Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gürcüstan səfiri: İki ölkə arasında mədəni əməkdaşlıq strateji tərəfdaşlığı möhkəmləndirir

Gürcüstan səfiri: İki ölkə arasında mədəni əməkdaşlıq strateji tərəfdaşlığı möhkəmləndirir

21.10.2026 [20:38]

Azərbaycan və Gürcüstan yalnız qonşu dövlətlər deyil, həm də strateji tərəfdaşlardır. Əməkdaşlığımız mədəniyyət, ədəbiyyat və incəsənət də daxil olmaqla, ikitərəfli münasibətlərin bütün sahələrini əhatə etməlidir.

Bunu Gürcüstanın Azərbaycandakı səfiri Georgi Zakaraşvili XII Bakı Beynəlxalq Kitab Sərgisində AZƏRTAC-a açıqlaması zamanı deyib.

Diplomatın sözlərinə görə, hazırda iki ölkə arasında iqtisadi əməkdaşlıq mədəni-humanitar əlaqələrlə müqayisədə bir qədər daha sürətlə inkişaf edir. Bu baxımdan birgə mədəni tədbirlərin keçirilməsi, ədəbi görüşlərin və kitab sərgilərinin təşkili, eləcə də milli ədəbiyyat nümunələrinin qarşılıqlı təbliği xüsusi əhəmiyyət kəsb edir.

“Ədəbiyyat xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsində və yaxınlaşmanın dərinləşməsində mühüm rol oynayır. Azərbaycan və gürcü müəlliflərinin əsərləri ilə tanış olmaqla bir-birimizin mədəniyyətini, ənənələrini və dünyagörüşünü daha dərindən öyrənirik. Kitablar cəmiyyətlərimizin həyatı, tarixi keçmişimizi necə dərk etməyimiz, bu günümüzü necə qiymətləndirməyimiz və gələcəkdə nəyə can atmağımız barədə bir-birimizi daha yaxşı anlamağa kömək edir”, – deyə səfir qeyd edib.

Georgi Zakaraşvili ədəbi mübadilələrin genişləndirilməsinin və birgə mədəni layihələrin həyata keçirilməsinin Azərbaycan və Gürcüstan xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib: “Bu cür təşəbbüslər mədəni dialoq üçün yeni imkanlar yaratmaqla yanaşı, qardaş xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir. Bir-birimizi nə qədər yaxşı tanıyıb anlasaq, ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı üçün bir o qədər möhkəm zəmin yaranar”.

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31