Ermənistan özü kimi faşizmi dəstəkləyən siyasi təşkilatlarla əməkdaşlığa can atır
20.12.2019 [09:46]
Qaregin Njdeyə abidə ucaldan, terrorizmi təbliğ edən Ermənistan hakimiyyətinin islamofob, irqçi, anti-demokratik AfD partiyası ilə fəal əməkdaşlıq qurması bir daha bu ölkənin işğalçı mahiyyətini əks etdirir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün beynəlxalq münasibətlər sisteminin fəal aktoru olmaqla istər yerləşdiyi bölgədə, istərsə də qlobal miyqasda etibarlı tərəfdaş imici qazanıb. Dünyanın aparıcı dövlətləri və təşkilatları ilə çoxşaxəli əməkdaşlıq ələqələrinə malik ölkəmiz mühüm beynəlxalq tribunalardan özünün haqq səsini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, işğalçı Ermənistanın terrorçu və işğalçı simasını dünyaya təqdim edir. Məhz bu səbəbdəndir ki, uzun illərdir Ermənistanın təcavüzkar siyasət yürütməsi, Azərbaycan torpaqlarını işğal altında saxlaması bütün beynəlxalq sənədlərdə öz əksini tapır, işğalçı Ermənistan dünyanın aparıcı iqtisadi-siyasi platformalarından kənarda qalır.
Təbii ki, regionda reallaşan qlobal layihələr dünyanın aparıcı iqtisadi-siyasi reytinq cədvəllərində, hesabatlarında autsayderlikdən yaxa qurtara bilməyən və demokratik dünyadan təcrid olunan Ermənistan da özü kimi faşizmi dəstəkləyən, mənfi imiclə tanınan siyasi qüvvələrlə əməkdaşlığa can atır, bu əlaqələri nəfəslik olaraq görür. Rəsmi Yerevanın Almaniyanın radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə fəal əməkdaşlığını da bu kontekstdə dəyərləndirə bilərik.
Elə son illərdə Almaniyadan Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarına qanunsuz səfərlərin sayının artmasına təsir göstərən əsas faktorlardan biri işğalçı ölkənin AfD ilə əlaqələridir. Qeyd edək ki, 2017-ci ildən etibarən Almaniyanın Baden-Vürttemberq, Türinqen, Meklenburq-Forpommern və Brandenburq federal torpaqlarının landtaqları, eləcə də Bundestaqın və Avropa Parlamentinin AfD-çi deputatlarının sırasından işğal altında olan torpaqlarımıza bir neçə qanunsuz səfər qeydə alınıb. Bundan əlavə, Bundestaqın AfD fraksiyasının nümayəndələri 2018-ci ildə Almaniyaya səfər etmiş işğal altında olan ərazilərimizdə yaradılmış qanunsuz rejimin “parlament deputatlarını” Bundestaqda qəbul edib, eləcə də onları Brandenburq federal torpağının Landtaqına cari ilin yanvar ayında keçirilmiş seçkilərə dəvət ediblər.
Vurğulayaq ki, AfD Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas mövzuları o cümlədən Almaniyanı “islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, Avropa İttifaqının səlahiyyətlərini azaltmaqdan ibarətdir. AfD-ni islamofob, anti-semitist, irqçi, anti-demokratik və “BREXİT partiyası” adlandırırlar və Almaniyanın konstitusion quruluşuna zidd siyasət yürütməkdə ittiham edirlər. O cümlədən, Almaniyada həm federal hökumət, həm də federal torpaqların hökumətlərinin qurulması prosesində AfD ilə koalisiya qurulması və ümumiyyətlə bu partiya ilə hər hansı formada əməkdaşlıq edilməsi digər bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq istisna edilir. Bundestaqda hər fraksiya üçün bir vitse-prezident vəzifəsi nəzərdə tutulsa da, 2017-ci ildə seçilmiş Bundestaqın cari çağırışında AfD fraksiyası bu vəzifəyə 4 müxtəlif namizədini plenar iclasda indiyədək keçirilmiş 10 səsvermədə seçdirə bilməyib. Eləcə də, Almaniyanın əks-kəşfiyyat qurumu olan Federal Konstitusiyanı Müdafiə İdarəsi sağçı ekstremist mövqeyinə görə AfD-ni müşahidəyə götürüb. Həmçinin Federal Konstitusiyanın Mühafizəsi İdarəsinin keçmiş direktoru Hans-Qeorq Maassen AfD rəhbərliyi ilə keçirdiyi xidməti görüşlərinə görə ictimai qınaqlara davam gətirməyərək istefa verməli olub. Avstriyada video qalmaqalı ilə hökumət böhranı yaratmış FPÖ partiyası ilə AfD-nin sıx tərəfdaşlıq etməsi və sözügedən qalmaqaldan sonra belə FPÖ-yə dəstəyini ifadə etməsi də AfD-nin mənfi imicini şərtləndirən faktlardan biridir.
