Azərbaycanda növbəti dəfə azad, şəffaf və demokratik seçkilər keçiriləcək
05.02.2020 [09:54]
90 saylı Ağdaş seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Cavid Osmanov www.yap.org.az saytına müsahibə verib:
- Cavid müəllim, fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ölkəmizdə seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, Azərbaycan hüquqi-demokratik dövlətdir və ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi hökm sürür. Bu gün Azərbaycan dünyada sabitlik məkanı kimi qəbul olunur. Təbii ki, belə bir cəmiyyətdə yalnız və yalnız inkişafdan söhbət gedə bilər. Bu inkişaf təkcə sosial-iqtisadi sahələrlə məhdudlaşmır, bütün sferaları əhatə edir.
Xüsusilə, ölkəmiz demokratiya yolunda inamla irəliləyir, siyasi plüralizm, söz azadlığı mövcuddur. Eləcə də Azərbaycanda demokratik təsisatlar bərqərar edilib, vətəndaş cəmiyyəti də oturuşmuş bir inkişaf səviyyəsindədir. Şübhəsiz ki, belə bir cəmiyyətdə azad, şəffaf və demokratik seçkilər üçün bütün imkanlar mövcuddur.
Ona görə də, hesab edirəm ki, ölkəmizdə seçkiqabağı mühit, insanların seçki əhval-ruhiyyəsi çox yüksəkdir. Bu mənada inamla qeyd edə bilərəm ki, fevralın 9-da Azərbaycanda azad, şəffaf və demokratik seçkilər keçiriləcək.
- Sizcə, parlament müstəvisində islahatların əhəmiyyəti nədən ibarətdir?
- Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələr üzrə sistemli, ardıcıl islahatlar həyata keçirilir. Təbii ki, bu islahatlar qanunvericilik sferasını da əhatə etməlidir. Aparılan islahatlar Azərbaycanın hərtərəfli inkişafına böyük təkan verir. Bu mənada, Azərbaycanda bir çox sahələrdə həyata keçirilən islahatların tamamlanması üçün ölkənin qanunverici orqanında da dəyişikliklərin aparılması zəruridir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı tədbirlər həyata keçirilir. Son vaxtlar daha çox icra strukturlarında baş verən islahatlar bunun cəmiyyətin inkişafı üçün faydalı olduğunu sübuta yetirdi. Bu səbəbdən islahatların tamamlanması üçün qanunverici orqanda da dəyişikliklərin aparılması labüddür və zəruridir. Bu islahatlar yalnız ölkəmizin bundan sonrakı inkişafına xidmət edə bilər. Digər sahələrdə olan islahatların uğurla həyata keçirilməsi üçün Milli Məclis yeni tipli qanunlar qəbul etməlidir. Bu isə yenilənmiş parlamentin formalaşmasını reallığa çevirir. Ona görə də parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur. Hesab edirəm ki, 9 fevral seçkilərindən sonra formalaşacaq yeni parlament üzərinə düşən bu missiyanı layiqincə yerinə yetirəcək.
- Yeni Azərbaycan Partiyası tərəfindən növbəti dəfə namizədliyiniz 90 saylı Ağdaş seçki dairəsindən irəli sürülüb. Ötən müddət ərzində Ağdaş rayonunda sosial-iqtisadi baxımdan hansı yeniliklər baş verib? Seçicilərinizin müraciətlərinə, onların qaldırdıqları məsələlərə nə dərəcədə cavab verə bilmisiniz?
- Qeyd edim ki, 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən regionlarin sosial-iqtisadi inkişafı Dövlət proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynayır. Keçən 16 il ərzində üç Dövlət proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artaraq dünya miqyasında rekord göstəriciyə imza atdı. Ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi üçün qəbul edilən 4-cü Dövlət Proqramı da regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm Dövlət proqramıdır.
Bu mənada, Dövlət proqramları nəticəsində ötən illər ərzində Ağdaş rayonunda böyük quruculuq işləri həyata keçirilib. Görülən işlərin miqyası genişdir. Ötən illər ərzində rayonda yeni məktəblər, uşaq bağçaları, tibb ocaqları, digər sosial infrastrukturlar, istehsal müəssisələri və s. tikilib istifadəyə verilib. Eləcə də rayonda kənd təsərrüfatının inkişafı üçün ciddi addımlar atılıb. Bu gün Ağdaşda elektrik enerjisi problemi yoxdur, yeni yollar çəkilib, su təminatı yaxşılaşıb, əhalinin təbii qazla təminatı da yüksəkdir.
Millət vəkili kimi fəaliyyətimə gəlincə, mən hər zaman seçicilərin hər bir müraciətinə diqqətlə yanaşmağa çalışmışam. Onların qaldırdıqları məsələləri həm parlamentdə səsləndirmişəm, həm də müvafiq dövlət qurumlarına müraciət etmişəm. Fəaliyyətim dövründə seçicilərlə çoxsaylı görüşlərim olub. Əgər növbəti dəfə etimad göstərərlərsə, seçicilərimə yenə də layiqli xidmət göstərməyə çalışacağam.
Xəbər lenti
Hamısına baxSosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22

