CGTN kanalı AZƏRTAC-ın Orta Dəhliz haqqında süjetini yayımlayıb
02.01.2026 [08:35]
Çin Media Qrupuna daxil olan CGTN televiziya kanalı yeni beynəlxalq “Global South Voices” layihəsinə start verib. Layihə Qlobal Cənub ölkələrinin inkişafını, onları narahat edən mövzuları diqqətdə saxlayır.
CGTN layihənin tərəfdaşlarından olan AZƏRTAC-ın Orta Dəhliz haqqında geniş süjetini yayımlayıb. “Azərbaycan Orta Dəhliz ticarət marşrutunun tutumunu genişləndirir” adlı süjetdə Çin və Cənub-Şərqi Asiyanı Avropa ilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli, təhlükəsiz logistika xətti kimi fəaliyyətindən söz açılıb. Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsinin başlayanadan sonra Avrasiyada yaranmış geosiyasi vəziyyəti fonunda Orta Dəhlizin rolu əhəmiyyəti dərəcədə yüksəlib.
Vurğulanıb ki, son illərdə Azərbaycan Orta Dəhlizin potensialını fəal şəkildə inkişaf etdirərək, infrastruktura böyük investisiyalar yatırıb və onu müasir, səmərəli, dayanıqlı nəqliyyat əlaqəsinə çevirib. Bu xüsusda Avrasiyanın nəqliyyat və logistika şəbəkəsində mühüm bir qovşaq rolunu oynayan Bakı Limanının imkanlarının genişləndirilməsi, Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının inşası vurğulanıb, infrastrukturun davamlı modernləşdirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və Azərbaycanın bağlantı imkanlarının yaxşılaşdırılmasının ölkənin uzunmüddətli iqtisadi strategiyasının əsas komponentləri olduğu bildirilib.
Süjetdə Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyannamənin, Çin-Avropa Dəmir Yolu Ekspresi üçün Azərbaycan və Çin hökumətlərinin imzaladığı Anlaşma Memorandumunun dəhlizin inkişafına əhəmiyyətli təsir göstərdiyi, ötən il Çindən Orta Dəhliz boyunca 350-dən çox blok qatarı göndərildiyi və onların orta tranzit müddətinin Azərbaycan limanlarına 10 gün, Gürcüstan limanlarına isə 12 gün təşkil etdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə Orta Dəhlizi daha da şaxələndirməyi hədəfləyir. Bu layihə regional əlaqəni gücləndirəcək, Orta Dəhlizin vacib bir hissəsi kimi nəqliyyat və logistika sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23

