Şanslıyıq, birlikdəyik, güclüyük!
01.05.2020 [09:31]
- Hazırda Azərbaycanda gedən ictimai-siyasi və sosial prosesləri necə xarakterizə edərdiniz?
- Ölkəmizdə , bütün dünyada olduğu kimi, koronavirus pandemiyasının imtahana çəkdiyi qayğılı bir durum var. İllərlə rastlaşmadığımız və ağlımıza belə gətirmədiyimiz təbii fəlakətlə- pandemiya ilə mücadilə vəziyyətindəyik. Amma şanslıyıq, birlikdəyik və güclüyük. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu pandemiyadan mütəşəkkil və ən az ziyanla çıxan ilk dünya 20-liyində biz də yer alırıq. Preventiv tədbirlər nəticəsində pandemiyanın qorxulu təsiri minimuma endirildi və indinin özündə belə inamla demək olar ki, biz bu imtahandan ən az itki ilə çıxmağı bacardıq.
Görülən sosial tədbirlərin daim diversifikasiyası, insanların, xüsusilə də aztəminatlı ailə və şəxslərin dövlətin himayəsinə alınaraq qorunması və çətin vəziyyətdən qurtarılması, əslində, böyük bir qəhrəmanlıqdır. Pandemiyanın əvvəlcədən bəlli olmayan fəsadlarına qarşı dəqiq mübarizə planının hazırlanması və mərhələli, əsaslandırılmış şəkildə həyata keçirilməsi uğurun əsas şərti idi.Bu çətin günlərdə Prezidentimizin iş qrafikinin gərginliyinə və dövlət qayğılarına rəğmən, insanların yanında olması, onların sosial problemlərini həll etməsi, operativ, çevik tədbirlər görməsi, hər birimizi düşünməsi yenidən xalqımızı mütəəssir etdi və duyğulandırdı.
Ən əsası da odur ki, bu proseslər sabit iqtisadi artım və siyasi fəallıq şəraitində baş verdi. Ölkə bu fəlakətlə mübarizədə özünün daxili resurslarından bəhrələndi və heç bir dövlət və ya beynəlxalq donor təşkilatları qarşısında borc öhdəliyinə girmədi.
- Bu uğurların qazanılmasında, sizcə, hansı amillərin daha çox rolu oldu?
- Hesab edirəm ki, ən mühüm amil, qeyd etdiyimiz kimi, ölkənin güclü əllərdə olması , balanslaşdırılmış, çevik və praqmatik daxili və xarici siyasətdir. Bu siyasətin əsas qayəsi makroiqtisadi sabitliyin və maliyyə stabilliyinin qorunub saxlanması, daxili ehtiyatlardan səmərəli şəkildə yararlanmaqdır.
Xatırlayırsınızsa, ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə Tədbirlər Planı təsdiqləndi və plana əsasən məşğulluq və sosial rifaha dəstək məqsədi ilə 4 istiqamət müəyyənləşdirildi.Təxminən bir ay sonra isə bununla bağlı 2.5 milyon nəfəri əhatə edən 600 milyon manatlıq sosial paket müəyyənləşdirildi. İqtisadi blokun fəal iştirakçıları olan iş adamlarının sosial müdafiəsi üçün də tədbirlər görüldü. Dövlət sektorunda çalışan 910 min işçinin iş yerlərinin saxlanması, səlahiyyətlərinin evdən icra edilməsi ilə bərabər , özəl sahələrdə çalışan təxminən 719 min işçi üçün də anoloji şərait yaradıldı.
Prezident İlham Əliyev çox gözəl demişdir: “Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək.”
- Kamaləddin müəllim, davamlı inkişaf, qurub-yaratmaq bu çətin günlərdə belə kimlərinsə ürəyincə deyil və onlar hər vəchlə ölkədə qarışıqlıq yaratmağa, görülən işlərə kölgə salmağa can atırlar…
- Bəlli xarici qüvvələr tərəfindən dəstəklənən, daha doğrusu, şirnikləndirilən bu insanlar Azərbaycan reallığına şər atmaqla yanaşı, həm də aldıqları çirkli vəsait qarşılığında cəmiyyətə dağıdıcı çağırışlar da edirlər. Hətta karantin dövründə belə Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması və dezinformasiyaların tüğyan etməsi cəmiyyətdə çaşqınlıq, qarışıqlıq yaratmaq kimi miskin bir məqsədə hesablanıb. Amma bu cılız insanların cəhdləri cəmiyyətimizin üzvləri tərəfindən ikrah, təpki və nifrətlə qarşılanır.
İqtidarın saysız-hesabsız uğurlarını “həzm edə bilməyən” “beşinci kalon” təmsilçilərinin cəhdləri hiddət, təəssüf doğurur və məğlubiyyətə məhkumdur. Bütün bu cəhdlər faydasızdır, çünki Azərbaycan cəmiyyəti artıq dövlət və dövlətçiliyə yönələn istənilən cəhdi dəf etməyə qadirdir.
Bircə faktı xatırlatmaq istəyirəm. Ötən ay ölkə iqtidarı dəfələrlə olduğu kimi, növbəti dəfə müxalifəti işbirliyinə, ölkə üçün birgə əməli fəaliyyətə səslədi. İlk dəfə olaraq hətta Prezident Administrasiyası səviyyəsində dialoqlar, məsləhətləşmələr başlandı.Lakin bir neçə radikal müxalifət təmsilçi dialoqu pozaraq, danışıqların məhz onların partiya qərargahında keçirilməsində təkid edərək prosesdən yayındılar. Belələrinə ən sərrast xarakteristikanı məhz Prezidentimiz vermişdir: ” ...O ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir.”
Müasir Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, stabil ölkələrdən biridir və Azərbaycan xalqı Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasəti dəstəkləyir, dövlətimizin rəhbərliyinə öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir. Məhz bu səbəblərdən özünü radikal qüvvələr adlandıran tör-töküntülərin Azərbaycanda sabitliyi pozmaq, cəmiyyətdə qarışıqlıq yaratmaq cəhdləri heç bir nəticə verməyəcəkdir.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

