Anar Eyvazov: Ordumuz qələbə əzmi ilə zəfər yoluna davam edir
23.10.2020 [09:09]
Oktyabrın 21-i gün ərzində və 22-sinə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonundakı və digər ərazilərdəki müdafiə mövqelərimizi atıcı silahlardan, minaatanlardan, toplardan və reaktiv artilleriya sistemlərindən atəşə tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 22-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə məlumat verib.
Anar Eyvazov bildirib ki, düşmən dinc əhalini və mülki infrastrukturu hədəfə alaraq Ermənistan ərazisindən əməliyyat-taktiki raket kompleksindən Siyəzən, Qəbələ və Kürdəmir rayonları istiqamətində 6 ədəd ballistik raket atıb. Nəticədə bir mülki şəxs yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, Azərbaycan Ordusu tərəfindən cəbhənin Qubadlı, Xocavənd və Ağdərə istiqamətində keçirilən əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri şəxsi heyət və döyüş texnikası baxımından ağır itkilər verərək mühüm yüksəkliklərdən və bir sıra mövqelərdən geriyə çəkilməyə məcbur edilib. 155-ci artilleriya alayına, 5-ci dağatıcı alaya və 543-cü alaya vurulan artilleriya zərbələrimiz nəticəsində komandir heyəti daxil olmaqla, çoxlu sayda canlı qüvvə məhv edilib, yaralanıb və itkin düşüb. Düşmənin yeraltı sığınacaqları dağıdılıb. Yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb, döyüşə girməkdən imtina edib. Əlavə yolların bağlı olması və nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən düşmən yaralıların təxliyəsində ciddi çətinliklərlə üzləşib.
Qeyd edilib ki, cəbhəni genişləndirmək istəyən düşmənin Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.
Diqqətə çatdırılıb ki, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev özünün rəsmi “Twitter” hesabında Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayılın Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin və Ağbənd qəsəbəsinin işğaldan azad edildiyini bildirib. Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.
“Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər gedir. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuz qələbə əzmi ilə zəfər yolunda irəliləyir. Qələbə bizimlədir!”, - deyə Anar Eyvazov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

