Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İran Azərbaycan ilə əlaqələri bütün sahələrdə strateji səviyyəyə çatdırmaq niyyətindədir

İran Azərbaycan ilə əlaqələri bütün sahələrdə strateji səviyyəyə çatdırmaq niyyətindədir

17.04.2015 [10:10]

Aprelin 16-da Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əli Əhmədov bu cür səfərlərin Azərbaycan-İran münasibətlərinin inkişafına töhfə verdiyini, əmək və sosial müdafiə sahəsində iki ölkə arasındakı əməkdaşlığı genişləndirdiyini söyləyib. Baş nazirin müavini hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin əməkdaşlığa verdiyi töhfədən söhbət açıb.
Azərbaycan və İran arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışan Əli Əhmədov bildirib ki, Azərbaycan dövləti hər zaman ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsinə önəm verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini vurğulayıb ki, bu münaqişənin həll olunmaması region üçün təhdiddir.
Nazir Əli Rəbii ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin milli, mədəni və dini köklərə söykəndiyini deyib. Qeyd edib ki, İran Azərbaycanla əlaqələri bütün sahələrdə strateji səviyyəyə çatdırmaq niyyətindədir. Nazir İranın Azərbaycanı hər zaman dəstəklədiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın üzləşdiyi çətinliklər zamanı daim bu ölkənin yanında olduğunu qeyd edib. O, İranın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu məmnunluqla vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 677 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31