Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / General Məhəmməd Baqeri: İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

General Məhəmməd Baqeri: İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

22.01.2019 [10:04]

İran hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının tərəfdarıdır. İran işğal edilmiş ərazilərin tezliklə azad edilməsini və qaçqınların öz doğma torpaqlarına qayıtmasını istəyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri Azərbaycana səfərinin yekunları haqqında yerli mətbuata verdiyi açıqlamada deyib.
General bildirib ki, Xəzəryanı dövlətlərin razılaşmasına əsasən Xəzər dənizində birgə hərbi təlimlər keçiriləcək. İran regionda sülhün və sabitliyin davamlı olmasında, bütün qonşularının, o cümlədən Azərbaycanda hökm sürən sabitliyin davamlı olmasında maraqlıdır.
Bakıda keçirdiyi səmərəli görüşlər haqqında məlumat verən M.Baqeri regional təhlükəsizlik, hərbi sahədə əməkdaşlıq, terrorçuluğa qarşı birgə mübarizə məsələlərinin müzakirə edildiyini bildirib. General səfərinin uğurlu olduğunu diqqətə çatdırıb və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyini deyib.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31