/ / İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
11.09.2019 [09:48]
Sentyabrın 10-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qərarlarının İcrası Departamentinin rəhbəri Veronika Kotek və onun müavini Klare Oveylə görüşüb.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və mövcud vəziyyəti, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizdə yaranan qaçqın və məcburi köçkün problemi, bu problemin idarə edilməsi sahəsində əldə olunmuş təcrübə barədə qonağa ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-in, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələri hələ də kağız üzərində qalır. Təcavüzkar Ermənistanın bir milyondan çox azərbaycanlının beynəlxalq sənədlərdə təsbit edilmiş əsas hüquqlarını pozması faktına dünya ictimaiyyətinin laqeyd münasibəti təəccüb və təəssüf hissi doğurur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə qarşı törədilən cinayətlərə və hüquqpozmalara görə Ermənistana qarşı təsirli tədbirlər görməlidir. Görüşdə bu məhkəmənin Ermənistanın silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərar qəbul etdiyi xatırladılıb.
Qeyd olunub ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet məsələ elan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi istiqamətində dövlət proqramı icra olunur. Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərilir. Hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlər Mehriban Əliyevanın tapşırığına uyğun olaraq, yeni mənzillərlə birinci növbədə təmin olunurlar. İndiyədək 300 minə yaxın qaçqın və məcburi köçkün üçün müasir tipli və bütün zəruri infrastrukturla təchiz olunmuş 105 qəsəbə salınıb, bu məqsədlə yeni yaşayış komplekslərinin inşası davam etdirilir.
Səmimi görüşə görə öz təşəkkürlərini bildirən qonaqlar münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndiriblər.
Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33

