Sergey Markov: Azərbaycan multikulturalizm dəyərlərini inkişaf etdirən ölkə kimi məşhurdur
26.01.2019 [10:45]
Azərbaycan özünümaliyyələşdirmə sistemi yaratmağa nail olub. Bu ölkə öz layihələrinin, o cümlədən infrastruktur sahəsində layihələrin maliyyələşdirilməsini özü təmin edir və bu mənada heç kimdən asılı deyil.
AZƏRTAC xəbər verir ki, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bu fikirləri “Moskva-Baku” portalına müsahibəsində söyləyib. O qeyd edib ki, bu gün Azərbaycanda faktiki olaraq urbanistik inqilab gedir, köhnə Bakının yerində açıq səma altında memarlıq muzeyinə bənzəyən yeni möhtəşəm şəhər formalaşır. Bakı müasir urbanistik dünyanın incisidir.
S.Markov deyib: “Azərbaycan multikulturalizm dəyərlərini inkişaf etdirən ölkə və müxtəlif məzhəblərə etiqad bəsləyən xalqların nümayəndələrinin dinc yanaşı yaşaması nümunəsi kimi məşhurdur. Dünyada multikulturalizmin böhran keçirdiyi şəraitdə Azərbaycan bu ideyanın, bu həyat modelinin drayverlərindən biri kimi, qlobal multikultural dünyanın formalaşmasına kömək edir”.
Onun fikrincə, Azərbaycan İslam ənənələri ilə Avropa dəyərlərinin qovuşmasının gözəl nümunəsidir. Ekspert deyib: “Bakı Humanitar Forumu artıq çoxdan bəri müxtəlif mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı fəaliyyət göstərdiyi bir məkana çevrilib. Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlər - idman tarixində ilk Avropa oyunları, habelə İslam Həmrəylik Oyunları sayəsində Azərbaycan sivilizasiyaların qovuşduğu məkan kimi tanındı. Azərbaycanda mütəmadi olaraq ən müxtəlif sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi turizmin və müvafiq infrastrukturun inkişafı üçün çox yaxşı stimuldur. Bakıda möhtəşəm Heydər Əliyev Aeroportu tikilib. Ən yüksək səviyyəli otellər şəbəkəsi çoxlu sayda qonaqları və turistləri qəbul etməyə imkan verir”.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23

