“İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir”
24.05.2019 [09:38]
Bu günlərdə Azərbaycan növbəti mötəbər tədbirə ev sahibliyi edəcək. Dünya ictimaiyyətinin diqqəti UEFA Avropa Liqasının final mərhələsinin keçiriləcəyi Bakıya yönələcək. Bu, kifayət qədər nüfuzlu beynəlxalq futbol turniridir. Əvvəlki mötəbər tədbirlərdə olduğu kimi, UEFA Avropa Liqasının final mərhələsi ərəfəsində də Azərbaycana qarşı qərəzli münasibətin şahidi oluruq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Şahin İsmayılov bildirib ki, bu işlərdə həmişə “baş rol oyunçusu” kimi tanıdığımız, korrupsiyalaşmış və ümumiyyətlə, aidiyyəti oldu-olmadı Azərbaycana qarşı daim aqressiv münasibət göstərən, sifarişlə çalışan “Amnesty International”ın da bəyanatının şahidi olduq: “Belə qurumlar hər zaman Azərbaycana qarşı bu cür əsassız bəyanatlar verərək qarayaxma kampaniyasını həyata keçirirlər. İdmanın siyasətlə qarışdırılması yolverilməzdir. İdman dünyada sülhə, əmin-amanlığa, xalqlar, millətlər arasında dostluğa xidmət edir. Amma, əfsuslar olsun ki, biz Azərbaycanda keçiriləcək bu yarış ərəfəsində də idmanın siyasi alətə çevrildiyinin şahidi oluruq. Bu, yolverilməzdir”.
Deputat bildirib ki, Azərbaycan hər zaman mötəbər tədbirlərə, idman yarışlarına ev sahibliyi edir: “Bakı şəhəri dünyanın idman paytaxtlarından biridir. Hər il biz bu və ya digər səviyyədə idman tədbirlərinin Azərbaycanda keçirilməsinin şahidi oluruq. Kifayət qədər uğurlu nəticələrimiz var. Lakin biz hər mötəbər yarış ərəfəsində çirkin kampaniyalarla üzləşirik. Bunu “Avroviziya”, birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları zamanı da gördük. İndiyə qədər keçirilən yarışlarda ermənilər də iştirak ediblər və onların təhlükəsizliyi ilə bağlı hər hansı bir problem olmayıb”.
Deputat vurğulayıb ki, “Amnesty International”ın verdiyi bəyanatlar ciddi qəbul edilməməlidir. Əminliklə demək olar ki, bu təşkilatın bəyanatları əvvəlcədən hazırlanır.
Ş.İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti, möhkəm iradəsi, ölkəmizdəki xalq-iqtidar birliyi nəticəsində Azərbaycan bundan sonra daha da inkişaf edəcək, güclənəcək. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur.
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59

