Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ECO-nun 17-ci Zirvə görüşü Türkmənistan mediasında geniş işıqlandırılıb

ECO-nun 17-ci Zirvə görüşü Türkmənistan mediasında geniş işıqlandırılıb

07.07.2025 [10:49]

Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Türkmənistan mediasında olduqca geniş şəkildə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, ofisi Türkmənistanda yerləşən nüfuzlu "News Central Asia" informasiya portalında, eləcə də ölkənin "Orient", "Turkmenportal", "Ashgabattimes" və "Atavatanturkmenistan" internet informasiya resurslarında Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü, Zirvə görüşündə iştirakı və çıxışı barədə materiallar dərc olunub.

Materiallarda “ECO həftəsi” çərçivəsində Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu, Füzulidə isə İşgüzar Forum keçirilməsinin önəmi vurğulanıb. Qeyd olunub ki, ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu xüsusi maraqla izləyiblər.

Dərc olunan yazılarda Azərbaycanın iqtisadi inkişafı, müstəqil xarici siyasəti və ECO daxilindəki fəal rolu nəzərə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük beynəlxalq nüfuza malikdir.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31