəsinə sərmayə qoymaqda maraqlıdır. Bu isə bütövlükdə iqtisadi siyasətimizin doğru istiqamətinin göstəricisidir. Qeyd edim ki, aqrar sahənin inkişafı ilə bağlı qarşıdakı illərdə daha yüksək nəticələrin əldə olunacağını gözləyirik və inanırıq ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları dünyanın hər yerində daha yüksək şöhrətə malik olacaq.
- Azərbaycan dövləti hər zaman sərmayələrə, investisiyaya açıq olduğunu bəyan edir. Statistikaya nəzər yetirsək, görərik ki, bu gün Azərbaycan istər regionda, istərsə də postsovet məkanında ən çox investisiya yatırılan dövlətlərdəndir. Bunun səbəblərini nədə görürsünüz?
- Bəli, bu fakt olduqca sevindiricidir. Bu gün Azərbaycan dünyada stabil inkişafa malik, sabitliyin hökm sürdüyü, eləcə də multikultural dəyərləri özündə əks etdirən, tolerant bir dövlət olaraq tanınır. Azərbaycanda demokratik mühit mövcuddur və qanunun aliliyi təmin edilib. Bunun nəticəsidir ki, son bir ildə ölkəmizə rekord sayda turist cəlb olunub. Ən əsası, ölkəmizdə keçirilən böyükmiqyaslı idman tədbirləri, mədəni tədbirlər, eləcə də qlobal forumlar Azərbaycanı dünyaya bir daha təqdim etdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasi kurs nəticəsində bu gün nəinki yaxın dövlətlərdən, hətta məsafəcə bizdən uzaq dövlətlərdən turistlər Azərbaycana maraq göstərirlər. Ölkəmizə gələn, buradakı mühitlə, şəraitlə yaxından tanış olan insanlar isə Azərbaycandakı münbit investisiya şəraitini görür və onu dəyərləndirməyə çalışırlar. Bir daha statistik rəqəmlərə nəzər salsaq, görərik ki, 2004-2018-ci illərdə Azərbaycana 231 milyard dollar sərmayə qoyulub. 2017-ci ildə isə bu rəqəm 14,6 milyard olub. Möhtərəm Prezidentimizin ötən ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi, bu gün ancaq sabit və gözəl gələcəyi olan ölkələrə investisiya qoyulur. Bu ilin ilk üç ayında isə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir. Hər bir investisiya, layihə isə yeni iş yerləri deməkdir. Bu gün Azərbaycanda genişmiqyaslı layihələr həyata keçirilir və bunun müqabilində isə yeni iş yerləri yaradılır. Təsadüfi deyil ki, birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. Yəni iqtisadiyyatın genişlənməsi, çoxşaxəli inkişafı birmənalı şəkildə vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət göstərir. Eyni zamanda, Azərbaycan dövlətinin yerli yatırımları bölgələrin inkişafında, yeni infrastrukturların yaradılmasında əhəmiyyətli və əsaslı rol oynayıb. Yerli investisiyalar sayəsində bu gün regionlar özünün ən yüksək inkişaf dövrünü yaşayır.
- Turizm sahəsinin inkişafına toxundunuz. Qarşıdan yay gəlir və ölkəmizin yay turizmi üçün əlverişli olan bölgələrində turistlərin istirahəti üçün yaradılan şəraiti necə dəyərləndirirsiniz? Ümumiyyətlə, son illərdə bu sahənin inkişafı ilə bağlı atılan addımlar hansı irəliləyişlərə nail olmağa imkan verib?
- 2004-cü ildən bu yana həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrimizin simasını dəyişib. Bu gün ucqar dağ kəndlərimizdə belə yüksək səviyyəli infrastruktur formalaşdırılıb. Bütün kəndlərin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təmini, eləcə də kommunikasiya xətlərinin daha da müasirləşdirilməsi yönündə addımlar atılır. Yəni regionlarda görülən məqsədyönlü tədbirlər ölkəmizin ümumi daxili məhsulunda turizm sənayesinin payının əsaslı şəkildə artmasını şərtləndirir. Ötən il Milli Məclisdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı da vurğulanmışdı ki, Azərbaycana gələn turistlərin sayı artıq əvvəlki dövrlərə nisbətən artır. Bu ilin yanvar-mart aylarında ölkəyə 627835 xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 12,5 faiz və ya 70207 nəfər çoxdur. Nəzərə alsaq ki, aprel ayında ölkəmizə gələn turistlərin sayı daha çoxdur, təbii ki, burada ölkəmizdə keçirilən qlobalmiqyaslı idman tədbirlərinin, o cümlədən Formula 1 yarışlarının rolunu xüsusi vurğulamaq lazımdır. Eləcə də səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri əvvəlkilərdən çoxdur. Bu isə onu deməyə əsas verir ki, turizm sənayesinin qeyri-neft sektorunda payı daha da artmaqdadır.
Göründüyü kimi, ortadakı statistik rəqəmlər kifayət qədər yüksək rəqəmlərdir və turizm sektorunun inkişafı paytaxtda və regionlarda məşğulluq məsələsində öz müsbət effektini göstərir. Cəlbedicilik baxımından isə paytaxt Bakı ilə yanaşı, digər bölgələrimiz də xarici turistlər üçün maraq kəsb edir. Buna görə də hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Bununla yanaşı, bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi də xarici ölkələrin vətəndaşlarının ölkəmizə marağını artıran amillər sırasındadır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

