ANSA AzərTAc ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır
24.12.2014 [09:32]
Azərbaycan-İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin cari ilin iyulunda bu ölkəyə rəsmi səfəri və “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin qəbul olunması əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Digər tərəfdən, Azərbaycan artıq İtaliyada dünya mədəniyyətinə mühüm töhfələr verən bir ölkə kimi tanınır. Azərbaycan təkcə öz mədəni dəyərlərinin təbliği ilə kifayətlənmir, müxtəlif ölkələrin, o cümlədən İtaliyanın mədəni həyatına yeni nəfəs verir. Bu istiqamətdə Heydər Əliyev Fondunun dəstəyi ilə Romada reallaşdırılan layihələr İtaliyada yüksək qiymətləndirilir.
Bütün bu amillər italiyalı jurnalistlərin Azərbaycana marağını artırır. Bu ölkənin KİV-ləri Azərbaycanda baş verən prosesləri, İtaliya ilə əlaqələri daim diqqət mərkəzində saxlayır. Bu baxımdan İtaliya media nümayəndələrinin Azərbaycana səfərlərini xüsusi vurğulamaq lazımdır. Bu səfərlər ölkəmizlə bağlı həqiqətlərlə daha yaxından tanış olmaq və reallıqları İtaliya ictimaiyyətinə çatdırmaq üçün önəmlidir. Bu ölkənin tədqiqatçıları, jurnalistləri ölkəmizlə bağlı kitablar, silsilə yazılar və reportajlar hazırlayırlar.
Haqqında bəhs etdiyimiz mövzu ilə əlaqədar İtaliyanın ANSA xəbər agentliyinin baş meneceri və baş icraçı direktoru Cüzeppe Serbonenin fikirlərini öyrəndik.
“Sizcə İtaliya mediasını Azərbaycanla belə yaxından maraqlanmağa nə sövq edir?” sualına cavabında C.Serbone deyib ki, Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən bir ölkə olması bu məsələdə vacib rol oynayır. Avropa ilə Asiya arasında önəmli bir nöqtədə yerləşməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Digər tərəfdən, Azərbaycanın zəngin enerji potensialına malik olması bu ölkəni Avropa dövlətləri ilə ticarət və iqtisadiyyat sahəsində danışıqlarda əsas oyunçuya çevirir. Bütün bunlar İtaliyada da diqqətlə izlənilir.
Baş direktor qeyd edib ki, son illər Azərbaycanda bütün sahələrdə tərəqqi nəzərə çarpır. Təbii ki, bu sırada media sektoru da mühüm yer tutur. Ölkənizdə yeni media qurumlarının sayının artması müşahidə olunur. Bu, Azərbaycanda müvafiq sektorda mövcud inkişaf tendensiyasının göstəricisidir.
İtaliya və Azərbaycan media qurumlarının əlaqələrindən danışan C.Serbone bu məsələdə dialoq və qarşılıqlı anlaşmanın çox önəmli olduğunu vurğulayıb. ANSA ilə AzərTAc arasındakı əməkdaşlıqdan da bəhs edən baş direktor deyib: “Agentliklərimizin birgə faydalana biləcəyi layihələri həyata keçirməyə hər zaman maraq göstəririk. Biz AzərTAc ilə ənənəvi jurnalistikadan multimedia sahəsinədək bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və bunun üçün birgə müzakirələr aparmağa hazırıq. Gələcəkdə bu istiqamətdə hansı işlər görə biləcəyimizə dair fikir mübadiləsi aparmaq üçün mütəmadi olaraq görüşlərin təşkili yaxşı nəticələr verə bilər”.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53

