/ / Sumqayıt şəhəri ölkənin dinamik inkişafında inamla iştirak edərək, bu prosesə layiqli töhfələr verir
Sumqayıt şəhəri ölkənin dinamik inkişafında inamla iştirak edərək, bu prosesə layiqli töhfələr verir
07.11.2009 [11:01]
Bu il Azərbaycanın ikinci sənaye mərkəzi sayılan Sumqayıt şəhərinin 60 illik yubileyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 aprel 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin 60 illik yubileyi bütün ölkə miqyasında qeyd edilir. Sərəncamda bildirilir ki, zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilən, iri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması nəticəsində mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verilən Sumqayıt şəhəri müstəqilliyimizin bərpası ilə öz tarixinin yeni mərhələsinə qədəm qoyub. ümummilli liderimiz Heydər Əliyev siyasi kursuna daim sadiqlik nümayiş etdirən, milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir...
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının da fəaliyyəti diqqətəlayiqdir. Hər zaman öncüllüyü ilə seçilən, ətrafında 17 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı şəhərin ictimai-siyasi tədbirlərində yüksək səviyyədə iştirak edir. Bununla yanaşı, YAP Sumqayıt şəhər təşkilatı ölkəmizdə keçirilən seçkilərdə də yüksək fəallığı ilə fərqlənir. Sumqayıt şəhərinin 60 illik yubileyi ilə bağlı rubrikamızın növbəti qonağı Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyevdir.
- Asif müəllim, bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sumqayıt şəhərinin 60 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. ümummilli liderimiz Heydər Əliyev ideyaları əsasında qurulan, hər zaman dövlətçiliyimizin keşiyində dayanan Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı şəhərinizin ən aparıcı siyasi qüvvəsidir. İstərdik YAP Sumqayıt şəhər təşkilatının yaranma tarixi barədə məlumat verəsiniz.
- Hörmətli Prezidentimiz cənab İlham Əliyevin Sumqayıtın 60 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam bütün sumqayıtlılara ölkə başçısı tərəfindən göstərilən qayğının bariz nümunəsi sayılmalıdır. Həm Sumqayıt şəhərinin sakini, həm YAP Sumqayıt şəhər təşkilatının sədri, həm də Ulu öndər Heydər Əliyev ideyalarının sadiq əsgəri kimi cənab Prezidentimizə öz təşəkkürümü bildirirəm. Həqiqətən də Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ən aparıcı siyasi qüvvəsidir və xalqımız birmənalı olaraq təşkilatımızın işinə yüksək qiymət verir. Sumqayıt şəhər təşkilatı da partiyamızın inkişaf etməsində, güclənməsində öz üzərinə düşən vəzifəni yerinə yetirir. Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı üzvlərinin sayına görə Azərbaycanda ən böyük yerli partiya təşkilatlarındandır. Əlbəttə ki, xalqımızın partiyamıza olan sevgisi, inamı ilk olaraq ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin adı ilə bağldır.
YAP keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Belə bir siyasi qüvvənin yaranmasını tələb edən tarixi zərurət mövcud zaman kəsiyində ölkəmizin düşdüyü mürəkkəb, fəlakətli, ümidsiz vəziyyətdən onu xilas etmək kimi təxirəsalınmaz tarixi vəzifənin yerinə yetirilməsi arzusu və istəyi ilə əlaqədar idi. ölkənin iqtisadiyyatı bərbad hala salınmışdı. Onilliklər ərzində yaradılan iqtisadi potensial dağıdılır, məhv edilirdi. ölkə faktiki olaraq iqtisadi iflas vəziyyətinə gəlib çıxmışdı. Dağlıq Qarabağ probleminə liberal münasibət onu çətin düyünə salmışdı. ölkəni sarsıdan böhranlı problemlər AXC-Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından daha da dərinləşmişdi. Populist şüarlarla hakimiyyətə gələn bu “millət dəllallarının” bir illik iqtidarı dövründə Azərbaycan daha ağır, fəlakətli, anarxiya vəziyyətinə düşmüşdü.
