Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı hər iki dövlətin maraqlarına cavab verir
23.04.2009 [16:58]
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri Bakıda və Moskvada olduğu kimi, dünyanın digər dövlətlərində, o cümlədən, bir sıra Qərb dairələrində də ciddi müzakirə predmetinə çevrilib. Bu da təsadüfi deyil. çünki, həm Azərbaycan, həm də Rusiya Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal şəkildə iştirak edir. Digər tərəfdən, dünyanın əsas güc mərkəzlərindən olan Rusiya ilə hazırda beynəlxalq aləmin ən çox diqqət ayırdığı regionlardan biri olan Cənubi Qafqazın lider dövləti Azərbaycan arasında müsbət siyasi dialoqun bu regiona verəcəyi töhfələr də inkarolunmazdır. Eyni zamanda, bu münasibətlər hər iki dövlətin öz maraqlarına və inkişafına da xidmət edir.
Səfər çərçivəsində ən çox gündəmə gələn məsələlərdən biri, heç şübhəsiz, tərəflərin enerji sahəsində əməkdaşlıqlarının genişləndirilməsi ilə bağlı idi. Bu məsələnin müzakirəsi dünya mediasında da geniş işıqlandırıldı. Bunun səbəbləri hamıya bəllidir. Avropanın Rusiyanın enerji hegemoniyasina son qoymaq üçün alternativ olaraq yararlanmaq istədiyi mənbələrdən biri də Azərbaycandır. Və bu sahədə reallaşması ən mümkün layihələrdən biri olan “NABUCCO”-da ölkəmizin oynayacağı rol xüsusi olaraq nəzərə alınır. Azərbaycanın isə maraqları bütün məsələlərdə olduğu kimi, əməkdaşlığı konkret istiqamətlər üzrə məhdudlaşdırmamaq, əksinə sahib olduğu enerji ehtiyatlarını daha çox şaxəli dəhlizlərə ixrac etməkdən ibarətdir. Bu mənada Avropaya neft və qaz nəqlini hazırda istifadə olunan marşrutlarla davam etdirməklə bərabər, yeni marşrutların da səmərəliliyi Bakı tərəfindən nəzərə alınır. Azərbaycan Prezidentinin Moskvaya səfəri çərçivəsində dövlət başçıları bu sahədə mövqelərin üst-üstə düşdüyünü dəfələrlə bəyan edərək, əlavə ediblər ki, həm Bakıda, həm də Moskvada əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək üçün ciddi iradə və istək mövcuddur. Rusiya Prezidenti Dmitri Medvedev bəyanatında bu mövzuya toxunaraq qeyd edib ki, energetika, qaz nəqli sahəsində əməkdaşlıq, Azərbaycan neftinin ixracı, Bakı-Novorossiysk boru kəməri vasitəsilə nəqli kimi ənənəvi məsələlərdə yaxşı perspektiv imkanlar var: “Bir sözlə, artıq işlədiyimiz və gələcəkdə işləyə biləcəyimiz bütün istiqamətlərdə perspektivlər var. Son illər biz belə əməkdaşlığı irəlilətmişik. Digər tərəfdən, bu, energetika sahəsində şaxələndirmə barədə və bütövlükdə dünyada xeyli dərəcədə narahatlıq yaradan enerji təhlükəsizliyi probleminin həlli haqqında danışmağa imkan verərdi. Hətta iqtisadi böhrana baxmayaraq, biz gələcəkdə enerji təhlükəsizliyinin hansı şəkildə təmin olunması barədə düşünməliyik. Biz dəfələrlə bildirmişik ki, bu mövzuda yetərli konvensiyaların imzalanması, ölkələr və onların şirkətləri arasında düzgün beynəlxalq rejimlərin və qarşılıqlı surətdə faydalı olan hərtərəfli münasibətlərin yaradılmasına tərəfdarıq. Rusiya və Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq da belə ola bilər”.
Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya ilə ölkəmiz arasında enerji sahəsində əməkdaşlığın çox müsbət məcrada uğurla davam etdiyini vurğulayaraq xüsusilə əlavə edib ki, bu əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur: “Deməliyəm ki, bütövlükdə, energetika sahəsində ölkələrimiz arasında əməkdaşlıq çox müsbət xarakter daşıyır”.
