/ / Sevinc Fətəliyeva: Fransa məhkəməsinin bu qərarı sübut etdi ki, işğalçılıq siyasətinin sonu iflasa məhkumdur
Sevinc Fətəliyeva: Fransa məhkəməsinin bu qərarı sübut etdi ki, işğalçılıq siyasətinin sonu iflasa məhkumdur
08.06.2019 [07:32]
Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 2018-ci il 22 oktyabr tarixli qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərarı onu sübut etdi ki, işğalçılıq siyasətinin sonu iflasa məhkumdur. Eyni zamanda, Ermənistanın bu günədək yalanlar üzərində həyata keçirdiyi siyasətin etirazla qarşılanması artıq onun əsl simasının dünyaya bəlli olmasına dəlalət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, indi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüququn normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır. BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla həlli üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur. “Saziş”in ləğv edilməsi və Fransa məhkəməsinin ədalətli qərarı erməni diasporunun hiyləgər siyasətinin deyil, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi, eyni zamanda, Azərbaycanın simasında etibarlı tərəfdaşın itirilməməsi istəyindən də irəli gəlir. Artıq bütün dünya Ermənistandan fərqli olaraq, Azərbaycan rəhbərliyinin haqlı, milli maraqlara söykənən qətiyyətli siyasəti ilə razılaşır, dünyada sülhün bərqərar olması üçün atdığı addımları görür və bu, hər kəs tərəfindən qəbul edilir, dəstəklənir. Ermənistanın isə işğalçılıq siyasəti, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərəkətləri göstərir ki, Ermənistan həmin ərazilərin anneksiyasını davam etdirmək niyyətindədir. Bu da beynəlxalq hüquq normalarına ziddir və dünya ictimaiyyəti buna laqeyd qalmamalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın həqiqəti görməsi və proseslərin gedişində ikili standartlardan kənar addımlar atması beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunun qəbul edilməsini tam şəkildə özündə əks etdirir.
Eyni zamanda, onu da qeyd etməliyik ki, bu uğurun əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyevanın bu ilin martında Fransa Respublikasına səfəri zamanı keçirdiyi görüşlər iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Fransada erməni diasporunun dövlət siyasətinə təsir göstərmək cəhdlərinin və münasibətlərə kölgə salmaq istəklərinin üstündən xətt çəkdi, anti-Azərbaycan təbliğatını neytrallaşdırdı. Eləcə də Mehriban xanım Əliyevanın səfər çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini Fransa hakimiyyətinin yüksək dairələrinə çatdırması, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi nizamlanma prosesində Fransanın məsuliyyətini xatırlatması müstəsna rol oynadı. Çox sevindirici haldır ki, Fransa da artıq əvvəlki illərdən fərqli olaraq ikili standartlar prinsipindən deyil, məhz üzərinə düşdüyü öhdəliklər prinsipi ilə hərəkət edərək ədalətli mövqeyini ortaya qoydu. Beləliklə, proseslərin gedişi göstərir ki, Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyün miqyası daha da genişlənir. Azərbaycanın uğurla həyata keçirdiyi diplomatiya sayəsində Ermənistan özünün saxtalığının ifşasını, ölkəmiz isə qələbəsinin təntənəsini yaşayır.
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