20 yanvar qırğını, erməni təcavüzünün genişlənməsi, Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər xəyanətləri, cəbhədəki uğursuzluqlar Azərbaycanı real fəlakət qarşısında qoymuşdu. Xalqın inamı tükənmiş, insanlar ümidsiz vəziyyətə düşmüşdülər. Xalq hiss edirdi ki, ölkədə gedən proseslərin qarşısı vaxtında alınmazsa, nəinki dövlət müstəqilliyi, hətta Azərbaycanın mövcudluğu faciəli şəkil alar. Azərbaycan xalqının, o cümlədən, Sumqayıt sakinlərinin böyük əksəriyyəti nicat yolunu böyük, tarixi şəxsiyyət Heydər Əliyevdə və Onun ətrafında birləşən qüvvədə görürdü.
1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı xəbəri Sumqayıtda da güclü əks-səda doğurdu. 1993-cü ilin yanvarında təşkilat komitəsi, fevralın 20-də isə təsis konfransı keçirilərək YAP Sumqayıt şəhər təşkilatı yarandı. İndi bu təşkilat öz sıralarında 17 minə yaxın partiya üzvünü birləşdirir. Şəhər ictimaiyyətinin müxtəlif zümrəsindən olanlar, əksər ziyalılar partiyanın əməli fəaliyyətindən, real həyat faktlarından qəti əminlik hasil ediblər ki, YAP üçün milli mənafe, dövlətçilik maraqları partiya maraqlarından üstündür; bu partiya xalqın partiyasına çevrilib, siyasi proseslərə istiqamət verməkdə ictimai rəyi formalaşdırmaqda alternativsiz siyasi qüvvədir və bu partiyanın sıralarında vətəndaşlıq mövqeyini ifadə etmək olar.
Partiyanın fəaliyyəti, aparıcı siyasi qüvvə olması 1993-cü il oktyabrda keçirilən prezident seçkilərindən başlayaraq bu ilin martında keçirilən referendum da daxil olmaqla bütün seçkilərdə özünü təsdiq edib. Təşkilat ölkədə gedən digər siyasi proseslərdə də yüksək məsuliyyət və fəallıqla iştirak edir, əlamətdar tarixi günlər, rəsmi bayramlar, yubileylərin siyasi təşkilatçılıq və elmi məzmun, mənəvi tərbiyə baxımından səmərəli qeyd olunmasına səy göstərir. İctimaiyyətin şəhərdə gedən quruculuq-abadlıq işlərində fəal iştirakına nail olmaq üçün təbliğatı fəaliyyətini genişləndirir, 310 ərazi ilk təşkilatı vasitəsilə idarə və müəssisə əməkdaşlarını, məhəllə sakinlərini əhatə edə bilər. Təşkilatın fəaliyyətində Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, Onun siyasi kursunu sədaqətlə davam etdirən, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləmək əsas ana xətti təşkil edir.
- Təbii ki, YAP Sumqayıt şəhər təşkilatı hər zaman istər ictimai, istərsə də siyasi tədbirlərdə öndə dayanır. Son dövrlərdəki fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
- Bəli, tamamilə doğru vurğuladınız ki, YAP Sumqayıt şəhər təşkilatı şəhərimizdə keçirilən bütün siyasi-ictimai tədbirlərdə yüksək səviyyədə iştirak edir. ümumiyyətlə, Sumqayıt hər zaman öncüllüyü ilə seçilən regionlardandır. Şəhər İcra Hakimiyyəti şəhərin abadlaşdırılması, ictimai fəallığın artırılması, o cümlədən, insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarını yüksək səviyyədə həyata keçirir. Sumqayıt sakinləri hər zaman dövlətçiliyimizin inkişafına xidmət edir.
Xalqımızın ümummilli mənafeyi və müstəqil dövlətçilik maraqları baxımından istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi, mənəvi inkişaf yekunlarına görə uğurla yola saldığımız 2008-ci ilin ardınca 2009-cu ilin əvvəlində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar referendumun yüksək siyasi fəallıqla keçirilməsi bu ilin də səmərəli inkişaf ili olduğundan xəbər verirdi. Vaxtında həyata keçirilən iqtisadi islahatlar, düzgün aparılan maliyyə-kredit siyasəti, uğurla davam etdirilən sosial-iqtisadi inkişaf proqramı, balanslaşdırılmış xarici siyasət kursu dünyanı cənginə alan maliyyə və iqtisadi böhranın ölkəmizə təsirini xeyli zəiflətməyə, böhrandan minimum az itkilərlə çıxmağa kömək edir. Bu ilin ötən müddətində ölkə iqtisadiyyatının sənaye, aqrar və digər bölmələrində qazanılan inkişaf səviyyəsi, yeni istehsal müəssisələrinin açılması, geniş quruculuq işləri bu inamı ifadə etməyə əsas verir.
