/ / Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir
Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir
21.02.2019 [09:48]
Ölkəmizin inkişafına yönəlmiş islahatların “Milli şura” adlanan qondarma qurum tərəfindən guya radikal antimilli ünsürlərin “əməyinin nəticəsi” kimi təqdim olunması cəhdləri fiaskoya məhkumdur
Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsasında düzgün və milli maraqlara xidmət edən dövlət siyasəti, o cümlədən iqtisadi siyasət, vətəndaşların sosial rifahının yüksəldilməsi və sabitlik amili dayanır. Bu gün müstəqil Azərbaycan regionun aparıcı iqtisadi-siyasi aktoruna çevrilməklə, qlobal miqyaslı layihələrin təşkilatçısı və iştirakçısı qismində çıxış etməklə dünya ölkələri və beynəlxalq birlik tərəfindən yaxın tərəfdaş qismində tanınır, qəbul edilir. Bu isə ölkəmizin iqtisadi inkişafı ilə yanaşı, digər məsələlərdə, ən əsası, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mühüm rol oynayır.
Ölkəmizin gündən-günə güclənməsi, nəinki regionda, daha böyük bir coğrafiyada söz sahibinə çevrilməsi və müstəqil, milli maraqlara söykənən xarici siyasət kursu yürütməsi bir sıra anti-Azərbaycan dairələri narahat edir. Həmin dairələr ölkəmizdə öz maraqlarını təmin etmək, stabilliyi pozmaq, o cümlədən mənafelərinə uyğun çirkin kampaniyalar aparmaq üçün isə hər zaman olduğu kimi, radikal müxalifət düşərgəsinə “güvənir”. Amma radikal düşərgənin kimliyi, onların məqsədləri və məramları hər kəsə bəllidir. Daha dəqiq desək bu gün özlərini “milli təəssübkeş”, “demokratiya carçıları” kimi qələmə verərək ictimai rəyi çaşdırmağa çalışan radikal ünsürlərin əsl kimlikləri Azərbaycan cəmiyyətinə yaxşı bələddir.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Facebook” səhifəsində yerləşdirdiyi “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində də sözügedən məqamlara toxunulub. Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda büdcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəltdikdən, iqtisadi liberallaşmanı sürətləndirdikdən, siyasi plüralizmin genişlənməsi və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul etdikdən sonra məlum xarici anti-Azərbaycan qüvvələr daha da fəallaşıblar. Bu qüvvələr xaricdəki anti-Azərbaycan şəbəkəsi və ölkəmizin daxilindəki “beşinci kolon”u, bir çox digər uzantılarını, o cümlədən Əli Kərimlini və onun qrupunu fəallaşdıraraq işə qoşublar.
Qeyd edildiyi kimi, radikal ünsürlər, ən əsası, Əli Kərimli və ətrafındakılar öz “siyasi fəaliyyət”lərində daim xarici antimilli mərkəzlərin, anti-azərbaycançı dairələrin direktivlərinə əsaslanırlar. Məhz həmin xarici mərkəzlərin verdikləri sifariş və maddi dəstək sayəsində “pullu mitinqlər” təşkil etməyə cəhd göstərən, ölkəmizdə həyata keçirilən inkişafa yönəlik siyasətə qarşı şər-böhtan kampaniyası təşkil etməyə çalışan dağıdıcı ünsürlərin bu yanaşması əsassız, reallıqdan uzaq olmaqla, dövlətə və xalqa son dərəcə yad münasibətinin, ikrahla yanaşmasının ifadəsidir. Bu ünsürlərin irəli sürdüyü və heç bir arqumentə söykənməyən iddialarının əsasında dayanan motiv isə yalnız hakimiyyət və onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə formalaşmış müsbət rəyi qaralamaq cəhdidir.
Vurğulandığı kimi, Azərbaycan hakimiyyətinin apardığı uğurlu siyasi kurs bu gün ölkəmizdə bütün sahələrin paralel inkişafını təmin edib. Əldə edilən hər bir uğur isə Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır. Belə olan halda isə, onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta “əbədi müxalifət” titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar.
Digər tərəfdən, bu gün ölkəmizdə bütün kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlik addımları “öz əməyinin nəticəsi” kimi qələmə verməyə çalışan, guya Azərbaycan hakimiyyətinin son qərarlarını və addımlarını yanvarın 19-da radikal müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsi kimi “təhlil etməyə” cəhd göstərən dağıdıcı ünsürlərin özləri anlayırlar ki, bu, onların son çırpınışlarıdır. Hər kəsə bəllidir ki, cəmi iki-üç min adamın iştirak etdiyi mitinq tribunasından Ə.Kərimlinin və onun kimilərinin səsləndirdikləri “bəyanatlar” pafos dolu yalanlardan ibarətdir. Görəsən, onlar həmin “mitinq”də hansı dəyərli və təzə fikir səsləndirdilər, yeni proqram açıqladılar, hansı fərqli yol xəritəsi elan etdilər ki, Azərbaycan hakimiyyəti onlara xüsusi diqqət yetirməli oldu? Bunların “dövlət idarəçiliyi” təfəkkürü yalnız talançılığa, səriştəsizliyə, qeyri-peşəkarlığa söykəndiyi üçün onlar dövlətin uzunmüddətli inkişaf strategiyasından xəbərsizdirlər. Belə olmasaydı, uzun müddətə hesablanan və regionların inkişafına, ayrı-ayrı sahələrin dirçəldilməsinə xidmət göstərən siyasi strategiyanın mərhələli şəkildə reallaşdırılmasından xəbərdar olardılar.
Digər tərəfdən, doğrudanmı, bu adamlar sadə riyazi hesablamalar apara, bütün güclərini ortaya qoyub “Məhsul” stadionuna yığdıqları bir neçə min adamın Azərbaycanda elektoratın son dərəcə cüzi, sıfıra yaxın bir hissəsini təşkil etdiyini, tərəfdarlarının hətta ölkədə mövcud olan seçki məntəqələrinin sayından da az olduğunu görə bilmirlər? Bu insanlar dərk etmirlər ki, Azərbaycan xalqının, seçicilərin mütləq əksəriyyəti dövlətin apardığı siyasəti dəstəkləyir və ölkəmizdəki xalq-hakimiyyət birliyi inkişafımızın əsasını təşkil edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48

