Azərbaycan Ukraynaya humanitar yardımın növbəti hissəsini yola salıb
12.02.2025 [13:53]
Bu gün Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon dollar manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi 7 fevralda göndərilib.
Jurnalistlərə açıqlamasından Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov bildirib ki, adıçəkilən Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir. Onun sözlərinə görə, Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin bildirib ki, İrpen şəhərinin bərpa olunmasında, xəstəxananın və məktəbin yenidən qurulmasında Azərbaycanın böyük dəstəyi var: “Azərbaycan Prezidenti İlham Əliyevə, Energetika və Xarici İşlər nazirliyinə enerji sistemimizin bərpası üçün göstərilən humanitar yardıma görə minnətdarlığımızı bildiririk. Biz bunu çox yüksək qiymətləndiririk və Azərbaycandan aldığımız dəstəyi heç vaxt unutmayacayıq. Azərbaycandan olan dostlarımız və tərəfdaşlarımızla birlikdə yeni layihə üzərində çalışırıq. Layihənin bu il başlayacağını gözləyirik. Bu, Laçın şəhəri ilə qardaşlaşmış şəhər olan İrpendə uşaqlar üçün incəsənət, idman məktəbi və digər sosial infrastrukturla bağlı layihədir. Ötən il İrpen şəhərinin meri Azərbaycana səfər edib və biz Azərbaycanın bəzi regionları ilə daha geniş regionlararası əməkdaşlıq edəcəyimizə ümidvarıq. Yaşasın Ukrayna, yaşasın Azərbaycan!
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon dolları keçib. Bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3,4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

