Avropa Rusiya qazından imtina edə biləcəkmi?
03.03.2022 [10:16]
Taleh AĞAVERDİYEV
Ukraynada davam edən hərbi əməliyyatlar fonunda Qərb ölkələri Rusiyaya sanksiyalar vasitəsilə təzyiq göstərməkdə davam edir. Bununla əlaqədar olaraq Rusiyanın neft və qazından imtina variantı getdikcə daha real görünür. Ukrayna Rusiya neft və qazına tam embarqo qoyulmasında israrlıdır. Bir qrup amerikalı respublikaçı senator artıq ABŞ-ın Rusiya neftinin idxalını dayandırmaq üçün qanun layihəsi hazırlayıb. Polşanın baş naziri Mateuş Moravetski isə deyib ki, o, Avropa İttifaqına (Aİ) Rusiya kömürünü, gələcəkdə isə qazını almaqdan imtina etməyi təklif edib.
Bəs hadisələrin bu cür inkişafı nə vəd edir? Avropa Rusiyanın enerji daşıyıcılarından imtina edə biləcəkmi? Bu, Rusiyanın özünə necə təsir edəcək?
Rusiya tarixən Avropa İttifaqına ən böyük təbii qaz tədarükçüsü olaraq qalır. Aİ asılılığı azaltmağa çalışsa da, Rusiya qazı hələ də Avropa ölkələrinin istehlak etdiyi mavi yanacağın təxminən 40%-ni təşkil edir. Avropa ölkələri ekoloji məqsədlərə nail olmaq üçün kömür və atom elektrik stansiyalarından imtina etdikcə qazın region üçün əhəmiyyəti daha da artır.
Rusiya qazı olmadan qışın qalan hissəsini keçirmək Avropa ölkələri üçün çətin olmayacaq. Belə ki, yaxın həftələr üçün Aİ Rusiyadan tədarükün tam dayandırılması halında özünü qazla təmin edə bilib. Nəzəri cəhətdən Aİ-nin alternativ idxalı artırmaq imkanı var və burada əsas alternativ mayeləşdirilmiş qazdır. Mövcud imkanlar daxilində ABŞ ildə 100 milyard kubmetrdən çox qaz ixrac edə biləcək. Ancaq unutmaq olmaz ki, mayeləşdirilmiş qazın əsas istehlakçısı Asiya ölkələridir və Avropa Asiya bazarları ilə rəqabət aparmalı olacaq. Üstəlik, hazırkı şəraitdə sürətlə artan qaz qiymətlərini də nəzərə almaq lazımdır.
Avropanın da yerli istehsalı artırmaq imkanları var. Məsələn, Qroningen yatağından daha çox qaz hasil edilə bilər. Lakin bunun üçün Hollandiya hökuməti zəlzələ təhlükəsi səbəbindən yatağa tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmalıdır. Eyni zamanda, qismən çatışmayan ehtiyatlar digər enerji növləri ilə əvəz edilə bilər. Prioritetdə yaşıl hidrogen, günəş və külək enerjisidir. Brüssel əmindir ki, 2046-cı ilə qədər Avropa artıq Rusiya qazına ehtiyac duymayacaq və bərpa olunan mənbələrə keçəcək. Ancaq bunların hamısı uzaq perspektivdir.
