Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti TÜRKPA Katibliyində olub

Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti TÜRKPA Katibliyində olub

30.08.2018 [09:23]

Avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov birgə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) inzibati binasında olublar.
AZƏRTAC xəbər verir ki, Türkiyə parlamentinin sədrinə katibliyin fəaliyyəti və binada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, ildən-ilə fəaliyyətini genişləndirən, beynəlxalq əlaqələrini gücləndirən TÜRKPA-nın katibliyinin yeni inzibati binasında bütün lazımi şərait yaradılıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım binanın həyətində ağac əkib.
Sonra keçirilən görüşdə Assambleya çərçivəsində əməkdaşlıq məsələləri və qurumun gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30