Eyni zamanda, tərəflərin xüsusi razılıqla bəyan etdikləri digər bir məsələ, dövlətlər arasında ticarət əlaqələrinin inkişaf dinamikasının qorunub saxlanmasıdır. Beynəlxalq maliyyə böhranına baxmayaraq, dövlətlər arasında ticari əlaqələrin qorunub saxlanması dövlət başçıları tərəfindən uğur kimi qiymətləndirilib. Məsələn, Dmitri Medvedev deyib ki, son vaxtlar əldə olunmuş nəticələr konkret olaraq rəqəmlərdə də özünü büruzə verir: “Müxtəlif hesablamalara görə, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi üç milyard dollara yaxındır. Bu, əlbəttə, çox vacibdir. Eyni zamanda, əmtəə dövriyyəsinin strukturu da vacibdir. Buraya təkcə son illərdə qiyməti müntəzəm qalxan enerji daşıyıcıları daxil deyil, - bunun hesabına əmtəə dövriyyəsinin həcmi artırdı. Bu, həm də başqa rəqəmləri, ən müxtəlif istiqamətlərdə görülən işləri, texnoloji təyinatlı məhsulların göndərilməsini, nəqliyyatı, kağız-sellüloz sənayesini, bir sözlə, ən müxtəlif istiqamətləri əhatə edir. Əlbəttə, indi ən başlıcası əldə edilmiş tempi qoruyub saxlamaq, iqtisadi problemlər nəticəsində əmtəə dövriyyəsinin azalmasına yol verməməkdir. Hərçənd, təbii ki, bu problemlər bizim iqtisadiyyatlara təsir göstərir”.
Azərbaycan Prezidenti İlham Əliyev isə rəqəmlərdə əks olunan bu münasibətlərin siyasi sferaya da müvəffəqiyyətlə transfer olduğunu söyləyərək əlavə edib ki, ölkələrimiz arasında münasibətlərin necə inkişaf etməsi bizi çox sevindirir: “çox möhkəm siyasi və müqavilə-hüquqi baza mövcuddur və keçən ilin yayında Bakıda imzalanmış “Dostluq və strateji tərəfdaşlıq haqqında” müqavilə fəaliyyətin və əməkdaşlığın bütün sahələrini əhatə edir. Bizim münasibətlərimizi məhz strateji tərəfdaşlıq termini ilə ifadə etmək olar. Biz iqtisadiyyatda da yaxşı nəticələr olduğunu görürük. Böhrana baxmayaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsi çox cüzi həcmdə azalmışdır. ümid edirəm ki, gələcəkdə, böhran aradan qaldırılandan sonra iqtisadi münasibətlərimizin uğurlu inkişafı davam edəcəkdir”.
Humanitar sahədəki əməkdaşlıqda əldə olunmuş nəticələr isə xalqlarımızın yaxınlaşmasına, Azərbaycan və Rusiya arasında əlaqələrin daha da inkişafına zəmin yaradır. Prezident Dmitri Medvedevin də qeyd etdiyi kimi, digər sahələrdə müşahidə olunan irəliləyişlər bu istiqamətdə də özünü büruzə verir: “Bizim humanitar əlaqələrimiz də az əhəmiyyət kəsb etmir və son illərdə bu sahədə çox iş görülmüşdür. Mən açıq demək istəyirəm, bu sahədə, əlbəttə, Azərbaycan Prezidentinin birbaşa xidmətləri var və biz görülən işləri çox yüksək qiymətləndiririk, başa düşürük ki, bu, həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına uyğundur”.
Dmitri Medvedevin fikrinə əlavə olaraq Azərbaycanın dövlət başçısı İlham Əliyev qeyd edib ki, humanitar əməkdaşlıq münasibətlərimizin çox mühüm sahəsidir və biz bu sahədəki mövcud dinamikanı böyük razılıq hissi ilə qeyd edirik, ən başlıcası isə odur ki, qəbul olunan bütün qərarlar yerinə yetirilir: “Bakıda MDU-nun filialının, Rusiya Mədəniyyəti Mərkəzinin açılması həm bizim ölkə üçün və əminəm, həm də Rusiya üçün və ümumiyyətlə, xalqlarımız arasında daha artıq qarşılıqlı anlaşma üçün mühüm hadisələrdir. Onu da deməliyəm ki, bir qədər əvvəl Bakıdakı Rus Dram Teatrı, demək olar, təzədən tikilmişdir. Bu teatrın çox böyük ənənələri və ölkəmizdə çox sadiq pərəstişkarları var. ümumiyyətlə, tədrisin rus dilində olduğu məktəblərin sayı humanitar sahədə münasibətləri yəqin ki, hər şeydən yaxşı səciyyələndirə bilər. Azərbaycanda yüzlərlə belə məktəb var. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə münasibət həmişə çox xeyirxah, çox səmimi olmuşdur və biz şadıq ki, bu, indi də davam edir. Xalqlarımız arasında münasibətlər ölkələrimiz arasında münasibətlərin ayrılmaz tərkib hissəsidir”.
ümumiyyətlə, bu səfər bir daha göstərdi ki, Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq, tarixi dostluq bu gün də uğurla davam etdirilir və dövlət başçılarının iradəsi də bu əlaqələrin daha da irəliləməsinə imkan verir.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

