Qərbi azərbaycanlıların çağırışı
25.04.2025 [10:18]
II Qaregini təlaşa salıb
İcma Erməni Apostol Kilsəsinin və “Monumentwatch” adlı qurumun bəyanatını pisləyib
Ermənilərin uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətində erməni kilsəsi hər zaman “aparıcı” rol oynayıb. Hələ ötən əsrin əvvəllərində başlanan bu planda erməni kilsəsi vahid mərkəz kimi çıxış edib. Erməni siyasi partiyaları, əsasən də “Daşnaksütyun” partiyası, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı basqınlarında aparıcı rol oynamağa başlayanda bütün proseslər kilsə tərəfindən idarə edilib, tədbirlər kilsələrdə keçirilib, kilsələr silah anbarı kimi istifadə olunub. Eləcə də kilsə xadimləri azərbaycanlılara qarşı hücumlarla bağlı çağırışlar ediblər.
II Qaregin erməniləri revanşizmə çağırır
Müasir dövrdə də Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının əsas ilhamvericilərindən biri məhz erməni kilsəsi və onun başında dayanan katolikos II Qaregindir. Məlumdur ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında, ermənilərin işğalçılıq siyasətini davam etdirməyə ruhlandırılmasında Qareginin “əməyi” çox yüksəkdir. II Qaregin dəfələrlə işğalçılıq siyasətini davam etdirmək məqsədilə maliyyə yardımları üçün erməni diasporuna çağırışlar edib.
Bütün bunların fonunda bugünlərdə Pasxa bayramı münasibətilə II Qareginin imzaladığı məktubda erməniləri yenidən revanşa çağırması təsadüfi sayıla bilməz. Əslində, Pasxa xristian aləminin əlamətdar bayramıdır və bu bayram müharibəni, qanı, savaşı deyil, sülhü və humanizmi tərənnüm edir. Lakin bu dəyərlərdən uzaq olan erməni katolikosu, din adı ilə təxribat yaradır, sülhə doğru addımları pozmağa çalışır. Məktubunda Qaregin Osmanlı imperiyasının guya ermənilərə qarşı “soyqırımı” törətməsi ilə yanaşı, Qarabağdan da ermənilərin zorla çıxarıldıqlarını iddia edib. O, həmçinin erməni diasporlarını Ermənistan ətrafında birləşərək hərəkətə keçməyə səsləyib.
Varşavada keçirilən “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi...
Bu azmış kimi Erməni Apostol Kilsəsi və “Monumentwatch” adlı qurum Varşavada keçirilən “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi ilə bağlı iftira və təhdid dolu “bəyanat” yayıblar. Həmin kağız parçasında iddia olunub ki, bu sərgi guya “Azərbaycanın Ermənistana qarşı ərazi ambisiyalarının, onun qədim Ermənistan xalqının mənəvi və mədəniyyət irsini mənimsəmək istəklərinin ifadəsi olan Azərbaycanın apardığı saxta təbliğatın növbəti təzahürüdür”. Nə qədər absurd olsa da, bəyanatda Azərbaycan və alban abidələri “erməni irsi” kimi təqdim olunub.
Xatırladaq ki, aprelin 8-də Varşava şəhərinin mərkəzi küçəsində yerləşən Tvardovski meydanında Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı fotosərginin açılışı olub. Sərgidə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış edərək İrəvan xanlığının təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində mühüm rol oynadığını bildirib. İrəvan xanlığının tarixinin Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəniyyət tarixinin tərkib hissəsi olduğunu vurğulayıb. N.Qurbanova İrəvan şəhəri və onun ətrafında hidronim və oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan dilində olmasının bu ərazinin azərbaycanlıların qədim yaşayış məskənlərindən olduğunu sübut etdiyini diqqətə çatdırıb və XIX əsrin sonu XX əsrin əvvəllərində İrəvanda Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa Xan və s. kimi çoxlu sayda Azərbaycan adına küçələrin mövcud olduğunu bildirib. O, avropalı səyyah və salnaməçilərin, o cümlədən JanBatist Tavernye, Jan Şarden, Dübua de Monper, Avqust fon Haksthauzen və digərlərinin əsərlərində İrəvan şəhərinin səciyyəvi müsəlman şəhəri kimi təsvir olunduğunu qeyd edib.
Diplomat indiki Ermənistan ərazisində mövcud olmuş 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq və 391 məscidin Qərbi Azərbaycanın tarixi irsinin tərkib hissəsi olduğunu vurğulayıb və 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1987-88-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və qırğınların nəinki azərbaycanlıların indiki Ermənistandan kütləvi surətdə köçürülməsi ilə nəticələndiyi, həm də minlərlə tarixi abidə, məscidin yerlə-yeksan edildiyini təəssüflə diqqətə çatdırıb.
Səfir onu da qeyd edib ki, abidələri məhv etmək asan olsa da, tarixi ümumi yaddaşımızdan silmək mümkün deyil və öz soyunu Qərbi Azərbaycandan götürən azərbaycanlı gənclərin sərginin açılışında iştirakı bir daha sübut edir ki, gec-tez həqiqət üzə çıxır.
Aprelin 28-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks olunub. İrəvan xanlığının bayrağı, Qərbi azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib. Erməni Apostol Kilsəsinin sözügedən “bəyanatı” isə tarixi həqiqətləri təhrif etmək cəhdidir. Tarixin təhrif edilməsi üçün II Qareginin canfəşanlığı da heç bir nəticə verməyəcək.
İcma: Bu, Ermənistanda dərin kök salmış irqçilik və dözümsüzlüyü nümayiş etdirir
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması məsələ ilə əlaqədar bəyanat verib. Bildirilib ki, Qərbi Azərbaycan İcması ədalətə əsaslanan davamlı sülhə və barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququ və onların mədəni irsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir. Ermənistan tərəfi bu cür tədbirlərdən və təqdim olunmuş məlumatlardan düzgün nəticə çıxarmaq, törətdiyi hüquq pozuntuları və ədalətsizliyə görə öz məsuliyyətini etiraf etmək və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq əvəzinə, həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır.
Bəyanatda, həmçinin deyilir: “Ermənistan hakimiyyət orqanlarının təşkilatçılığı ilə atılması şübhə doğurmayan bu addımlar Ermənistan hökumətinin sülh və barışıq istəmədiyini, bu ölkədə dərin kök salmış irqçilik və dözümsüzlüyü nümayiş etdirir. Çox maraqlıdır, Erməni Apostol Kilsəsi və mədəni abidələrlə bağlı Azərbaycana çoxsaylı iftiralar atan “Monumentwatch” təşkilatı indiki Ermənistan ərazisində cəmi bir əsr əvvəl rəsmi dövlət qeydiyyatında olmuş 269 məsciddən 268-nin məhv edilməsinə və 500-dən artıq azərbaycanlı məzarlığının dağıdılmasına necə haqq qazandırır?”. Qərbi Azərbaycan İcması Erməni Apostol Kilsəsi və “Monumentwatch” adlı ekstremist qurumun təhdid və iftira yolu ilə həqiqətlərin ört-basdır edilməsinə xidmət edən, dözümsüzlük yayan və barışığa mane olan bu addımlarını sərt şəkildə qınayıb, beynəlxalq ictimaiyyəti Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin bərpası və qorunması üçün bu dövlətə təzyiq göstərməyə çağırıb”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

