Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazan ayı ilə bağlı müşavirə keçirilib
18.06.2015 [09:32]
İyunun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Ramazan ayının başlaması ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə DQİDK-nın rəhbərliyi, eləcə də, Dövlət Komitəsi Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Müşavirəni açan Komitə sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazan ayı ilə bağlı tədbirlər planı hazırlanaraq təsdiq edilib. Bununla əlaqədar Komitənin regional şöbələrinin üzərinə düşən vəzifələr müzakirə edilib. Komitə sədri Ramazan ayında Dövlət Komitəsinin şöbələrinin yerlərdə ayrı-ayrı məsələlərlə əlaqədar iş fəaliyyətini daha da gücləndirməli olduğunu deyib. Regional şöbələr Ramazan ayı ərzində faktiki gücləndirilmiş iş şəraitində fəaliyyət göstərməli və bölgələrdə monitorinqlər təşkil etməlidirlər.
Mübariz Qurbanlı bu müddətdə Komitə üçün ölkədəki dini əhval- ruhiyyəni daha dərindən öyrənmək imkanının yarandığını söyləyib. Komitə sədri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinə nəzarətin də Dövlət Komitəsinin və onun şöbələrinin üzərinə düşdüyünü deyib. Buna görə də regional şöbələrin əməkdaşları tərəfindən yerlərdə monitorinqlər keçiriləcək.
Dini maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayan Mübariz Qurbanlı Ramazan ayında regional şöbələrin maarifləndirmə işində daha aktiv fəaliyyət göstərmələrinin vacib olduğunu bildirib. Komitə sədri Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq dini icmalara verilən maliyyə vəsaitinin dini maarifləndirmə işinə düzgün sərf edilməsi ilə bağlı şöbələrin rəhbərlərinə tövsiyələrini verib. Mübariz Qurbanlı bu cür tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda, radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu bildirib.
Müşavirənin sonunda Dövlət Komitəsinin şöbələrinin ikinci yarımil üçün tədbirlər planı təsdiq edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35

