/ / “Nezavisimaya qazeta”: Rusiya Ermənistanda təkcə anti-Türkiyə deyil, həm də anti-Rusiya əhval-ruhiyyəsini gözdən qaçırmır
“Nezavisimaya qazeta”: Rusiya Ermənistanda təkcə anti-Türkiyə deyil, həm də anti-Rusiya əhval-ruhiyyəsini gözdən qaçırmır
01.10.2020 [09:17]
Rusiyanın “Nezavisimaya qazeta” nəşri ermənilərin Dağlıq Qarabağda gedən döyüşlərdə türk izi axtarmasına münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, qəzetin “Qarabağda türk izi mövzusu Rusiya üçün tələyə bənzəyir” başlıqlı məqaləsində müəllif Georgi Alekseyenko yazır ki, Dağlıq Qarabağda alovlanan müharibə Türkiyə ilə Rusiya arasında fikirayrılığı olması barədə söz-söhbətlərə yol açıb. Erməni rəsmiləri münaqişədə Ankaranın iştirakını açıq şəkildə bəyan edirlər. Lakin bu iddialar inandırıcı sübutlara əsaslanmır.
Ermənilərin Türkiyəyə məxsus “F-16” qırıcı təyyarəsinin Azərbaycan tərəfindən döyüşlərdə istifadə olunması iddiasını inandırıcı hesab etməyən müəllif yazır ki, Türkiyə Hərbi Hava Qüvvələri Qarabağ ərazisində “işləsə” ya bütün Dağlıq Qarabağı atəşə tutmalı, ya da raketləri Ermənistan və İran ərazisindən keçərək bu əraziyə tuşlamalı idilər. Bundan əlavə, “Flightradar24” aviaresursu türk aviasiyasının Azərbaycana göndərilməsini qeydə almayıb. “Türkiyənin “Bayraktar TV2” dronlarına gəldikdə isə bu onlar, eləcə də İsrailin pilotsuz uçuş aparatları Azərbaycan tərəfindən rəsmi şəkildə alınıb. Bu məlumatlar döyüşlərdə türklərin iştirakının sübutu ola bilməz”.
Qəzet yazır ki, Dağlıq Qarabağda türk xüsusi təyinatlılarının, habelə digər ölkələrin silahlılarının iştirakı da inandırıcı deyil. Bakı tammiqyaslı əməliyyatlar deyil, əks-hücum həyata keçirir. Tammiqyaslı əməliyyatlar üçün sərhəddəki silahlı qüvvələrin ən azı yarısından ibarət qruplaşmadan istifadə edilməli idi. Bu isə qeydə alınmayıb. Bundan əlavə, erməni KİV-lərinin dediyi 1500-4000 nəfər Suriya silahlısından ibarət böyük qruplaşmanın münaqişə regionuna gətirilməsi nəzərdən yayına bilməzdi.
“Nezavisimaya qazeta” daha sonra yazır: “Türkiyənin münaqişədə iştirakı mövzusundan müəyyən siyasi məqsədlərlə istifadə oluna bilər. İlk növbədə, bu, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatlarını türk amilinin ayağına yazmağa imkan verir. Belə ki, münaqişə zonasında iri beynəlxalq, üstəlik də, NATO üzvü olan “oyunçu”nun qeydə alınması guya bütün sualların cavabıdır. Eyni zamanda, Türkiyə amilini ortaya atmaqla Ermənistan Rusiyanı təxribata sürüklədiyini düşünür. Moskva isə, məlum olduğu kimi, neytral mövqe tutur”.
Müəllif qeyd edir ki, Rusiya Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi faktını tanıyır və münaqişənin həllində vasitəçi rolunu oynayır. Rusiya, eyni zamanda, Yerevanla münasibətlərdə ölkə elitasının və rəhbərliyinin təkcə anti-Türkiyə deyil, həm də anti-Rusiya əhval-ruhiyyəsini gözdən qaçırmır. Odur ki, türk amili ilə möhtəkirlik, ən azı, səmərə gətirməyən məşğuliyyətdir.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17

