Hiroşi Masuda: Prezident İlham Əliyevin parlaq nitqi mənə çox güclü təsir bağışladı
30.11.2016 [09:28]
Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi ənənəvi jurnalistikanın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Bu fikri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində JIJI PRESS agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hiroşi Masuda səsləndirib.
Həmin günlərdə Azərbaycan paytaxtında həm Dünya Xəbər Agentliklərinin V Konqresinin, həm də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının keçirildiyini xatırladan H.Masuda qeyd edib ki, hər iki beynəlxalq tədbir yüksək təşkilatçılığı və geniş iştirakçı tərkibi ilə fərqlənirdi. Bu tədbirlərdə dünyanın mötəbər informasiya agentliklərinin yüksək vəzifəli nümayəndələri medianın aktual problemlərini müzakirə etdilər. İstər Konqresin, istərsə də Assambleyanın gündəliyindəki məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradılmışdı.
Azərbaycan rəhbərliyinin bu tədbirlərə xüsusi diqqət ayırdığını vurğulayan H.Masuda bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimində şəxsən iştirakı və parlaq nitqi ona çox güclü təsir bağışlayıb. Çünki Konqres iştirakçılarının bir çoxu, o cümlədən yaponlar Azərbaycanın tarixi barədə o qədər də məlumatlı deyildilər. Buna görə də dövlət başçısının nitqində əksini tapan məlumatlar Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılması baxımından çox mühüm hadisə oldu. Bununla yanaşı, Prezident İlham Əliyev insan resurslarının vacibliyi haqqında da danışdı. Azərbaycanın zəngin təbii resurslara malik olduğunu qeyd edən dövlət başçısı vurğuladı ki, ölkənin uğurlarının davamlı olması üçün insan resursları inkişaf etdirilməlidir. “Bu fikirlər mənim üçün çox maraqlı və təsirli idi. Düşünürəm ki, Konqresin və Baş Assambleyanın açılışında Prezidentin iştirakı öz-özlüyündə çox əhəmiyyətli hadisə idi, keçirilən tədbirlərin məzmununu zənginləşdirdi və önəmini daha da artırdı”, - deyə H.Masuda bildirib.
Konqresdə müzakirə olunan məsələlərin vacibliyinə diqqət çəkən JIJI PRESS agentliyinin şöbə müdiri son vaxtlar xəbər agentliklərinin məruz qaldığı dəyişikliklərdən də danışaraq deyib: “Bunun əsas səbəbi internetin sürətli inkişafı və sosial mediaya təsiridir. Ümid edirəm ki, xəbər agentlikləri sosial media şəbəkəsinə qoşulmaqda ciddi problemlər yaşamayacaqlar. Çünki bu sahədə gedən proseslər hamının diqqət mərkəzindədir. Aparılan müzakirələr, qəbul edilən qərarlar baş verə biləcək hər hansı fəsadın qarşısını ala bilər. İnanıram ki, AZƏRTAC iki mühüm beynəlxalq quruma sədrlik edəcəyi dövrədə sosial media və internetlə bağlı yaranan problemlərin həllində liderlik rolunun öhdəsindən bacarıqla gələcək”.
Bakıya son iki ildə ikinci dəfə səfər etdiyini xatırladan müsahibimiz bildirib ki, Azərbaycan paytaxtı öz gözəlliyi ilə onu heyran edib. Burada qədimlik və müasirlik sıx və üzvi şəkildə birləşib. Son 10 ildə Bakının sürətli inkişafı həqiqətən də insanda böyük heyrət, maraq və xoş hisslər doğurur. H.Masuda Bakı sakinlərinin qonaqpərvərliyini, səmimi münasibətini və buradakı gözəl ab-havanı heç vaxt unutmayacağını deyib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

