Minsk qrupu niyə ləğv edilmir?
14.06.2024 [10:49]
Bakı qurumu gömdü, İrəvan isə “diriləcəyini” arzulayır...
Azərbaycan ilə Ermənistan arasında normallaşma ilə bağlı proses finişə yaxınlaşdıqca, bəzi məsələlər daha çox diqqəti cəlb edir. 2023-cü il antiterror tədbirlərinin ardından özünün suverenliyini təmin edən Azərbaycan 30 ildən artıq davam etmiş bir ədalətsizliyə son qoydu - separatçı xunta rejiminin ləğv edilməsi ilə yeni reallıqlar ortaya çıxdı. Bu reallıqlar həm də hüquqi gerçəkliklərin proyeksiyası idi - bütün beynəlxalq sənədlərdə, qətnamə və qərarlarda, hətta bəyanatlarda belə Azərbaycanın ərazi bütövlüyü bütün vahidlər üzrə tanınıb. Bu mənada, Qarabağ adlı bir “münaqişənin” bitməsi həm də Azərbaycanın hüquqlarının bərpası demək idi.
Ötən müddət ərzində isə Ermənistanın siyasi hakimiyyəti bu faktı dəfələrlə etiraf edib - bildirilib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu ilin aprelindən başlayaraq davam edən sərhədlərin delimitasiyası prosesi isə münasibətlərin yaxınlaşması üçün əsl məqama çevrilə bilər-rəsmi İrəvan sülh üçün özündə siyasi iradə formalaşdırmalıdır.
Konstitusiya dəyişikliyi zəruridir...
Bəli, qeyd edilən bu reallıqlar sülh üçün münbit şərait yaradır - amma, bölgədə əbədi sülhün və sabitliyin formalaşması üçün başqa şərtlər də tələb edilir. Tarixən özünün əsassız tələbləri, fərqli iddiaları ilə gündəmə gəlməyə çalışan, bu yolda özünə dəstək axtaran, bəzən tapan və bu iddialarını “gerçəkləşdirmək” uğrunda bir sıra yollara əl atan Ermənistanın hansısa bir mərhələdə yenidən öz ənənəvi yoluna qayıdağacını istisna etmək olmaz - bunun üçün isə məsələni kökündən həll etmək gərəkir. Ermənistanın yalan və əsassız iddialarının tarixi-mənəvi təməlinin olmadığı kimi, hüquqi “əsaslandırma”larının da aradan qaldırılması vacibdir. Başqa sözlə, bu dövlətin “öz təqdimatında” qəsd ilə yol verilən yanlışlıqlar aradan qaldırılmalıdır. Ən azından Kosntitusiyası səviyyəsində...
Bunun üçün nə etmək lazımdır? Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına idldia ortaya qoyur. Türkiyə ilə münasibətlərin tənzimlənməsinə olan maneəyə gəldikdə isə sənəddə 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır.
Ermənistan həqiqətən də artıq “düz yoldadırsa” bu dəyişiklikləri labüd saymalı, sülh üçün bu addımı atmalı və Azərbaycan torpaqlarına, eləcə də Türkiyəyə qarşı əsassız iddialarından geri durmalıdır. Geri durmayacağı təqdirdə, bu, Ermənistanın yenə də fürsət güdməsi, özünə lazımi an üçün vaxt qazanması kimi anlaşılır. Beləliklə, sülhün bölgə üçün əhəmiyyəti demək olar ki, qalmır...
Minsk qrupuna ehtiyac qalmayıb...
Ermənistanın bu “siyasəti” özünü başqa rakurslarda da açığa verir - məsələn, qeyd edildiyi kimi, Qarabağ adlı hansısa bir “münaqişə”nin olmadığı, artıq tarixə çevrildiyi bir zamanda rəsmi İrəvan yararsız və fəaliyyətsizliyi ilə seçilən, ölü bir mexanizmə çevrilmiş ATƏT-in Minsk Qrupundan əl çəkmir - onun ləğvinə çağırış etmir.
Artıq tərəflər vasitəçisiz bir ortamda razılaşmanın bir addımlığındadırlar. Son reallıqlar bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoyur. Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən deyib ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd etdi ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.
Ermənistanın “arzu”ları...
Amma görünür, Ermənistanın bu məsələdəki susqunluğu, hətta bəzi məqamlarda keçmiş həmsədr ölkələrin nümayəndələrini həm də “Minsk Qrupu təmsilçisi” kimi qələmə verməsi xüsusi planın tərkib hisəssidir - eyni zamanda, Kosntitusiya dəyişikliyini ləngitmə ilə birbaşa bağlıdır. Ermənistanın siyasi rəhbərliyi bu yolla yenə də öz əsassız iddialarını davam etdirir (konstitusiya səviyyəsində) və məsələnin nə vaxtsa yenidən Minsk Qrupu “müstəvisi”nə qayıda biləcəyini düşünür. Məhz bu səbəbdəndir ki, Ermənistan nə Kosntitusiya dəyişikliyi etmir, nə də Minsk Qrupundan tam imtinanı reallaşdırmır.
Amma artıq gecdir - Ermənistan anlamalıdır ki, siyasi gündəm dəyişib. Azərbaycanın ərazi bütövlüyü təmin edilib, suverenliyi bərpa olunub. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi isə ikitərəfli xarakter daşıyır. Son təmaslar da sübut etdi ki, ikitərəli, vasitəçisiz danışıqlar daha effektivdir. Beləliklə, “Minsk qrupu” kimi fəaliyyətsiz strukturların saxlanılması heç bir aktuallıq kəsb edə bilməz. O ki qaldı, başqa “arzu” və “niyyət”lərə... Ermənistan bu kimi “arzu” və “niyyət”in nə ilə nəticələndiyini, yekunlaşdığını gördü və dərsini aldı. Yenidən “dəmir yumruğ”a tuş gəlməmək üçün İrəvanın sülhü seçməkdən başqa çıxış yolu yoxdur...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15