Məmnunluqla qeyd etmək istəyirəm ki, bu il özünün 60 illik yubileyinə hazırlaşan Sumqayıt ölkənin dinamik inkişafında inamla iştirak edərək, layiqli töhfələr verir. Quruculuq-abadlıq işləri əvvəlki illərdə olduğundan daha geniş vüsətlə davam etdirilir, yeni-yeni istehsal, sosial obyektlər istifadəyə verilir. Hacı Zeynalabdin qəsəbəsindən ikinci Şollar su xəttinin çəkilməsi, Ağsaqqallar evinin, Maliyyə şöbəsinin, Sosial Müdafiə Fondunun yeni binasının istifadəyə verilməsi, sutəmizləyici qurğunun, olimpiya kompleksinin tikintisinin davam etdirilməsi Sumqayıtın iqtisadi potensialının bərpa edilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən və s. geniş söz açmaq olar.
Təbii ki, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı ölkənin əsas siyasi hadisələrində də yaxından iştirakçı olub. 2008-ci il prezident seçkilərində partiyamızın, eləcə də, xalqın böyük əksəriyyətinin vahid və alternativsiz namizədi möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin böyük üstünlüklə qələbəsinə əvvəldən qəti inanmaqla bərabər, təşkilatımız öz məsuliyyətini, vəzifəsini bu qələbəyə Sumqayıt seçicilərinin samballı töhfə verməsinə nail olmaqda görürdü. YAP Sumqayıt şəhər təşkilatının prezident seçkilərinə hazırlığı çərçivəsində 310 ərazi ilk təşkilatda “Qarşıdan gələn prezident seçkiləri və təşkilatın qarşısında duran vəzifələr” gündəliyi ilə ümumi yığıncaqlar keçirildi. Yığıncaqların səmərəli, təşkilati və siyasi-elmi baxımdan lazımi səviyyədə keçirilməsi üçün əvvəlcədən ərazi ilk təşkilat sədrlərinin seminarları təşkil olundu. Mütəşəkkil keçirilən seminarlara YAP Sumqayıt şəhər təşkilatı sədrinin müavinləri rəhbərlik etdilər. Təşkilatın Seçki Qərargahının hər bir Seçki Dairəsinin əhatə etdiyi mikrorayon, məhəllə və qəsəbələrdə seçicilərlə keçirdiyi görüşlər yüksək tərtibat, təşkilatçılıq, mütəşəkkillik, kütləvilik, məzmunluq baxımından çox səmərəli oldu. Bu görüşlərdə iştirak edən 4 qrup təbliğatçıların şəhərin hörmətli ağsaqqallarından, tanınmış ziyalılarından seçilməsi və hər görüşdə partiyanın prezidentliyə namizədinin vəkillərinin iştirakı seçicilər tərəfindən maraqla, rəğbətlə qarşılandı. Seçicilərlə görüşlərə İnşaatçılar stadionunda çoxminli mitinq-konsertlə yekun vuruldu. 2008-ci il 15 oktyabr prezident seçkilərində Sumqayıt seçicilərinin ümumrespublika göstəriciləri səviyyəsində nəticə ilə iştirak etmələrini aparılan fəaliyyətin məntiqi yekunu hesab etmək olar. 2008-ci il müstəqil dövlətçilik tariximizə ölkə həyatı üçün zəruri olan siyasi proseslərin zirvəsi kimi dəyərləndirilən prezident seçkilərinin texniki-təşkilatçılıq baxımından çox yüksək səviyyədə keçirildiyi, azad, demokratik, şəffaf və ümummilli mənafeyə, dövlət maraqlarına tam cavab verən uğurlu seçki ili kimi daxil oldu. Bu seçkilər Azərbaycan xalqının qədirbilənliyinin, müdrikliyinin, Ulu öndər Heydər Əliyev siyasi kursuna inamının, ölkə başçısı İlham Əliyevin zəkasına, istedadına, rəhbərlik məharətinə, beşillik Prezidentliyi müddətində həyata keçirdiyi misilsiz işlərə, qazanılmış nailiyyətlərə verdiyi qiymətin ən bariz təcəssümü oldu. Partiyamızın namizədi möhtərəm İlham Əliyevin 88,73 faiz həlledici üstünlüklə qalib gəlməsi xalqla dövlətin birliyini, xalqın öz Prezidentinin arxasında möhkəm dayandığını, yeritdiyi daxili və xarici siyasətə tərəfdar olduğunu, rəhbərlik üslubunu bəyəndiyini əks etdirdi.
