Azərbaycan-Çexiya parlamentlərarası əlaqələri müzakirə olunub
17.05.2019 [09:55]
Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclisinin sədri Oqtay Əsədovun Deputatlar Palatasının sədri Radek Vondraçek ilə təkbətək görüşü olub.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Azərbaycan-Çexiya münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin ölkələrimiz, həmçinin parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin sədri deyib ki, Azərbaycan Çexiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Ölkələrimiz arasında əlaqələrin tarixindən danışan O.Əsədov qeyd edib ki, hələ sovet dövründə Azərbaycanın Çexiya ilə təhsil, elm sahələrində yaxşı əlaqələri olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu əlaqələrin yüksək səviyyəyə çıxmasında dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayıb.
Azərbaycan və Çexiya parlamentlərarası əlaqələrindən danışan Milli Məclisin sədri bildirib ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinə dəstək verir.
Oqtay Əsədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək diqqətə çatdırıb ki, bu məsələdə Çexiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyini dəstəkləyir. Qeyd olunub ki, Ermənistan XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Dünyanın 10-dan çox ölkəsi, həmçinin ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını tanıyıb. Çexiya parlamenti də 2013-cü ildə bu qətliamı pisləyib.
Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Çexiya və Azərbaycan arasında parlamentlərarası münasibətlərin yaxşı səviyyədə olduğunu söyləyən Radek Vondraçek parlamentlərarası dostluq qruplarının fəaliyyətindən məmnunluğunu ifadə edib.
Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, sərmayə qoyuluşu sahələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25