Avropa Rusiya yanacağını əvəz etmək üçün tələbatı azaltmalıdır. Bu baxımdan, avropalıların şərti olaraq uğurlu təcrübəsi var. Almaniya və Qərbi Avropanın digər ölkələri artıq qəfil enerji boykotunu yaşayıblar. 1973-cü ilin sonunda OPEK-ə üzv olan ərəb ölkələri kollektiv Qərbi İsrailə verdiyi dəstəyə görə cəzalandırmaq üçün neft hasilatını kəskin şəkildə azaldıb, onun ABŞ və Hollandiyaya tədarükünə embarqo tətbiq ediblər. Həmin il oktyabrın 17-də dünya bazarında neftin qiyməti 3 dollardan 5 dollara qalxdı, 1974-cü ildə isə 12 dollara çatdı. Bu, əsl “neft qiyməti şoku” idi. Nəticədə qış mövsümündə Almaniya və digər Qərbi Avropa ölkələri neftin qiymətinin nəinki kəskin artması, həm də enerji qıtlığı ilə üzləşdi. Bu şəraitdə Almaniya hökuməti bazar günləri avtomobillərdən istifadəni qadağan və altı ay ərzində avtobanlarda 100 km/saat sürət həddini tətbiq etdi. Hər iki tədbir ölkədə yanacaq sərfiyyatını azaltmaq üçün nəzərdə tutulmuşdu. Oxşar qadağalar və məhdudiyyətlər İsveçrə və Avstriya tərəfindən tətbiq edilib. Avstriya hökuməti sinif otaqlarını qızdırmamaq üçün 1974-cü ilin fevralında əlavə bir həftəlik məktəb tətili elan etmişdi. Bu “neft şoku” Qərbi Avropa ölkələrinin enerji sektorunda kəskin dəyişikliklərə səbəb oldu. Yaxın Şərq neftindən yüksək dərəcədə asılı olduqlarına görə zəifliklərini dərk edərək Avropanın neft və qaz yataqlarının işlənməsini sürətləndirməyə, nüvə enerjisini inkişaf etdirməyə və Sovet İttifaqından qaz, neft alışını artırmağa başladılar. Avropa İttifaqının mərkəzi və qərb hissələrinin Rusiyanın enerji daşıyıcılarından asılılığı müəyyən dərəcədə 1973-cü ildə ərəb neft embarqosunun nəticəsidir.
Eyni zamanda, Qərbi Avropa ölkələri enerjiyə qənaət etmək üçün yaşayış və inzibati binaların isidilməsinin neft məhsullarından qaza keçirməyə, bərpa olunan enerji mənbələrinə diqqət ayırmağa başladılar. 1970-ci illərin sonunda bir sıra dövlətlər tərəfindən yay vaxtının tətbiqi də enerji resurslarına qənaət imkanlarının axtarışı ilə bağlı idi. Nəticədə Qərbi Avropa enerji şantajının ilkin şokundan sonra fövqəladə tədbirlər görərək yeni şəraitə tez uyğunlaşa bildi. Ola bilsin ki, bu dəfə də alınacaq.
Avropa rus qazını asanlıqla əvəz edə bilmədiyi kimi, Rusiya da Avropa bazarından imtina edə bilməz. Hesablama Palatasının məlumatına görə, 2021-ci ildə federal büdcənin neft və qaz gəlirləri təxminən 35% təşkil edib. Bununla belə, neft-qaz sektorundan real asılılıq 50-60% təşkil edə bilər. Ölkə ildə 200 milyard kubmetr qaz ixrac edir. Avropanın Rusiya qazından imtina etməsi Rusiyanın xammal iqtisadiyyatına güclü zərbə vuracaq. Ekspertlərin fikrincə, Rusiyaya bu sahədə embarqo tətbiq olunarsa, ölkənin ÜDM-i müvafiq olaraq 3% və 1,2%, Rusiya iqtisadiyyatı isə 2,9% azalacaq. Bu itkilər Avropa iqtisadiyyatının ehtimal olunan itkilərindən dəfələrlə çoxdur.
Bundan əlavə, 2014-cü ildə elan edilən Rusiya iqtisadiyyatının idxaldan asılılığı azaltmaq siyasəti gözlənilən nəticəni vermədi. Rusiya iqtisadiyyatı hələ də idxaldan kritik dərəcədə asılıdır: qeyri-ərzaq məhsullarının 75%-ə qədəri idxal mənşəlidir.
Rusiya da bir neçə ildir ki, enerji axınlarını şaxələndirir. Belə ki, Qərblə mövcud gərginlik fonunda Çinlə yeni qaz müqaviləsi imzalayıb. Ona görə bu istiqamətdə vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq son dərəcə çətindir. Bu, təkcə təbii qazın qiymətindən deyil, həm də Ukraynadakı hərbi əməliyyatların nəticəsindən asılı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