Ümumiyyətlə, AfD-çilərin sağçı populist, irqçi, anti-semitist və islamofob qüvvə olmasına dəlalət edən digər çox saylı faktlarda mövcuddur.
Vurğulayaq ki, Bundestaqın hazırki çağırışında 3 komitənin (büdcə, turizm, hüquq) rəhbərliyinə AfD-çi deputatlar gəlsələr də, yaxınlarda Hüquq komitəsinin sədri Ştefan Brandner özünün anti-semitist və sağçı ekstremist çıxışlarına görə komitə üzvləri tərəfindən vəzifədən uzaqlaşdırılıb. Bundestaqın Sosial-Demokratlar (SPD) fraksiyasının nüfuzlu deputatı Yohannes Karsın (O, eyni zamanda Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədridir-red.) Bundestaqdakı son çıxışlarından birində AfD-çiləri sərt tənqid etməsi AfD fraksiyasının üzvü Bitriks fon Ştorx tərəfindən əllə başını kəsmək işarəsi ilə qarşılanmışdı. 2019-cu ildə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər etmiş Bundestaqın deputatı Ştefan Koyter isə nasist və anti-semitist şüarlardan həvəslə istifadə edir. O cümlədən onunla səfər yoldaşı olmuş Brandenburq Landtaqının deputatı Andreas Kalbits AfD-nin sağçı ekstremist qanadını təmsil edir və onun müxtəlif sağçı ekstremist və neonasist təşkilatlarla əməkdaşlıq etdiyi məlumdur.
Bəli, sağçı milliyyətçi AfD-çilər öz proqramlarını o cümlədən islamofob çalarlar üzərində qururlar. Onlar müsəlman miqrantları Almaniya və Avropa üçün təhlükə adlandırırlar və bu baxımdan norveçli terrorist Anders Breyviklə eyni fəlsəfəni bölüşürlər. AfD-çilər işğal altındakı torpaqlarımıza qanunsuz səfərlərini, eləcə də işğalçı rejimlə əlaqələrini Dağlıq Qarabağın guya xristian mədəniyyətinin tərkib hissəsi olması ilə əsaslandırmağa çalışırlar. Məsələn, Baden-Vürttemberq Landtaqının üzvü kimi hələ 2017-ci ildə Dağlıq Qarabağa qanunsuz səfər etmiş və hazırda Avropa Parlamentinin deputatı olan Lars Patrik Berq yaxınlarda Ermənistana səfəri zamanı armenpress.am saytına verdiyi müsahibəsində bütün tarixi həqiqətləri və beynəlxalq hüququ inkar edərək Dağlıq Qarabağı “xristianlığın beşiyi” və “xristian inancının qalası” adlandırıb.
Maraqlı məqam həm də budur ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanan alman KİV-ləri belə Ermənistan-AfD əməkdaşlığına tənqidi mövqedən yanaşır, o cümlədən AfD-çilərin qanunsuz səfərləri barədə Azərbaycanın maraqlarına xidmət edən xəbərlər yayırlar.
Beləliklə, sadalanan faktlar bir daha İrəvandakı kriminal rejimin mahiyyətini və bu ölkənin beynəlxalq əlaqələrinin motivlərini aydın şəkildə ortaya qoyur. Şübhə yoxdur ki, AfD kimi irqçi təşkilatla əlaqələrə malik olması Qaregin Njdeyə abidə ucaldan, faşizmi təbliğ edən İrəvan hakimiyyəti üçün xarakterik bir davranışdır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

