/ / Vüqar Rəhimzadə: Vətəndaşların sağlamlığı hər zaman dövlətimizin başçısının diqqət mərkəzindədir
Vüqar Rəhimzadə: Vətəndaşların sağlamlığı hər zaman dövlətimizin başçısının diqqət mərkəzindədir
06.03.2020 [09:37]
Son illər Azərbaycanda aparılan uğurlu islahatlar ümumi inkişafa böyük töhfələr verməklə yanaşı, regionların simasını əsaslı şəkildə dəyişir, insanların sosial şəraitini daha da yaxşılaşdırır. Möhtərəm Prezidentimiz mütəmadi olaraq ayrı-ayrı rayonlara səfərlər edir, insanlarla görüşür, onların problemlərini, qayğılarını öz dillərindən eşidir və həlli ilə bağlı ciddi tapşırıqlar verir. Bununla Prezident Azərbaycan dövlətinin hər zaman öz vətəndaşının yanında olduğunu nümayiş etdirir. Elə dövlətimizin başçısının regionlara son səfərləri də bunu sübut edir. Son günlər dünya gündəmini zəbt edən koronavirus təhlükəsinə, kütləvi tədbirlərin məhdudlaşdırılmasına baxmayaraq, dövlətimizin rəhbəri regionlara səfərlərini təxirə salmadı. Hətta xüsusi olaraq vurğulamaq lazımdır ki, bu səfərlər digərlərindən daha genişmiqyaslı və uzunmüddətli oldu. Möhtərəm Prezidentimiz bir neçə rayonda müxtəlif obyektlərin açılışında iştirak etdi, insanlarla görüşdü. Bütün bunlar bir daha insan amilinin Azərbaycanda dövlət siyasətinin əsas istiqaməti olduğunu sübut edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, hazırda ölkəmizdə səhiyyə xidmətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır: “Bu gün nəinki paytaxtda, ayrı-ayrı rayonlarda ən yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş müasir tipli səhiyyə ocaqları istifadəyə verilir. Məqsəd insanlara göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə möhtərəm Prezidentimizin Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etməsi bir daha göstərdi ki, ölkəmizdə müasir səhiyyə infrastrukturu formalaşdırılır və vətəndaşların sağlamlığı hər zaman diqqət mərkəzindədir. Son 16 ildə bölgələrdə 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub, 5 xəstəxananın tikintisi davam edir. Ümumilikdə isə ötən 16 ildə ölkədə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Qeyd etdiyimiz statistik rəqəmlər dediklərimizin əyani göstəricisidir”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarətdədir: “Məlum olduğu kimi, möhtərəm Prezidentimizin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradılıb, təxirəsalınmaz tədbirlərin görülməsi üçün 10 milyon manat ayrılıb. Tədris, təlim-tərbiyə müəssisələri müvəqqəti bağlanılıb, maarifləndirmə işləri davam etdirilir, kütləvi tədbirlər təxirə salınıb, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Bir sözlə, vəziyyət tam nəzarət altındadır”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

