Partiya sədrləri açılış mərasiminə heyran qalıblar
17.06.2015 [10:31]
“Azərbaycan dünyaya möhtəşəm bir nümunə təqdim etdi”
İyunun 12-də “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminə dəvət edilən və iştirak edən bir sıra müxalif partiyaların sədrləri təəssüratlarını “Yeni Müsavat”a bölüşüblər. KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, təəssüratları möhtəşəmdir: “Çox yüksək səviyyədə təqdimat, tərtibat ortada idi. Çox möhtəşəm açılış mərasimi oldu”.
AMİP sədri Yusif Bağırzadə açılış mərasiminin möhtəşəm keçdiyini, mərasimdən heç vaxt unutmayacağı təəssüratla ayrıldığını bildirib: “Kifayət qədər peşəkar təşkilatçılıq özünü göstərdi. Açılış mərasimində bütün kompozisiyalar, musiqi və digər detallar Azərbaycanın milli koloritini, tarixini, musiqisini, ədəbiyyatını özündə əks etdirdi. Azərbaycanın dünyada təbliğində, şübhəsiz ki, bu mərasimin xüsusi rolu oldu. İştirak edən xarici qonaqlar heyrətlərini gizlədə bilmirdilər”.
ADP sədri Sərdar Cəlaloğlu deyib ki, açılış mərasimi dünyada səviyyəsinə görə rekord sayılacaq qədər yüksək səviyyədə idi: “Dünyanın bundan sonra hansısa başqa bir ölkəsinin belə bir möhtəşəmliyi təkrarlaya biləcəyinə inanmıram. Avropa Oyunlarının açılış mərasimi dünya səviyyəsində keçirilən beynəlxalq Olimpiya yarışlarının açılış mərasimini belə kölgədə qoydu. Bu səviyyədə açılış mərasimi qitə Oyunlarından qat-qat artıq miqyasda idman tədbirlərinin açılış mərasiminə bənzədi. Məncə, bundan sonra heç bir beynəlxalq idman yarışlarının açılış mərasimi birinci Avropa Oyunlarının açılış mərasimini kölgədə qoya bilməyəcək. Azərbaycan faktiki olaraq dünyaya bir möhtəşəm nümunə təqdim etdi. Biz bundan əvvəl çox beynəlxalq idman yarışlarının açılışına baxmışıq. Hamısında əsasən idmanla bağlı şoular göstərilib. Birinci Avropa Oyunlarının açılış mərasimində isə Azərbaycanın tarixi, mədəniyyəti, mifologiyası, ədəbiyyatının təqdimatı həyata keçirildi. Çox möhtəşəm idi. Mən açılış mərasiminin təsiri altında iki saatdan artıq müddətdə bütün dünyanı unutdum, sehrli bir aləmə düşmüş kimi təəssüratlar yaşadım. Bütün kompozisiyalar Azərbaycan ruhunun nə qədər yüksək olduğunu yüksək səviyyədə nümayiş etdirdi”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc mərasimin yüksək səviyyədə keçirildiyini bildirib: “Milli mədəniyyətin təqdimatı əsas leytmotiv idi. Müasir və milli bir kompozisiya təqdim olundu. Bu Oyunlarda ən çoxsaylı komandalarla iştirak edən Almaniya, Fransa kimi ölkələrin liderlərinin siyasi məqsədlərlə açılışa qatılmaması və açılış günündə bu dövlətlərin nəzarətində olan bir sıra institutların qəbul etdiyi sənədlər Qərbin bu Oyunlardan Azərbaycana təzyiq vasitəsi kimi istifadəsini bir daha göstərdi. Bu ölkələrə müstəqil olaraq böyük idman tədbirlərinə ev sahibliyi edən Azərbaycan deyil, onların “qapazaltısı” olan Azərbaycan gərəkdir. Bu liderlər 24 apreldə olmayan “soyqırımına” görə İrəvanda idilər, amma indi real sülh simvoluna, idman oyunlarına görə Bakıya gəlmədilər. İdmançılarımıza uğurlar arzulayıram. Ölkəmizdə ilk dəfədir ki, bu cür milli məsələdə sivil dövlətlərdə olduğu kimi, iqtidar və müxalifət partiyaları bir yerdə olub, milli məsələdə birlik və bərabərlik mesajı verdi”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, Avropa Oyunlarının açılış mərasimi gözlədiyindən də yüksək səviyyədə baş tutdu: “Düzünü desəm, bu qədərini gözləmirdim. İlk növbədə, açılış mərasimi müasirliyi, səhnə tərtibatının peşəkarlığı ilə fərqləndi. Digər tərəfdən, açılış mərasiminin ideoloji seçimi çox düzgün idi. Milli arnamentlər, boyakarlıqdan əxz olunmuş hissə, musiqimiz, ifa tərzi, böyük Nizaminin əsərlərinin miniatürlərinin, Qobustan qayalarının nümayiş etdirilməsi Azərbaycanın milli cəhətləri olaraq dünyaya təbliği idi. Musiqilərdə bizim bəstəkarlardan istifadə olunması, “Sarı gəlin” mahnısının ifa olunması, Alim Qasımovun muğam, Qarabağ şikəstəsinin elementlərini ifa etməsi çox gözəl idi. Alovun məhz paraolimpiyaçı İlham Zəkiyev tərəfindən gətirilməsi və onun məhz Qarabağ döyüşündə zədə alması bir daha göstərdi ki, bu mərasimin seçiminə qərar vermiş insanların Qarabağ probleminə münasibəti necədir. Çox gözəl açılış nümayiş etdirildi. Bu, Azərbaycanın dünyaya yüksək səviyyədə təqdimat mərasimi idi. İnanmıram ki, bundan sonra hansısa bir ölkə belə bir nümunə ortaya qoya bilsin. Mən Oyunların təşkilində zəhməti olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