Bu ilin martında keçirilən ümumxalq səsverməsi-referendum dövlətimizin inkişaf tarixində xüsusi yerə malikdlir. O baxımdan ki, Azərbaycan dövlətinin artıq qanunvericiliyində yeniliklər etməsi, xalqımızın rifahı, xoş gələcəyi üçün müsbət dəyişikliklərə imza atılması inkişafımızın göstəricisi sayılmalıdır. Xalqımız bu dəyişiklikləri olduqca yüksək sevgi ilə qarşıladı. YAP Sumqayıt şəhər təşkilatı da bu siyasi aksiyada yüksək sevgi və məsuliyyətlə iştirak etdi. Referenduma hazırlıqla əlaqədar bütün təşkilati işlərin görülməsi üçün partiya fəallarından ibarət qruplar müəyyənləşdirildi, onların seminarlarının keçirilməsi ardıcıl yerinə yetirildi, partiyanın Seçki Qərargahının Sumqayıt şöbəsi yaradıldı. Seçki Qərargahı üzvlərindən işçi qrupu müəyyənləşdirildi. Təşviqat materiallarının seçicilərə vaxtında çatdırılmasının çevik mexanizmi tətbiq edildi. ümumiyyətlə, əvvəlki seçkilərdə istifadə edilən bütün mərhələ və mexanizmlər eyni miqyasda referendumun keçirilməsində tətbiq olundu. Seçicilərin böyük əksəriyyətinin Konstitusiyaya əlavə və dəyişikliklərə müsbət rəy verməsi, seçici fəallığı təşkilatın seçki texnologiyasının səmərəli üsullarından istifadə etdiyini deməyə əsas verir.
- Asif müəllim, ölkəmiz son illərdə yüksək inkişaf tempinə malikdir. Bu inkişafda Sumqayıtın yeri hansı dərəcədədir?
- Sumqayıtın son illərdəki inkişafı göz qabağındadır. O mənada ki, aparılan abadlıq, yenilənmə işləri göz önündədir. 2003-cü illə müqayisədə Sumqayıtın ümumi məhsul və xidmətlər buraxılışının həcmi 3,7 dəfə artıb. Bu illər ərzində adambaşına düşən məhsul istehsalının həcmində də eynilə artan dinamika müşahidə olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi qayğısı nəticəsində ölkəmizdə bütün istiqamətlərdə inkişaf nəzərə çarpır. Bu mənada qeyri-neft sektorunun, o cümlədən, özəl sektorun inkişafını xüsusi olaraq qeyd etməmək mümkün deyil. Sumqayıtda da özəl sektorun inkişafı olduqca yüksək səviyyədədir. ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 70 faizə yüksəlib. Qeyd etdiyim kimi, bu, ölkə rəhbərliyinin özəl sahibkarlığın inkişafına göstərdiyi qayğının bariz nümunəsidir. Şəhər İcra Hakimiyyəti Sumqayıtın günü-gündən inkişaf etməsi, gözəlləşməsi üçün bütün qüvvəsini səfərbər edib. Bu qayğı, görülən işlər şəhər sakinlərinin yaşayış səviyyəsinin inkişafına da böyük təsir göstərib. Son 5 il ərzində ümumilikdə şəhər əhalisinin həyat səviyyəsini səciyyələndirən nominal aylıq əməkhaqqı 4 dəfədən çox artıb. ümumi məhsul və xidmətlər buraxılışının strukturunda digər əsas yeri tikinti sektoru tutur. Son illər ərzində ölkənin hər bir bölgəsində olduğu kimi, Sumqayıtda da abadlıq və quruculuq işlərinin geniş vüsət alması nəticəsində tikinti işlərinin ümumi həcmi 15 dəfəyədək artıb. Digər tərəfdən, artıq şəhərimizdə ayrı-ayrı sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına qoyulmuş investisiyaların həcmi 1,5 milyard manata çatıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin əsas xətlərindən birini ölkədə mövcud olan işsizlik probleminin aradan qaldırılması təşkil edir. Bu problem Sumqayıtda da öz həllini tapıb. Sumqayıtda 36435 yeni iş yeri yaradılıb ki, bunun da 18859-u daimi iş yerləridir.
Ən əsası Sumqayıtın uzun illər ərzində sənaye şəhəri kimi formalaşması onun ekoloji vəziyyətinə təsirsiz ötüşməyib. 2003-cü ildən etibarən Sumqayıtda 16 hektardan çox ərazini əhatə edən 13 yeni park, 10 xiyaban salınıb və yenidən qurulub. Bu müddətdə şəhərin ayrı-ayrı yerlərində 100 minə yaxın yeni ağac əkilib. Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26 kv. metr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir.
- Qarşıdan daha bir siyasi aksiya-bələdiyyə seçkiləri gəlir. YAP Sumqayıt şəhər təşkilatı bələdiyyə seçkilərinə necə hazırlaşır?
- Bələdiyyələr gərəkli ictimai qurum kimi dünya ölkələrinin təcrübəsində təsdiqini tapıb, keçən müddətdə göstərdiyi fəaliyyətlə ölkəmizdə cəmiyyət həyatının ayrılmaz zəruri bir ünsürünə çevrilib. Onların fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildi. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Seçki Qərargahı digər seçki proseslərində olduğu kimi, bələdiyyə seçkilərinə də məsuliyyətlə, ümummilli və dövlətçilik maraqları mövqeyindən yanaşır, bütün imkanlarını səfərbər edərək bu prosesə hazırlaşır. Bələdiyyə seçkilərinin yüksək səviyyədə, mütəşəkkil, seçici fəallığı ilə, demokratik şəraitdə keçməsi və partiya namizədlərinin uğur qazanması üçün hazırlıq mərhələlərini ardıcıl olaraq səmərəli təşkil etməyə səy göstərəcəyik. Seçkilərdə iştirak etmək üçün partiya namizədləri müəyyənləşdirilərkən onların işgüzarlığı, ictimai fəallığı, kütlə arasında qazandığı hörmət, nüfuz, öz kollektivindəki mövqeyi, yaşadığı ərazidə sakinlərlə rəftarı və digər cəhətlər nəzərə alınıb.
Bələdiyyə seçkilərinə hazırlığa start verildiyi vaxtdan təşkilat bir sıra tədbirlər həyata keçirib, 57 nəfərdən ibarət qərargah formalaşdırıb, onun işçi qrupunu müəyyənləşdirib. Fəaliyyət planı hazırlanıb, partiya fəallarından ibarət qruplar yaradılıb. Təşkilat təşviqat mərhələsini səmərəli keçirmək üçün lazımi hazırlıqları görüb, fəallar qrupunun, təbliğatçıları, məşvərətçi səs hüquqlu üzvləri müşahidəçiləri müəyyənləşdirərək, onların sənədlərini qaydaya salmaq ərəfəsindədir. Əvvəlki seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək seçkiləri yüksək səviyyədə başa çatdırmaq üçün bütün imkanlarını səfərbər edəcək.
Prezident seçkilərində, referendumda qazanılan təcrübədən, səmərəli seçki texnologiyasından maksimum yararlanaraq bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsinə, seçkilərdə partiyanın namizədlərinin uğur qazanmalarına çalışacağıq. Cəmiyyətimizə, partiyamıza, Sumqayıt ictimaiyyətinə bu mühüm siyasi prosesdə müvəffəqiyyət arzulayıram.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49

